Tropik Siklon - Wikipedia
Tropik siklon (yun. "kiklon" — fırlanan) — güclü, diametri 3000 km-dək və daha böyük olan alçaq təziqli (mərkəzində minimal) atmosfer burulğanıdır.
Ümumi məlumat
redaktəŞimal yarımkürəsində onlar saat əqrəbinin əksi istiqamətində,Cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində fırlanır.
Siklonun mərkəzində küləkli, rütubətli, buludlu və yağışlı hava xarakterikdir. Siklonlar başlıca olaraq Yer kürəsinin aşağıda ki, bölgələrində baş verir:
- Şimali Atlantikada,Şimali Amerikanın şərq sahilləri yaxınlığında və İslandiyada.
- Sakit okeanın şimalnda-Asiyanın şərq sahilləri yaxınlığında və Aleut adaları yaxınlığında.
- Atlantik okeanının cənub hissəsində. Hadir hallarda, başlıca olaraq qışda.
- Hind okeanında müşahidə olunan siklonlar əslində musson mənşəlidir və fərqli təsnifatı aparılır.
Antisiklon yüksək atmosfer təziqi sahəsinə deyilir, maksimum mərkəzdə olur, diametri bir neçə min kilometrə çatır. Hava axınları siklondan fərqli olaraq üstdən aşağıyadır. Ətrafında zəif küləklər olur, hava aydın və quru.Yay isti,qış soyuqdur. Siklonların hündürlüyü tropopauzaya qədər, bəzən daha yüksəyə-20 km-ə çatır. Üfüqü və şaquli ölçülərin tutuşdurulması göstərir ki, siklon burulğanı xeyli yastıdır:yüksəkliyi diametrindən 100–150 dəfə kiçikdir. Antisiklonların da ölçüləri belədir.[1]
Tropik siklonlar
redaktəTropikdaxili konvergensiya zonasında tropik siklonlar əmələ gəlir. Onlar xarici tropik sikonlardan çox kiçikdir. Tropikdaxili siklonların diametri bir neçə on kilometr, nadir hallarda bir neçə yüz kilometr olur. Lakin onlarda barometrik qradiyent olduqca böyükdür. Ona görə də küləyin sürəti 300 və hətta 400 km/saat çatır və bu fəlakətlər, dağıntılar törədir.Şərqi Asiyada onlara tayfunlar,Mərkəzi Amerikada xurraqanes(uraqan) deyilir. Tropik siklonlar gizli buxar əmələgəlmə istiliyinin ayrılması nəticəsində kəskin tempratur düşküsü olan yerlərdə yaranır və sonra həmin temperatur sayəsində də qalır.[2]
Əmələ gəlmə mexanizimi
redaktəSiklonların əmələgəlməsi və inkişafı haqqında fiziki cəhətdən düzgün və riyazi cəhətdən əsaslandırılmış nəzəriyyə hələ tam işlənib hazırlanmamışdır. V. Vörknesin dalğa nəzəriyyəsinə görə siklonlar Arktik və Mülayim cəbhələrin dalğalarında yaranır. Tropik siklonlarda müxtəlif temperaturu olan iki hava kütləsinin iştirakı onda iki sektor(isti və soyuq) və iki cəbhə(isti və soyuq) əmələ gətirir. İsti və soyuq hava dilləri arasında şaquli istiqamətdə də müəyyən qarşılıqlı münasibət yaranır. İsti hava soyuq havanın yamacı üzrə yuxarı qalxır. Qalxma sürüşməsi başlayan yerdə alçaqtəziq sahəsi yaranır. Bu.əmələ gələn siklonun mərkəzidir. Təziq mərkəzdən bütün tərəflərə artır. Mərkəzdə alçaq təziqin formalaşması havanın hər tərəfdən mərkəzə axıb gəlməsinə səbəb olur.Koriolis qüvvəsi onu sağa meyil etdirir.[3] İki qüvvənin təsiri-havanın mərkəzə gəlməsinə və sağa meyil etməsinə səbəb olur. Tropik siklonların müşahidə olunduğu zona ekvatordan şimalda və cənubda ki,5°-20°-lik enlikləri əhatə edir. Bu ərazilər hansı cəhətlərinə görə fərqlənir?
- Böyük su hövzəsinə malik olmaq.
- Su səthinin temperaturu 26,5 °C-dən aşağı deyil.
- Havanın yüksək rütubətliyi.
- Yüksəyə qalxdıqca nəzərə çarpacaq dərəcədə temperaturun kəskin düşməsi.[4]
Siklonun mərkəzi hissəsi siklonun "gözü" adlanır. Elə məhz bu sahədə ən aşağı təziq müşahidə olunur. Qeydə alınan ən aşağı təziq 1979-cu ildə Tip siklonuna aiddir.(652,6 mm civə sütunu).
Hərəkəti
redaktəSiklonda üç növ hərəkət olur:
- Siklonun qalxma hərəkəti.
- Saat əqrəbinin əksinə dairəvi hərəkəti.
- İrəliləmə hərəkəti.
Bunda başqa siklonda küləyin hərəkəti kənardan mərkəzə doğru, aşağıdan yuxarıya olur. Antisiklonda isə mərkəzdən kənara, yuxarıdan aşağıyadır.[4] Qalxan siklon və saat əqrəbinin əksinə fırlanan siklon birləşərək spiralvari qalxır. Spiral oxu soyuq hava tərəfə çox meyilli olur. Siklonların hərəkət sürəti orta hesabla 30–40 km/saat və ya 700–900 km/gün təşkil edir.
Siklonun sönməsi
redaktəSiklonun inkişaf tsikli 4–7 günə qədər çəkir. Bu vaxt müddətində o, üç inkişaf mərhələsi keçir:
- yaranma. Bu zaman siklonik hərəkət troposferin ancaq alt hissəsini əhatə edir,
- ən çox güclənmə. Bu zaman buxar əmələgəlmə istiliyinin ayrılması və soyuq kütlələrin adveksiyası sayəsində siklon şaqul üzrə bütün troposferi tutur.
- okklyziya.(rus. Фронт окклюзии)Bu zaman isti hava cərəyanı kəsilir və siklon dayanır.[5]
Siklon yaxınlaşdıqca əvvəlcə lələkli buludlar görünür, sonra onlar dalbadal lələkli-laylı, yüksək-laylı və laylı-yağışlı buludları ilə əvəz olunur. Eyni zamanda təziq düşür və külək güclənir. Qışda istilik gəlir, yayda isti azalır. Belə hava təqribən yarım günə qədər davam edir. Sonra, artıq soyuq cəbhədə külək kəskin güclənir, mavi səma görsənir və siklonlu hava qurtarır.
Tropik siklonların gücünə görə təsnifatı
redaktəHal hazırda dünyada bir çox təsnifat formları var. Bunlardan bəziləri Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən təstiqlənmiş və daha çox tədbiq olunur. Təsnifat əsasən küləyin gücünə və siklonun meydana gəlmə ərazisinə görə aparılır. Bundan başqa siklonun saxladığı enerjiyə görə, enerjinin yayılmasına görə və s.görədə təsnifat aparılır.
- Atlantik okenının şimalında və Sakit okeanın şərqində baş verən siklonları Saffira-Simpson uraqan şkalası ilə,
- Sakit okeanın qərbində müşahidə olunan siklonlar Yaponiya Metroloji xidmətin şkalası ilə,
- Hind okeanının şimalıda ki, siklonları Hindistan Metroloji departamentin şkalası ilə,
- Hind okeanının cənub-qərbində isə Reyunyon adasında yerləşən Meteo-Frans mərkəzinin şkalası ilə,
- Sakit okeanın cənubunda baş verən siklonlar isə Avstraliya və Fidji metreloji xidmətlərin şkalası ilə təsnifatlandırılır.
Adlandırılması
redaktə1953-cü ilə qədər ABŞ-nin Milli Uraqan mərkəzi uraqanları və siklonları coğrafi kordinatlarına görə adlandırıdılar. Daha sonralar bunu adlarla əvəz etməyə başladılar. Əvvəlcə ancaq qadın adlarından istifadə olunurdu,1979-cu ildən isə kişi və qadın adları növbəli tədbiq olunmağa başladı. Hal-hazırda siklonların adları Ümumdünya Metrologiya Təşkilatı tərəfindən nizamlanır. Hər 6 ildən bir adlar təkrarlanır. Maraqlıdır ki, bəzi dağıdıci siklonların adları, məsələn: Carli, Cenni, İvan daha heç vaxt tətbiq olunmayacaq.[6]
Törətdiyi fəsadlar
redaktəTropik siklonlarda Yer kürəsində müşahidə olunan ən təhlükəli, dağıdıcı təbiət hadisələrindən biridir. Siklonlar tarixən müşahidə olunduğu ərazilərdə həmişə böyük dağıntılara və insan təlafatına səbəb olmuş. Qeydə alınan rəsmi ən çox insan təlafatı ilə nəticələnən siklon — Bxoladır. (1970, Qanqın deltasında). Bu zaman 300 mindən-500 minə yaxın insan təlafatı qeydə alınmış. İnsan təlafatının çox olması heç də siklonun gücündən asılı deyil. Burada suyun səviyyəsinin qalxması — daşqın və sel əsas rol oynayır. Daha çox maddi zərər verən siklon isə Katrina qasırğasıdır. (2005, Luiziana). Siklon 125 milyard dollarlıq iqtisadi ziyan vurmuş. (2007-ci ilin hesablaması)
Siklonların əhəmiyyəti
redaktəMaraqlıda olsa siklonlar heç də dağıdıcı, təlafat törədici bir təbiət hadisəsi deyil. Yer iqliminə onların müsbət təsiri də var.
- Temperaturun paylaşması. Böyük miqdarda istiliyin ekvatorlardan qütüblərə gətirilməsi.
- Quraq rayonlara rütubətin gətirilməsi.
- Atmosferdə toplanmış yüksək enerjinin boşaldılması.
İstinadlar
redaktə- ↑ Л.П.Шубajeв. Yмуми Jершyнаслыг.Бакы.1986.с.161
- ↑ Ensiklopediya. Coğrafiya. Bakı.2012.s.192–205
- ↑ Л.П.Шубajeв. Yмуми Jершyнаслыг.Бакы.1986.с.165
- ↑ 1 2 "Arxivlənmiş surət". 2013-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-03.
- ↑ "Arxivlənmiş surət". 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-03.
- ↑ "Arxivlənmiş surət". 2019-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-03.