Tataristanin Suverenliyi Haqqinda Referendum - Wikipedia
Tatarıstan Respublikası Suverenliyi haqqında Referendum — Rusiya Federasiyasının subyekti olan Tatarıstan Respublikasının suverenliyi ilə əlaqədər keçirilən referendum. Referendum 21 mart 1992-ci ildə keçirilmişdir. Referendum nəticəsində respublikanın dövlət suverenliyi qəbul edilmişdir.
Tarixi
redaktə6 avqust 1990-ci ildə RSFSR Ali Sovetinin sədri Boris Yeltsin Ufada çıxış edərək bunları demişdir: «Biz Ali Sovet olaraq Başqırdıstan hökumətinə deyirik:sizlər uda biləcəyiniz hakimiyyəti götürün»[1][2]. Mətbuatda isə bu ifadə «Suverenlikdən uda biləcəyiniz qədər götürün»[3] kimi yayılmışdır. 30 avqust 1990-cı ildə Tatarıstan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Tatar SSR dövlət suverenliyi haqqında deklorasiya qəbul etmişdir. Deklarasiyada Rusiyanın tərkibinə daxil olan digər muxtariyyətlərdən fərqli olaraq Tatarıstanın nə RSFSR, nə də SSRİ tərkibində deyil tam müstəqil olması göstərilirdi. Burada Tatar SSR konstitusiyası və qanunları Tatarıstanın bütün ərazilərində ali hüquqa malik olması göstərilir. 26 dekabr 1991-ci ildə Belovej anlaşması ilə SSRİ süquta uğrayaraq MDB ilə əvəz edilir. Tatarıstanın MDB-yə təsisçi olaraq daxil olması üçün deklorasiya qəbul edilir[4] .
7 fevral 1992-ci ildə Tatar SSR adı Tatarıstan Respublikası olaraq dəyişdirilir[5]. Bu isə RSFSR-in 16 may 1992-ci ildə qəbul edilmiş konsitutsiyasına uyğun gəlirdi[6]. 21 mart 1992-ci ildə isə Tatarıstan Respublikası statusu ilə bağlı referendum keçirilmişdir. Referendumda vətəndaşlara «Siz razısınızmı, Tatarıstan Respublikası suveren dövlət olaraq, beynəlxalq hüququn subyekti kimi Rusiya Federasiyası və digər respublikalarla bərabərhüquqlu münasibətlər qursun?». Səs vermədə iştirak edənlərin 61.4%[7] bu qanunu dəstəkləmişdir.
13 mart 1992-ci ildə Rusiya Federasiyası Konstitusiya Məhkəməsi Tatarıstanın suverenliyinin 1978-ci il RSFSR konstitusiyasına zidd olmasını bəyan edir.
22 may 1992-ci ildə Ali Sovet Tatarıstanın suveren dövlət olması barədə düzəlişi qəbul edir.
30 noyabr 1992-ci ildə Tatarıstan Respublikası Konstitusiyası qəbul edilir. Konstitusiyada Tatarıstan suveren dövlət olaraq göstərilir[8].
19 aprel 2001-ci ildə Rusiya Federasiyası Konstitusiya Məhkəməsi Tatarıstanın suverenliyinin Rusiya Federasiyası Konstitusiyasına zidd olmasını bəyan etmişdir. 19 aprel 2002-ci ildə Tatarıstan Respublikası Dövlət Soveti yeni konstitusiyanı təsdiq etmişdir. Bu konstitusiya Rusiya Federasiyası Konstitusiyasına uyğunlaşdırılmışdır.
İstinadlar
redaktə- ↑ "Загадочная история Бориса Ельцина". 2017-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24.
- ↑ Союз можно было сохранить. Белая книга: Документы и факты о политике М. С. Горбачёва по реформированию и сохранению многонационального государства. М.: АПРЕЛЬ-85, 1995., c. 110—111
- ↑ «Известия», 8 августа 1990
- ↑ Декларация о вхождении Республики Татарстан в СНГ // Ведомости Верховного Совета Татарстана, N 4, 1992 г.
- ↑ Закон РТ от 7 февраля 1992 года № 1413-XII «Об изменении наименования Татарской Советской Социалистической Республики и внесении соответствующих изменений в Конституцию (основной Закон) Татарской ССР» // «Ведомости Верховного Совета Татарстана». — 1992. — № 4. — C. 44.
- ↑ Закон Российской Федерации от 21 апреля 1992 года № 2708-I «Об изменениях и дополнениях Конституции (Основного Закона) Российской Советской Федеративной Социалистической Республики» // Российская газета, 16 мая 1992 года
- ↑ Протокол Центральной комиссии референдума Республики Татарстан от 25 марта 1992 года «Результаты референдума Республики Татарстан 21 марта 1992 года».
- ↑ "Закон Республики Татарстан от 6 ноября 1992 года № 1665-XII". 2018-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24.