Telavar - Wikipedia
Telavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şovut, Jiy, Porsova və Ərsilə kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 1221 nəfərdən ibarətdir.[mənbə göstərin]
Telavar | |
---|---|
38°58′49″ şm. e. 48°22′28″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Yardımlı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 835 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Adın kökü
redaktəCoğrafi ad ərəb dilində tel "təpə", "kurqan" və var qədim türk dillərində "kənd" komponentlərindən və "ə" (a) birləşdirici saitdən ibarətdir (Təpəkənd).[1]
İqtisadiyyat
redaktəƏhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur.
Tarix
redaktəKeçmişdə Şovut kəndi də Telavarın parçası idi
1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir.[2]
1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir.[3]
Telavar ətrafındakı relyef dağlıqdır. Ən yaxın yaşayış məntəqəsi Telavardan 14,1 km güney-günbatanda yerləşən Yardımlı şəhəridir.
Tanınmış şəxsiyyətlər
redaktəBəhruz Mənsurov — Azərbaycan Milli Qəhrəmanı.[4]
Mirmahmud Mirəlioğlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı;[5] Klassik Xalq Cəbhəsi Partiyasının sədri.
Babayev İdris Babakişi oğlu — 12 iyul 1962 ci ilde Telavar kəndində anadan olub. Şair. 3 kitab müəllifi. "Döndər məni daşa Vətən" "Bəxtsiz qonağıyam mən bu cahanın" "Yaşadacaq sözüm məni"
İstinadlar
redaktə- ↑ Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
- ↑ "Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 г.. — Тифлис, 1893. — С. 315". Российская государственная библиотека (rusca). издан по распоряжению Главноначальствующаго гражданскою частию на Кавказе Закавказским статистическим комитетом. 1893. 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
- ↑ "Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года. — 4-е изд.. — Баку: Азербайджанское гос. изд-во, 1979. — С. 102" (PDF). Президентская библиотека Азербайджанской республики (русский). Азернешр. 1979. 2021-06-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-26.
- ↑ "MƏNSUROV BƏHRUZ QƏHRƏMAN oğlu. veten-ugrunda.az". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
- ↑ İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (az.)
Yardımlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |