Toyama Masakazu - Wikipedia
Toyama Masakazu (外山正一?, 23 oktyabr 1848, Tokio – 8 mart 1900) və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur.
Toyama Masakazu | |
---|---|
yap. 外山 正一[1] | |
Doğum tarixi | 23 oktyabr 1848 |
Doğum yeri | |
Vəfat tarixi | 8 mart 1900 (51 yaşında) |
Təhsili | |
Fəaliyyəti | sosioloq, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəToyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur.[2][3] 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur.[2] 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur.[2] 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir.[2]
Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir.[2] Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur.[2] 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır.[2] 1886-cı ildə Miçiqan Universitetinin fəxri incəsənət magistrı dərəcəsini almış və ABŞ universiteti tərəfindən bu dərəcəyə layiq görülən ilk yapon olmuşdur.[2]
Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin fəlsəfə və sosiologiya üzrə ilk yapon professoru olmuşdur.[3] 1897-ci ildə Tokio Universitetinin prezidenti seçilmiş, 1898-ci ildə təhsil naziri vəzifəsini yerinə yetirmişdir.[3]
Herbert Spenserin mədəni təkamül nəzəriyyəsinin müdafiəçisi olan Toyama yapon yazı sistemini daha "proqressiv" latın qrafikalı əlifba ilə əvəz etməyi təklif etmiş və bu ideyanı yaymaq üçün Romacikay adlı təşkilat yaratmışdır.[3] O, poeziya və dramaturgiya ilə maraqlanmış, İnoue Tetsuciro və Yatabe Ryokiçi ilə birlikdə 1882-ci ildə "Şintayşi şo" adlı poeziya kitabı yazmışdır.[3]
İstinadlar
redaktə- ↑ Japan Search (yap.). 2020.
- ↑ 1 2 3 4 5 6 7 8 "History of CJS: Part 1: President Angell and the first Japanese students". Rəsmi sayt (ingiliscə). 12 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2022.
- ↑ 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan
Ədəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 88. ISBN 0-87011-628-2. İstifadə tarixi: 12 oktyabr 2022.
Xarici keçidlər
redaktə- Vikianbarda Toyama Masakazu ilə əlaqəli mediafayllar var.