Tiflis Muselman Emirliyi - Wikipedia
Tiflis Müsəlman Əmirliyi (654–1122) — Tiflis şəhərində yerləşən müsəlman dövləti.
Tarixi dövlət | |
Tiflis Müsəlman əmirliyi | |
---|---|
|
|
Paytaxt | Tbilisi |
Dövlət dini | islam |
İdarəetmə forması | monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
İslam bölgəyə ilk gəlişindən etibarən indiki Gürcüstan torpaqlarında yayılmağa başlamışdır. VIII əsrin 30-cu illərində ərəblər Şərqi Gürcüstana yiyələndikdən sonra Tiflis şəhərini canişinliyin mərkəzinə çevirdilər. Tiflis əmiri əvvəlcə bütün Şərqi Gürcüstan əmirinə tabe idi. Sonralar ərəb xilafətinin zəifləməsi nəticəsində canişinliyin ərazisi Tiflis müsəlman əmirliyi ilə məhdudlaşdı. IX əsrin əvvəllərində isə təkcə Kartli, XI əsrdə isə ancaq Tiflis və ona bitişik vilayətlər əmirin hakimiyyəti altında qalmışdı. IX əsrdən etibarən əmirlərin müstəqillik uğrunda mübarizəsi başlandı və 80-ci illərdə onlar buna nail oldular. Tiflis Müsəlman əmirliyi XI əsrin sonlarına kimi öz müstəqilliyini saxladı. 1121-ci ildə baş vermiş Didqori döyüşü nəticəsində Tiflis Müsəlman əmirliyi 1122-ci ildə ləğv edilərək Gürcüstan dövlətinin tərkibinə qatıldı. Tiflis əmirliyi dövründə hakimiyyət ardıcıl olaraq 3 nəslin (sülalənin) əllərində cəmləşmişdir; bunlar — Şüeybilər, Şeybanilər və Cəfərilər nəsilləridir.
Əmirliyin yaranması
redaktəTiflis müsəlman əmirliyi Qafqazın ərəb orduları ilə 645-ci ildə başlayan fəthi prosesində, 735-ci ildə Tiflis şəhərinin Mərvanın başçılıq etdiyi ərəb orduları tərəfindən tutulması ilə yaranmışdır. Mərvan Əməvilər sülaləsindən olmaqla, xristian əhalisi arasında çox qeyri-populyar idi. Mərvan bütün Qafqazın canişini təyin olundu, onun vəzifəsinə yerli əhalini islamlaşdırmaq daxil idi, həmçinin o Tiflisə əmir təyin edirdi.
Ərazisi
redaktəƏvvəlcə Tiflis əmirliyinə bütün Şərqi Gürcüstan tabe idi, lakin VIII–IX əsrlərdən etibarən əmirliyin ərazisi tədricən kiçilməyə başladı. Lakin Borçalı ərazisində əmirlik tam olaraq möhkəmlənmişdi. IX əsrin sonunda əmirliyin cənub əraziləri erməni Baqratuni sülaləsi tərəfindən işğal edildi. IX əsrin ortalarında etibarən əmirliyin ərazisində qalan yeganə müsəlman şəhəri Tiflis idi. O zaman Tiflis Dərbəddən sonra Qafqazın ikinci ən böyük şəhəri idi və müsəlman şəhəri üslubunda qurulmuşdu. Şəhərdən kənarda yaşayan kənd və dağ əhalisi hələ də xristian olaraq qalmaqda idi. VIII əsrin ortalarında başlanmış mübarizənin nəticəsində Abxaziya knyazlığı ərəblərdən azad oldu, daha sonra IX əsrdə Lazika ərazisi Bizans tərəfindən ələ keçirildi.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |