Teylor Svift - Wikipedia
Teylor Svift (ing. Taylor Swift; 13 dekabr 1989[1][2], Vest-Ridinq[d], Pensilvaniya) — amerikalı müğənni-bəstəkar. XXI əsrin ən nüfuzlu musiqiçilərindən biridir.[kimə görə?]
Teylor Svift | |
---|---|
ing. Taylor Swift | |
Ümumi məlumatlar | |
Doğum adı | Taylor Alison Swift |
Ləqəbi | Nils Sjöberg[10][11] |
Doğum tarixi | 13 dekabr 1989[1][2] (34 yaş) |
Doğum yeri |
|
Partnyorları |
|
Atası | Skott Svift[d] |
Anası | Endrü Finley[d] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktrisa, bəstəkar, müğənni, musiqi prodüseri, xeyriyyəçi, müğənni-mahnı yazarı, söz yazıçısı[d], musiqi videosu rejissoru[d], kinorejissor |
Fəaliyyət illəri | 2003-cü ildən |
Janrlar | kantri, pop-rok, pop musiqisi, sinti-pop, indi-folk[d] |
Musiqi alətləri | gitara, piano, ukulele[12], baraban, elektrogitara, akustik gitara[d], pianino[d] |
Səs tembri | messo-soprano |
Albom şirkətləri | Big Machine Records, Republic Records[9] |
taylorswift.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Svift mahnı yazmağa 14 yaşında ikən başlayıb, o, 2005-ci ildə Big Machine Records ilə müqavilə bağladıqdan sonra kantri müğənnisi olmuşdur. Sviftin 2006-cı ildə yayımladığı öz adını daşıyan studiya albomu daxil olmaqla altı albomu Big Machine tərəfindən buraxılıb. Teylorun ikinci albomu "Fearless"dən "Love Story" və "You Belong with Me" mahnıları ABŞ-də ən çox dinlənən treklər olmuşdur. Onun rok elementlərinə malik olan növbəti albomu "Speak Now" (2010) hit-paradlara birinci pillədə qərarlaşıb. 2012-ci ildə buraxdığı "Red" albomundan "We Are Never Ever Getting Back Together" sinqlı onun uğurunu daha da artırmışdır. Daha sonra 2014-cü ildə "1989" albomunu yayımlayan Svift kantri imicindən uzaqlaşdı, albomun "Shake It Off", "Blank Space", və "Bad Blood" mahnıları önəmli populyarlıq qazandı. 2017-ci ildə buraxdığı "Look What You Made Me Do" sinqlı ilə altıncı albomu "Reputation"u dəstəklədi.
Big Machine-dən ayrıldıqdan sonra Svift 2018-ci ildə Republic Records ilə müqavilə bağladı və yeddinci studiya albomu olan "Lover" 2019-cu ildə buraxıldı. O, bir il sonra öz həyatından bəhs edən "Miss Americana" avtobioqrafik sənədli filmini buraxdı. 2020-ci il buraxılışları "Folklore" və "Evermore" albomlarında indi folk və alternativ rok janrına üstünlük verdi. Onun 2022-ci ildə işıq üzü görən onuncu albomu "Midnights" və aparıcı sinqlı "Anti-Hero" çoxsaylı yayım rekordları qırdı. Svift səsyazma şirkəti ilə aralarında yaranan mübahisədən sonra əvvəlki albomunu yenidən yazmağa başladı, dördünü yenidən yayımlandı — 2021-ci ildə "Fearless (Taylor's Version)" və "Red (Taylor's Version)", "Speak Now (Taylor's Version)" və "1989 (Taylor's Version)". Svift 2023-cü ildə "The Eras Tour" adlı konsert turlarına çıxamağa başladı.
Dünyada 200 milyondan çox albom satan Svift bütün zamanların ən çox satış həyata keçirən musiqiçilərindən biridir. O, ABŞ-də beş albomu bir milyondan çox nüsxə satılan yeganə musiqiçidir. Onun mükafatları arasında 11 "Qremmi" mükafatı, o cümlədən "İlin Albomu" nominasiyasında üç dəfə qələbə, buna əlavə olaraq; Emmi Mükafatı; 40 Amerika musiqi mükafatı; 29 "Billboard Musiqi" mükafatları; və 84 Ginnesin Rekordlar Kitabı daxildir. Svift Rolling Stone jurnalının "Bütün Zamanların 100 Ən Böyük Mahnı yazarı", Billboard-un "Bütün Zamanların Ən Böyük Sənətçiləri", eləcə də Time 100 və Forbes Celebrity 100-də yer alıb. "Onilliyin sənətçisi" və "On ilin qadını" kimi titullara layiq görülən Svift, sənətçilərin hüquqlarını və qadınların səlahiyyətlərini müdafiə edir. Onun musiqisi bütün müğənni-bəstəkarlar nəslinə təsir göstərmişdir.
Həyatı və karyerası
redaktə1989–2003: İlk dövrləri və təhsili
redaktəTeylor Elison Svift 13 dekabr 1989-cu ildə[13] Pensilvaniya ştatının Vest-Ridinq şəhərindəki Redinq xəstəxanasında anadan olmuşdur.[14] Sviftin atası Skott Kinqsli Svift, Merrill şirkətinin keçmiş birja brokeridir,[15] anası Andrea Qardner Svift (Finli) isə əvvəllər qarşılıqlı investisiya fondunda marketinq direktoru kimi çalışmış evdar qadındır. Onun aktyor olan Ostin adlı kiçik qardaşı var.[16] Onun adı müğənni-bəstəkar Ceyms Teylorun şərəfinə qoyulub,[17] Svift şotland[18] və alman əsillidir. Ana tərəfdən nənəsi Marcori Finli opera müğənnisi idi.[19] Svift ilk illəriniatasının müştərilərindən birindən aldığı Milad ağacı fermasında keçirdi.[20][21] Svift özünü xristian hesab edir.[22] O, The Wyndcroft Məktəbinə[23] keçməzdən əvvəl Bernadin Fransiskan bacıları[24] tərəfindən idarə olunan Alvernia Montessori Məktəbində məktəbəqədər təhsil və uşaq bağçasında oxuyub. Ailə sonralar Pensilvaniya ştatının Vayomissinq şəhərindəki kirayə evə köçüb,[25] o burada Wyomissing Area Junior/Senior High School məktəbinə gedib.[26]
Svift doqquz yaşında musiqili teatra maraq göstərdi və Berks Gənclər Teatr Akademiyasının dörd tamaşasında çıxış etdi.[27] O, həmçinin vokal və aktyorluq dərsləri üçün müntəzəm olaraq Nyu-Yorka səyahət edirdi.[28] Svift daha sonra diqqətini Şania Tvenin mahnılarından təsirlənərək kantri musiqisinə yönəltdi.[29] O, həftə sonlarını yerli festivallarda və tədbirlərdə çıxış edərək keçirdi.[30][31] Feyt Hill haqqında sənədli filmə baxdıqdan sonra Svift musiqi karyerasını davam etdirmək üçün Tennessi ştatının Neşvill şəhərinə köçməli oldu.[32] O, on bir yaşında anası ilə birlikdə Neşvill səsyazma şirkətlərinə ziyarət etdi, burada Dolli Parton və The Chicks kimi sənətçilərin mahnılarına oxuduğu kover ifalarından ibarət demo lentlərini təqdim etdi.[33][34]
Svift təxminən 12 yaşında olanda kompüter təmirçisi və yerli musiqiçi olan Ronnie Cremer ona gitara çalmağı öyrətdi. Mahnı yazarı kimi ilk səylərində ona kömək etdi və onun "Lucky You" mahnısını yazmasına dəstək oldu.[35] 2003-cü ildə Svift və valideynləri Nyu-York-da fəaliyyət göstərən istedad meneceri Den Dymtrow ilə işləməyə başladı. Onun köməyi ilə Swift "Rising Stars" kampaniyasının bir hissəsi olaraq Abercrombie & Fitch üçün modellik etdi, Maybelline kompilyasiya CD-sinə orijinal mahnı daxil etdi və əsas səsyazma şirkətləri ilə görüşlərdə iştirak etdi.[36] O zaman 13 yaşında olan Svift RCA Records vitrinində orijinal mahnıları ifa etdikdən sonra ona sənətçinin inkişafı ilə bağlı müqavilə verildi və o anası ilə Neşvilə tez-tez səfərlər etməyə başladı.[37][38][39] Sviftin kantri musiqi səhnəsinə girməsinə kömək etmək üçün atası o 14 yaşında olanda onunla birlikdə Merrill Lynch-in Neşvill ofisinə köçdü və ailə Tennessi ştatının Hendersonville şəhərinə yerləşdi.[20][40] Svift əvvəlcə Hendersonville Liseyində[41] oxudu və iki il sonra o, evdə təhsil turu cədvəlinə daha uyğun olan Aaron Akademiyasına keçdi. Oranı bir il tez bitirdi.[42]
Diskoqrafiya
redaktəStudiya albomları
redaktə- Taylor Swift (2006)
- Fearless (2008)
- Speak Now (2010)
- Red (2012)
- 1989 (2014)
- Reputation (2017)
- Lover (2019)
- Folklore (2020)
- Evermore (2020)
- Midnights (2022)
- The Tortured Poets Department (2024)
Yenidən yazılanlar
redaktə- Fearless (Taylor's Version) (2021)
- Red (Taylor's Version) (2021)
- Speak Now (Taylor's Version) (2023)
- 1989 (Taylor's Version) (2023)
İstinadlar
redaktə- ↑ 1 2 Taylor Swift // GeneaStar.
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 https://revistaquem.globo.com/Popquem/noticia/2012/12/taylor-swift-e-harry-styles-sao-fotografados-juntos-pela-primeira-vez.html.
- ↑ 1 2 http://ego.globo.com/famosos/noticia/2013/01/saiba-como-foi-o-termino-de-taylor-swift-com-harry-styles-segundo-site.html.
- ↑ 1 2 https://www.etonline.com/taylor-swift-and-joe-alwyn-break-up-after-six-years-of-dating-exclusive-202408.
- ↑ 1 2 http://www.people.com/people/article/0,,20333466,00.html.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 https://www.harpersbazaar.com/celebrity/latest/a46443995/taylor-swift-dating-history-boyfriends-timeline/.
- ↑ 1 2 https://www.republicworld.com/entertainment-news/music/why-did-taylor-swift-and-jake-gyllenhaal-call-off-their-relationship.html.
- ↑ 1 2 https://www.universalmusic.com/taylor-swift-signs-exclusive-global-recording-agreement-universal-music-group/.
- ↑ https://www.elitedaily.com/p/taylor-swifts-explanation-of-her-nils-sjoberg-pseudonym-confirmed-a-fan-theory-43659497.
- ↑ https://www.republicworld.com/entertainment-news/music/why-did-taylor-swift-adapt-the-pseudonym-nils-sjoberg.html.
- ↑ http://www.bbc.co.uk/blogs/chartblog/2009/02/taylor_swift_the_interview.shtml.
- ↑ "Taylor Swift: The record-breaking artist in numbers". Newsround. March 2, 2020. March 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 20, 2020.
- ↑ Sutherland, Mark. "Taylor Swift interview: 'A relationship? No one's going to sign up for this'". The Daily Telegraph. May 23, 2015. ISSN 0307-1235. January 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 20, 2020.
- ↑ "Taylor Swift is not an "underdog": The real story about her 1 percent upbringing that the New York Times won't tell you". Salon. May 23, 2015. May 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2020.
- ↑ Roth, Madeline. "Taylor Swift's Brother Had The Most Epic Graduation Weekend Ever". MTV News. May 19, 2015. July 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2016.
- ↑ Scott, Walter. "What Famous Pop Star Is Named After James Taylor?". Parade. June 11, 2015. October 15, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2018.
- ↑ Eleftheriou-Smith, Loulla-Mae. "Taylor Swift tells Scotland: 'I am one of you'". The Independent. June 24, 2015. May 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 10, 2019.
- ↑ "Taylor Swift stammt aus dem Freistaat". BR24 (alman). September 17, 2015. December 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2021.
- ↑ 1 2 Widdicombe, Lizzie. "You Belong With Me". The New Yorker. October 10, 2011. July 24, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2011.
- ↑ Raab, Scott. "Taylor Swift Interview". Esquire. October 20, 2014. February 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 11, 2015.
- ↑ "Taylor Swift on Politicians Co-opting Faith: 'I'm a Christian. That's Not What We Stand For'". Relevant. January 31, 2020. November 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 2, 2020.
- ↑ Hatza, George. "Taylor Swift: Growing into superstardom". Reading Eagle. December 8, 2008. April 1, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 17, 2012.
- ↑ Uhrich, Bill. "Photos Students at Alvernia Montessori School sending Taylor Swift a valentine". Reading Eagle. February 13, 2010. October 16, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 25, 2013.
- ↑ Mennen, Lauren. "Taylor Swift's Wyomissing childhood home on the market for $799,500". Philadelphia Daily News. November 12, 2014. October 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2016.
- ↑ Chang, David. "Taylor Swift Returns to Reading Pennsylvania as Maid of Honor in Friend's Wedding". WCAU. February 22, 2016. September 16, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 26, 2016.
- ↑ "Taylor Swift, Age 12". Daily News. New York. August 27, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 26, 2016.
- ↑ Cooper, Brittany Joy. "Taylor Swift Opens Up About a Future in Acting and Admiration for Emma Stone". Taste of Country. April 15, 2012. April 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 17, 2012.
- ↑ MacPherson, Alex. "Taylor Swift: 'I want to believe in pretty lies'". The Guardian. October 18, 2012. August 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2016.
- ↑ Rolling Stone Interview: The Unabridged Taylor Swift, December 2, 2008
- ↑ Morris, Edward. "When She Thinks 'Tim McGraw', Taylor Swift Savors Payoff: Hardworking Teen to Open for George Strait Next Year". CMT. December 1, 2006. June 26, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2010.
- ↑ Diu, Nisha Lilia. "Taylor Swift: 'I won't do sexy shoots'". The Daily Telegraph. London. April 3, 2011. May 6, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 17, 2012.
- ↑ "News : CMT Insider Interview: Taylor Swift (Part 1 of 2)". CMT. November 26, 2008. January 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2012.
- ↑ Malec, Jim. "Taylor Swift: The Garden In The Machine". American Songwriter. May 2, 2011. May 10, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 21, 2012.
- ↑ Martino, Andy. "EXCLUSIVE: The real story of Taylor Swift's guitar 'legend'". Daily News. New York. January 10, 2015. November 22, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2017.
- ↑ "americanbar.org PDF" (PDF). Americanbar.org. October 11, 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: April 18, 2012.
- ↑ "On tour with Taylor Swift – Dateline NBC". NBC News. May 31, 2009. October 5, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2012.
- ↑ Castro, Vicky. "How to Succeed as an Entrepreneur, Taylor Swift Style". Inc. Monsueto Ventures. February 6, 2015. June 7, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 9, 2015.
- ↑ Willman, Chris. "Getting to know Taylor Swift". Entertainment Weekly. July 25, 2007. May 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2022.
- ↑ Jo, Nancy. "Taylor Swift and the Growing of a Superstar: Her Men, Her Moods, Her Music". Vanity Fair. January 2, 2014. November 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2015.
- ↑ "News : Taylor Swift's High School Names Auditorium in Her Honor". CMT. September 23, 2010. November 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 18, 2012.
- ↑ Grigoriadis, Vanessa. "The Very Pink, Very Perfect Life of Taylor Swift". Rolling Stone. March 5, 2009. May 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 28, 2019.