Subaraxnoidal Qanaxma - Wikipedia
Subaraxnoidal qanaxma - Subaraxnoidal qanaxma dedikdə subaraxnoidal sahədə qanın müəyyən edilməsidir.
- bir sıra səbəblərdən irəli gələn sindromdur, lakin əksər hallarda bu termindən istifadə edərkən məhz anevrizmanın partlaması (ədətən qeyri-travmatik səbəblərdən) düşünülür.
Klinik mənzərəsi
redaktəƏsas əlaməti baş ağrısıdır.. Baş ağrısının əsas xüsusiyyətləri -
- adətən çox kəskin ("həyatımda ən pis ağrı") baş ağrısı ilə başlayır və bir neçə saniyə ərzində ağrının kəskinliyi daha da artmış olur.
- bu cür baş ağrısından müayinə edilən xəstələrdə SAQ (subaraxnoid qanaxma) ehtimalı cəmisi 10% olur (əgər digər simptomlar, məsələn, huşun itirilməsi və ya fokal nevroloji tapıntılar varsa, ehtimal dərəcəsi xeyli artır).
- xəstələrin təxminən yarısı bir neçə saniyədən bir neçə dəqiqəyədək yavaş-yavaş artan baş ağrısı ilə müraciət edir
- bəzi xəstələrdə çox kiçik qanaxma olduqda isə ağrı daha az davam edir və ağrı günlər və həftələr ərzində artır
- bir çox hallarda başlanğıcda keçib gedən zəiflik və ya huşun itkisi müşahidə edilir (beyindaxili təzyiqin artması səbəbindən)
- digər xəstələr keyləşmiş və ya dizoriyentasiyalı olur başlanğıcda.
- əgər ağrı daha çox boyundadırsa və ya kürək sümükləri (inter-scpular) arasındadırsa, bu zaman onurğa beyin (spinal) AVM (arterio-venoz malformasiya) və ya fistula barəsində düşünmək lazımdır.
Baş ağrısı ilə yanaşı qıcolmalar, ürək bulanma və qusma, fokal nevroloji defisit müşahidə oluna bilər.
Diaqnostika
redaktəAşağıdakı əlamətlər və ya simptomlarla müraciət etmiş xəstədə SAQ daim nəzərdən keçirilməli və araşdırılmalıdır:
- həddən artıq kəskin baş ağrısı
- yenicə yaranmış və ya əvvəlki baş ağrılarından fərqlənən baş ağrısı
- huşun itirilməsi və ya dərhal sonra davamlı və güclü baş ağrısı ilə müşahidə edilən ilk qıcolma.
- 3-cü Kəllə Sinirinin iflici ilə əlaqəli bəbəklərin iflici pupillary-involving CN III palsy of recent onset (suggests compressive lesion). (QEYD: 3-cü KS-nin bir tərəfli iflici zamanı, həmin tərəfdə göz adətən aşağı və çölə (lateral) deviasiya (çönmüş) olunmuş olur, və həmçinin hətta bəzi hallarda bəbəyin tam örtülməsinə gətirib çıxaran ptoz müşahidə edilir. Bu cür klinika 4-cü və 6-cı KS-nin funksiyalarının saxlanması ilə əlaqədardır.)
- huşunu itirmiş xəstələrdə subhiyaloid qanaxma
- kəskin şiddətli baş ağrısı və ya huşun itirilməsi ilə yanaşı "insulta" (məs., afaziya və ya hemiparez) bənzər klinika. İşemik insultda şiddətli baş ağrısı və ya huşun itirilməsi gözlənilməyən simptomlardı.[1]
İstinadlar
redaktə- ↑ "Subaraxnoidal qanaxma: diaqnostika, reanimasiya, cərrahi müdaxilə və proqnoz". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-16.