Tallin Universiteti - Wikipedia
Tallin Universiteti (est. Tallinna Ülikool – TLÜ) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin üç ən qabaqcıl ali təhsil ocaqlarından biridir.
Tallin Universiteti | |
---|---|
Əsası qoyulub | 18 mart 2005 |
Tip | dövlət universiteti |
Rektor | Tiyt Land |
Tələbə sayı | 10,016 (2014) |
Müəllim sayı | 1,200 |
Şəhər | Tallin |
Ölkə | |
Ünvan | Estoniya, Tallin, Narva mnt 25, 10120 Tallinn |
Sayt |
tlu.ee tlu.ee/en/ru tlu.ee/en |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTallin Universiteti 18 mart 2005-ci ildə bir sıra ali məktəb və araşdırma institutunun birləşməsi nəticəsində yaradılmışdır. Həmin qurumlar bunlar idi:
- Estoniya Akademik Kitabxanası (1946);
- Baltik Film və Media Məktəbi (1992/1997);
- Estoniya Humanitar İnstitutu (1988);
- Tarix İnstitutu (1946);
- Tallin Pedaqoji Universiteti (1919/1952/1992).
Hazırda ölkənin ən sürətli böyüyən universiteti olmaqla sosial elmlər və bəşəri elmlərdə yüksək, fənn və təbiət elmlərində isə sürətlə inkişaf edən ali məktəbdir.
Strukturu
redaktəMəktəblər
redaktə- Baltik Film, Media, İncəsənət və Kommunikasiya Məktəbi
- Rəqəmsal Texnologiyalar Məktəbi
- Təhsil Elmləri Məktəbi
- İdarəetmə, Hüquq və Cəmiyyət Məktəbi
- Humanitar Məktəb
- Təbii Elmləri və Səhiyyə Məktəbi
Kolleclər
redaktəKitabxanası
redaktəUniversitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası 1946-cı ilin aprel ayında Estoniya SSR Elmlər Akademiyasının Mərkəzi Kitabxanası kimi fəaliyyətə başlamışdır. 2003-cü ildən milli kitabxana statusu daşımışdır. Əsas kitabxanası 2005-ci ildən – Tallin Universitetinin yaradılmasından sonra belə adlanır: Tallin Universitetinin Akademik Kitabxanası[2].
Kitabxana fondu 2,5 milyon nüsxədən ibarətdir. Ən qədim kolleksiyası XVI əsrə aiddir.
Kampusları
redaktəTallin Universitetinin əsas kampus binalarına latınca adlar verilmişdir[3]:
Rəhbərlik
redaktəUniversitetin ilk rektoru Mati Heydmets olmuşdur. 2011-ci ilin fevral ayında bu vəzifəyə Tiyt Land seçilmişdir.
Şəkilləri
redaktə-
Akademik kitabxanası
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ Tallinna Ülikooli Akadeemiline Raamatukogu Arxivləşdirilib 2016-04-16 at the Wayback Machine. tlulib.ee (est.)
- ↑ "Campus". 13 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 March 2015.
Xarici keçidlər
redaktə- tlu.ee — Rəsmi saytı