Ucali Golu - Wikipedia
Böyük Uçalı (başq. Оло Учалы) — Başqırdıstanın Uçalinski rayonu ərazisində yerləşən göl. Göl Uçalınski kənd sovetliyi ərazisində, Rayon məkəzi olan Uçalınski şəhərindən şimalda, Uçalı kındindən isə cənubda yerləşir.[1] Karaqaylı gölü ilə axar vastəsi ilə birləşir. Ural çayı hövzəsinə aiddir. Göl şimaldan cənuba 3 km məsafədə uzanır. Onun səthinin sahəsi 3,06 km²-dir. Gölün maksimal dərinliyi 6 metr təşkil edir.[2] Orta dərinliyi 2,5 metrdir.
Uçalı gölü | |
---|---|
başq. Оло Учалы | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 511 m |
Eni | 1,5 km |
Uzunluğu | 3 km |
Sahəsi | 3,06 km² |
Dərin yeri | 6 m |
Orta dərinliyi | 2,5 m |
Yerləşməsi | |
54°20′39″ şm. e. 59°25′36″ ş. u.HGYO | |
Ölkələr | |
|
Toponim
redaktəAlim və sıyahətçi İvan Lepyoxin səyahət qeydiyyat bitabçasında "Aşulı göstərilir. Bunun isə "əsəbi" sözü olmasını bildirmişdir. Bu gündə başqırd dilində "asıulı" sözü vardır və "qəzəbli" mənasını verir. Ancaq gölün bügünkü adı böyük ehtimal ki, tatarlardan keçmişdir.
Geologiya
redaktəTektonik məşhəlli olması ehtimal edilir. Digər versiyaya görə isə göl karst məşhəllidir. Gölün dibi hamar deyildir. Xüsusi ilə şərqə doğu nov əmələ gətirir. Gölün dibi lillə örtülüdür.
Ekologiya
redaktəGölün tərkibi anomal kimyavi tərkibə sahibdirlər. Gölün suyuna təsir edən əsas faktor Uçalinski dağ-mədən kombinatıdır. 1970—1980-ci illərdə kütləvi sızıntılar gerçəkləşmişdir. Suyunun tərkibi hər litrə mis 1000 mq, 1000-6000 sink, 70 və 4 kamdiya təşkil edir.
Biologiya
redaktəGöldə Adi durnabalığı, Naqqa balığı, Çapaq, Karp, Daban balıq, Dərəqaya balığı və Çebak kimi balıqlar yaşayır. Planktonlardan Phacus caudatus-u misal göstərmək olar.
İstinadlar
redaktə- ↑ "Генеральный план СП Учалинский сельсовет муниципального района Учалинский район РБ". uchaly.bashkortostan.ru. 2016-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-6-5.
- ↑ Озеро Большие Учалы Arxivləşdirilib 2017-02-06 at the Wayback Machine, reki-ozera.ru