Taneqasima - Wikipedia
Taneqaşima (yap. 種子島) — Kyuşu adasından cənubda, Sakit okean ilə Şərqi Çin dənizi arasında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Kaqoşima prefekturası ərazisində yerləşir.
Taneqaşima adası | |
---|---|
yap. 種子島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 445 km² |
Uzunluğu |
|
Eni | 12 km |
Hündür nöqtəsi | 282 m |
Əhalisi | 36.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
30°34′26″ şm. e. 130°58′52″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəKyuşu adasının Osimi yarımadasından 35 km cənubda yerləşir. Şimaldan cənuba uzunluğu 58 km, şərqdən qərbə isə eni 7 km təşkil edir. Yaxınlığında yerləşən Yakuşima, Kuçinoerabu və Maqeşima adaları ilə birlikdə Osumi arxipelaqına daxildir.
Taneqaşima adası səmadan Düyü yarmasını xatırladır. Adanın ən hündür nöqtəsi 282 metr təşkil edir. Adanın relyefi düzənlikdir. Taneqaşimanın sahəsi 445 km² təşkil edir. Adanın şərq hissəsi sıldırımlı, qərb hissəsi isə qumsal çimərliklərdən ibarətdir.
Taneqaşimanın orta illik temperaturu 10 °S[1], illik yağıntının miqdarı 2700 mm təşkil edir. Subtropik iqlimə malik olduğundan batat, tütün, yerfındığı, noxud, naringi və başqa bitkilərin əkininə imkan verir. Suları balıq və xərçənglərlə zəngindir.
Tarixi
redaktəQədim zamanlada adada Yamato dövlətinin tərkibinə daxil idi. VIII əsrdən Osumi vilayətinin ərazisinə daxil edilmişdir[2]. 1543-cü ildə adaya ilk avropalılar ayaq basırlar. Burada ilk dəfə yaponlar odlu silahlа tanış olmuşlar. Bu səbəbdən yaponlar hətta odlu silahı Taneqaşima adlandırılır.[3]. 1969-ci ildə adada Taneqaşima kosmik mərkəzi fəaliyyət göstərir.
İnzibati bölgü
redaktəAdanın şimalında Nisinoomote şəhəri, mərkəzi hissədə Naka-Tane qəsəbəsi, cənub hissədə isə Minami-Tane qəsəbəsi yerləşir. Qəsəbələr Kumaqe dairəsi ərazisinə daxildir.
Tanınmış şəxsləri
redaktə- Miya Uehara (1987—2011) — model.
İstinadlar
redaktə- ↑ "Tanegashima Climate Normals 1961-1990". National Oceanic and Atmospheric Administration. İstifadə tarixi: January 6, 2013.
- ↑ Suzuki Yasutami 鈴木靖民. 'Nantō-jin no raichō wo meguru kisoteki kōsatsu 南島人の来朝をめぐる基礎的考察 // Higashi Ajia to Nihon 東アジアと日本 (Japanese). 1997. 347–398.
- ↑ Yara Ken'ichirō 屋良健一郎. "Chūsei kōki no Tanegashima-shi to minami Kyūshū kaiiki 中世後期の種子島氏と南九州海域". Shigaku-zasshi 史学雑誌. 121 (11). 2012: 1–36.