Tennisin Tarixi - Wikipedia
Tennis (laun tennis) — İngilis dili "lawn" sözündən – fransızcadan "tenez" sözündən yaranmışdır. Topun və raketkatın istifadəsi ilə dünyanın ən məşhur idman növüdür.
Ümumi məlumat
redaktəOyunlar standart ölçülərdə (23.77:8.23 metr) olan kortlarda keçirilir. Tennis müxtəlif səthə malik kortlar (bərk , torpaq, ot) üzərində oynanılır. Əzəldən tennis ot üzərində yaranıb, ona görə də onu "laun tennis" kimi də adlandırırlar. Hər bir oyun topun oyunçu vasitəsilə kortu digər hissəsinə arxa xətdən daxil etməsi ilə başlayır. Oyunçulardan biri uğursuz cəhdi yerinə yetirənə qədər zərbələr mübadiləsi davam edir. Maçlar setlərə və qeymlərə (oyunlara) bölünür. Qalib rəqibi qarşısında iki qeym fərqi ilə ilk altı qeymdə qalib olan oyunçu olur və o bununla bir seti öz hesabına yazmış sayılır.
Tarixi
redaktəTennis – İtaliya, İngiltərə, Fransa kimi ölkələrdə XIII-XIV əsrlərdə bir əl ilə topu torun digər tərəfinə atılması oyunu olub. Raketkalar iki əsr sonra, yəni XVI əsrdə istifadə edilməyə başlanıb. Müasir tennis Böyük Britaniyada 1873-cü ildən inkişaf etməyə başlamışdır. Onun ixtiraçısı kimi 1874-cü ildə oyun qaydaları hazırlayan və nəşr edən Britaniya ordusunun zabiti Ualter Uinqfild (Walter Wingfield) sayılır.
İlk tennis turniri Uimbldon, İngiltərədə 1877-ci ildə keçirilmişdir. Bu turnir bir ənənəyə çevrilib və ən nüfuzlu turnirlərdən biridir.
1913-cü ildə Beynəlxalq Tennis Federasiyası ITF (International Tennis Federation) yaradılıb və ILTF (International Lawn-Tennis Federation) adlandırılmışdı. 1998-ci ildə artıq İTF 190 milli federasiyaları özündə cəmləşdirmişdir.
Tennis top oyunları sinfinə aiddir və 700 il ərzində Avropada tanınır. Müxtəlif xalqlar müxtəlif adlandırıblar tennisi: İngiltərə – "Royal Tennis" və ya "real tennis" , Fransada "je-de-pom", İtalyada "plone". Əvvəlcə tennis əllə oynanılırdı, Böyük Britaniyada bu oyun "the game of the palm", yəni "öz əlləri ilə oyun" adlanırdı və dəri ilə örtülmüş toplardan istifadə edilirdi. Lakin, bu cür toplar yerdən balaca təkana malik olduqları üçün tennis daş döşəmə ilə xüsusi salonlarında oynanılırdı – "ballhaus" (ballhaus). Bu tip salonlarda illər sonra musiqili və rəqsli gecələr keçirilidi ki, bunlar da "ball" adlanırdılar.
əsr|XIX əsrin ortalarında satışda ilk rezin toplar peyda oldu, hansı ki, onlar yaxşı təkana malik idilər. Bununla da açıq havada oynamaq imkanı yarandı.
İlk Laun Tennis klubu Liminqtonda (Leamington), Birminhemdə, mayor Harri Heme və onun dostu ispaniyalı Pereira tərəfindən 1872-ci ildə təsis edilmişdir. Lakin oyunun adı — "laun tennis" mayor Ualter Uinqfild (Walter Wingfield) tərəfindən təqdim olunmuşdur.
1869-cu ildə "Bütün İngilis kroket klubu" yaradılıb. Altı il sonra, onun üzvlərindən biri Henri Cons (Henry Jones), klubda tennis oynamağı təklif etdi. Yeni oyun tez sevildi, 1877-ci ildə klubun adı dəyişdirilərək, "Bütün İngilis kroket və laun-tennis klubu" adlandırıldı. Bu gün klub "Bütün İngilis laun-tennis və kroket klubu" adlanır, lakin daha çox Uimbldon olaraq tanınır.
İlk tennis çempionatı 1877-ci ildə Uimbldonda keçirilib, turnirin qalibi Uilliam Marşalı məğlub edən Spenser Qor olmuşdur. Müsabiqədə torun hündürlüyü yanlarda 152 sm, mərkəzində 99 sm idi.
Tezliklə, laun-tennis digər ölkələrdə də tanınmış oldu. 1877-ci ildə Homburq kurortunda ingilislər yeni oyunu almanlara təqdim etdi. Dörd il sonra, Baden-Baden şəhərində ilk alman tennis klubu (LTC Rot Wei) açılmışdır və 1892-ci ildə ilk beynəlxalq çempionat keçirilmişdir.
İlk öncə tennis kübarların oyunu idi, yalnız və yalnız ötən əsrin 20-ci illərində tennis kütləviləşməyə başlamışdır. Suzan Lenqlen (Suzanne Lenglen) peşəkar tennisin təməlini qoyub. 1926-cı ildə özünün turnesinin təşkil edilməsi üçün o, əhəmiyyətli məbləğ — 50.000 ABŞ dolları xərcləmişdir.
Tennis tarixində ikinci dönüş nöqtəsi peşəkarlar tərəfindən olan İngiltərənin Bornmut şəhərindəki tennis çempionatı olub. Bu turnir 22 aprel 1968-ci ildə baş tutmuşdur. O vaxtdan bəri, tennis "açıq", yəni hərkəsin oynaya biləcəyi bir oyuna çevrilmişdir. Kübar "ağ idman" sadə xalqın idmanına çevrilmişdir.
1896–1924-cü illərdə tennis bir olimpiya idman növü idi. Sonralar tennisin peşəkar idman növünə çevrilməsi ilə olimpiya növlüyündən çıxardırılmış və uzun fasilədən sonra 1988-ci ildə Seul Olimpiya Oyunlarında təmsil olunmuşdur. Olimpiya oyunlarında yalnız Devis Kuboku və Federasiya Kubokunda ölkələrinin yığmalarını təmsil edən tennisçilər iştirak edə bilərlər.
Mənbə
redaktə- Tennisinfo.az saytı Arxivləşdirilib 2012-01-04 at the Wayback Machine