Susayqislaq Xacmaz - Wikipedia
Susayqışlaq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Susayqışlaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Susayqışlaq | |
---|---|
41°39′30″ şm. e. 48°40′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəSusayqışlaq kəndi Xaçmaz rayonunun coğrafi şərayitinə görə yüksək məhsuldarlıqlı torpaq sahələri ilə zəngin kənddir. Sovet ittifaqı dövründə kənd ərazizində "Ukrayna" sovxozu adı altında, zəngin kənd təsərrufatı, maldarlıq və bağçılıqla məşğul olan bir neçə kəndi özündə birləşdirən ərazi vahidliyi idi. Kənd Sovetliyi və Sovxoz direktorluğu kənd ərazisində yerləşirdi. Sovxoz ərazi vahidliyinə Maqsud kənd, Şollar, Pərdiqıran kimi kəndləri özündə birləşdirirdi.
Mədəniyyəti
redaktəKəndin 11 illik orta təhsil məktəbi, uşaq bağçası, tibb məntəqəsi, zəngin kitabxanası var.
Coğrafiyası və iqlimi
redaktəKənd ərazisi əsasən sıx meşə zolaqlar, təbii bulaqlar, çoxlu sayda artezian su quyuları ilə zəngindir. Kənd əlverişli sahədə yerləşir. Kəndin yaxıınlığında Bakı — Yalama şossesi və Bakı–Yalama dəmiryol xətti keçir. Xudat şəhəri ilə 3 km məsafədədir. susay kendinin yasi bilinmeyen qebirsanligi vardir kendin qedim mescidi var Kənd Samur–Dəvəçi ovalığındadır.
Əhalisi
redaktəSusay kəndinin əhalisi min nəfərdirdən artıqdır.
İqtisadiyyatı
redaktəKənd əhalisi əsasən bağçılıq, kənd təsərrufatı, əkinçilik ilə məşğuldur. Kənd təsərrufatı mallarının əsasən pomidor, xiyar, soğan, sarmısaq, kartof, qarğıdalı, lobya kimi növləri geniş yayılıb, Giləmeyvələrdən çiyələk, moruq, böyürtkən, qarağat sahələri də bir sıra ərazilərin illik əkin yerlərinə çevrilib, Bağçılıq sahəsini əsasən, fındıq, qoz, alma, armud, gavalı, zoğal, nar, gilas, albalı, üzümçülük təşkil edir. Əkinçilik sahəsinin əsasını buğda və arpa təşkil edir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
Həmçinin bax
redaktə Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |