Tivoli Baglari - Wikipedia
Tivoli bağları və ya Tivoli — Danimarkanın paytaxtı olan, Kopenhagen şəhərində yerləşən əyləncə parkı və kef bağı. O, 1843-cü ilin avqustun 15-i açılıb və bələliklə, həmin şəhərin yanında Direhavsbakken parkından sonra, dünyanın ikinci ən köhnə əyləncə parkıdır.[2] Bəzi mənbələrdə Volt Disney məhz Tivolidən ilhamlanıb, Disneyland-ı yaratdığını deyilir.[3] O, bu yeri 1951-ci ildə ziyarət edib.[4]
Tivoli bağları | |
---|---|
| |
Məlumatlar | |
Ölkə | |
Yerləşməsi | Danimarka, Kopenhagen |
Yaradılıb | 15 avqust 1843 |
Ziyartəçi sayı |
|
Saytı | tivoli.dk |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
2016-cı ildə Tivoli bağlarını 4,6 mln. adam ziyarət edib.[5]
Tarix
redaktəParkın 14-16 akr ərazisində qrulması üçün Georq Karstensena icazə verən Kral VIII Kristian idi. Onun ilk adı Tivoli & Vauxhall qoyublar.[6] Açılışı 1843-cü ilin avqustun 15-də baş verib. O gün parkının ilk ziyarətçilərin arasında Hans Xristian Andersen də olub. O, parkdan ilhamlanıb Bülbül nağılını yazıb.[7]
1901-ci ildən başlayaraq Tivolidə bir sıra insan sərqisi keçirilib. Bunun vasitəsi ilə xaricə gedə bilməyən Danimarkalılar başqa irqləri və mədəniyyətləri canlı olaraq görə bilərdi.[6]
1943-cü ildə nasizm tərəfdarları Tivolinin bir çox binalarını, o cümlədən konsert zalını yandırıblar. O binaların yerində müvəqqəti tikintilər quruşdurulub və bir neçə həftə sonra, park yenidən işləməyə başladı.[8]
Atraksionlar
redaktəPark taxtadan tikilmiş amerikan dağlarına görə tanınır. Məsələn 1914-cü (başqa mənbələrinə görə 1915-də və ya ondan sonra) ildə quraşdırılan Rutschebanen və ya yerlilər tərəfindən Bjergbanen adlanan amerikan dağları dünyada hələ də işləyən ən köhnə amerikan dağlarından biridir.[9] Bundan başqa, parkda poladdan olan 1974-cü ildə quraşdırılan Karavanen, 1985-ci ilin Odin Ekspressen və 2004-cü ilin aprelin 16-da quraşdırılan Dæmonen adlı amerikan dağları var.[10]
2006-cı ildə Tivoli üçün Avstriyada Funtime şirkərti tərəfindən dünyanın ən yüksək karuseli olan Himmelskibet adlı atraksion quraşdırılıb.[6]
Başqa obyektləri
redaktəTivoliyə giriş biletlidir. Biletlərin fərqli növləri olur, o cümlədən, nisbətən ucuz olan atraksionları istifadə etməyə icazə verməyən biletlər var. Atraksionlardan başqa, Tivolidə müxtəlif restoranlar, kafelər, süni göl, [11] teatr, bağlar, gül ləki və şərqi üslubda binalar var.[12]
Parkın yanında 1893-cü ildə tikilən Tivoli sarayına baxan Hans Xristian Andersenın heykəli yerləşir. Bundan artıq, 2019-cu ildə elan olunub ki, Tivoli BIG şirkəti ilə birgə saraya Andersenın adını daşıyacaq 18 mərtəbəli mehmanhana əlavə olaraq tikmək planlaşdırırlar.[13]
İstinadlar
redaktə- ↑ Global attractions Attendance Report 2023 (ing.): The definitive annual attendance study for the themed entertainment and museum industries. TEA, AECOM, 2024. P. 59. 88 p.
- ↑ "Top attractions in Denmark". visitdenmark.com. Visit Denmark. 2 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2016.
- ↑ "Arxivlənmiş surət". 2013-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-09.
- ↑ "Arxivlənmiş surət". 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-14.
- ↑ "Arxivlənmiş surət". 2018-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
- ↑ 1 2 3 Tivoli – Tivoli Gardens Copenhagen – Copenhagen Portal – Tourist Guide Arxivləşdirilib 2013-11-02 at the Wayback Machine. Copenhagenet.dk. Retrieved on 15 August 2011.
- ↑ "Our history". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-09.
- ↑ The Twentieth Century with Walter Cronkite: Sabotage. CBS, 1950s.
- ↑ "Arxivlənmiş surət". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ [1]
- ↑ p. 62-63
- ↑ "Arxivlənmiş surət". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-09.
- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-23.