Tokio Elmi Institutu - Wikipedia
Tokio_Elmi_İnstitutu - Haqqında Məlumat
Tokio Elmi İnstitutu (yap. 東京科学大学, Science Tokyo) — Yaponiyanın Tokio şəhərində yerləşən ali təhsil müəssisəsi; dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir.
Tokio Elmi İnstitutu 科学大 | |
---|---|
東京科学大学 | |
35°36′23″ şm. e. 139°41′01″ ş. u.HGYO | |
Əsası qoyulub | 2024 |
Tip | Dövlət |
Tələbə sayı | 13.000[1] |
Şəhər | Tokio şəhəri |
Ölkə | |
Sayt | isct.ac.jp |
Tarixi
redaktəBu universitet rəsmi olaraq 1 oktyabr 2024-cü ildə Tokio Texnologiya İnstitutu (Tokyo Tech) və Tokio Tibb və Stomatologiya Universiteti (TMDU) birləşdirilərək yaradılmışdır.[2]
Kampus
redaktəTokio Elmi İnstitutunun Böyük Tokio regionunda altı kampusu var: üçü keçmiş Tokio Texnologiya İnstitutu (Ookayama, Suzukakedai və Tamachi) və üçü keçmiş Tokio Tibb və Stomatologiya Universitetindən (Yushima, Kokufudai və Surugadai).
Məktəblər və bölmələr
redaktəElm və mühəndislik Bölməsi
redaktə- Elm məktəbi
- Mühəndislik məktəbi
- Kimya texnologiyası və materiallar məktəbi
- Kompüter elmləri məktəbi
- Həyat elmləri və texnologiya məktəbi
- Ətraf mühit və cəmiyyət məktəbi
Tibbi və stomatoloji elmlər bölməsi
redaktə- Tibb fakültəsi
- Stomatologiya fakültəsi
- Humanitar elmlər institutu
- Tibbi və stomatoloji elmlər magistr məktəbi
- Sağlamlıq elmləri magistr məktəbi
Nobel mükafatı
redaktə-
Hideki Sirakava (白川 英樹), kimyaçı, 2000-ci ilin Kimya üzrə Nobel Mükafatı laureatı
-
Yoşinori Osumi (大隅 良典), Professor, hüceyrə biologiyası üzrə mütəxəssis, 2016-cı ilin Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı laureatı
İstinadlar
redaktə- ↑ https://www.yomiuri.co.jp/kyoiku/kyoiku/news/20241001-OYT1T50048/.
- ↑ "2024年10月1日、国立大学法人東京科学大学が誕生". 東京科学大学. 1 October 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2024.
Xarici keçidlər
redaktə- isct.ac.jp — rəsmi saytı