Tumbul Rayonu - Wikipedia
Bu məqalə Tumbul rayonu haqqındadır. Digər mənalar üçün Tumbul səhifəsinə baxın. |
Tumbul rayonu — 1920–1921-ci illərdə Naxçıvan SSR-in (Azərbaycan) inzibati-ərazisinə daxil olmuş rayonlardan biri.
Rayon | |
Tumbul | |
---|---|
38°57′ şm. e. 45°37′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan SSR |
Region | Naxçıvan |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1920 |
Əhalisi | |
Milli tərkibi | Azərbaycanlılar |
16 mart 1921-cü il tarixli bir sənədə görə Naxçıvan SSR-in Naxçıvan qəzasının tərkibinə daxil olan 3 rayondan biri olmuşdur.[1]
Tərkibinə daxil olan inzibati vahidlər
redaktə39 yaşayış məntəqəsini birləşdirən Tumbul rayonunun mərkəzi Tumbul kəndi idi. Bu rayona 4 qəsəbə 35 kənd daxil olmuşdur. Rayon ərazisində adı çəkilən Qaracakənd, Xaçaparaq, Qızıl-burun, Dərəşam, Baş-Başı, Volmuninskiy yaşayış məntəqələrinin bəziləri dağılmış, bəzilərinin əhalisi şəhər mərkəzlərinə və digər kəndlərə köçmüş, bəzilərinin isə adları dəyişdirilmişdir.[2]
Tədiqatlar göstərir ki, ruslar tərəfindən "Baş-başı" kimi qeydə alınmış ərazi Naxçıvanın yerli əhalisi tərəfindən Boz-başlı adlandırılmışdır.
1921-ci ildə Tumbul rayonunun ərazisində iki Təzəkənd adlı kənd qeydə alınmışdır. Müəyyən edilmişdir ki, bu kəndlərdən biri indiki Babək rayonunun Babək qəsəbəsidir. İkinci Təzəkənd isə Naxçıvan Muxtar Respublikası ərazisində XX əsrin 70-ci illərinə qədər mövcud olmuşdur. Bu kənd Yamxana kəndi ilə Abbasabad qalasının arasında yerləşmişdir.
XX əsrin 70-ci illərində Araz su anbarının tikintisi ilə əlaqədar olaraq bu kənd su anbarının altında qalmışdır.
İstinadlar
redaktə- ↑ Кальбизада Э. Административно-территориальное деление Нахчывана в 20-ые гг. ХХ века (историко-географическое исследование) / Сборник материалов седьмой международной конференции молодых ученых и специалистов «Исторические документы и актуальные проблемы археографии, архивоведения и источниковедения, российской и всеобщей истории нового и новейшего времени» – «КЛИО-2017», Москва, 2017, с. 184-185
- ↑ Kəlbizadə E. XX əsrin 20-ci illərində Naxçıvan diyarının inzibati ərazi quruluşu (tarixi-coğrafi araşdırma) // AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, 2017, № 1, s. 160-172