Tezebine - Wikipedia
Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd.[2]
Təzəbinə | |
---|---|
39°56′ şm. e. 46°47′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 634 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Təzəbinə kəndi dağ ətəyində yerləşir.
Tarixi
redaktəQədimdə bu kəndin yerində yerləşən kəndin adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ və ya Noraküh (ermənicə: Təzəkənd) adlandırılmışdı.
1990-cı ildə Ermənistandan Azərbaycana gələn qaçqınların yerləşdirilməsi məqsədilə Ağdam tikinti trestinin köməyi ilə kənd yenidən salınmış, layihə sənədlərində adı Təzəbinə kimi rəsmiləşdirilmişdir.[3]
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır.[4]
1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir.
19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Əhalisi
redaktə2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.[5]
İstinadlar
redaktə- ↑ http://census.stat-nkr.am/nkr/1-5.pdf.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Təzəbinə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 3
Həmçinin bax
redaktə Xocalı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |