Sriviyaya Fk - Wikipedia
Sriviyaya FK — Cənubi Sumatra regiounun Palembanq şəhərini təmsil edən peşəkar İndoneziya futbol klubudur. Klub 1976-cı ildə təsis edilmişdir və hal-hazırda İndoneziya Futbol Çempionatı A-da mübarizə aparır. Sriviyaya klubu öz ev oyunlarını Gelora Sriviyaya Stadionunda keçirir.
Sriviyaya FK | |||
---|---|---|---|
Klubun tam adı | Sriwijaya Football Club | ||
Ölkə | İndoneziya | ||
Ləqəb(lər) |
|
||
Yaranma tarixi | 1976 | ||
Stadionu | Gelora Sriviyaya stadionu, | ||
Tutumu | 36000 | ||
Prezidenti | Dodi Reza Aleks | ||
Baş məşqçisi | Vidodo Çahyono Putro | ||
Liqa |
İndoneziya Futbol Çempionatı (Liga 2) |
||
2018 | 17 (Liga 1) ▼ | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
2008-ci ildə Sriviyaya FK klubu bir ildə həm 2007-08 Liqa İndoneziya Premyer Çempionatı mövsümünün, həm də 2008 İndoneziya Kubokunun qalibi olmaqla İndoneziya futbolu tarixində bunu edən ilk futbol klubu olmuşdur. Klub 2009 və 2010-cu ildə İndoneziya Kubokunun qalibi olmaqla ardıcıl 3 mövsüm kubokun qalibi olan ilk klub olmuşdur.
Tarixi
redaktəKlub 1976-cı ildə təsis edilmişdir.[1] 2002-ci ildə klub öz bazasını Mərkəzi Yavada yerləşən Solo ərazisinə köçürtmüşdür. Bunun da səbəbi Persiyatim Solo FKA klubunun maliyyə böhranı ilə əlaqədar olaarq öz adını dəyişdirməsi olmuşdur. Amma Soloda maliyyə böhranı tez-tez baş veridi. Xoşbəxtlikdən 2004-cü ildə Cənubi Sumatra Hökuməti İndoneziyanın Futbol üzrə Yüksək Diviziyasında mübarizə aparmaq üçün Palembanq şəhərindən komanda istəyirdi. Onlar 2004 Milli Oyunlardan sonra Gelora Sriviyaya Stadionunda oynamaq istəmirdilər. Belə ki, onlar Persiyatimi almaq qərarına gəlmişdilər. Klub sonralar adını Sriviyaya FK olaraq dəyişdirərək Cənubi Sumatranın Palembanq şəhərinə köçdülər.[2][3] Adı Sriviyaya İmperiyasının adı ilə adlandırılmışdır. İmperiya qədim zamanlarda əsas torpaqları idarə edən imperiya kimi tanınmışdır. Klub T Sriviyaya Optimis Mandiriyə məxsusdur.[4]
2008-ci ildə Sriviyaya FK klubu bir ildə həm 2007-08 Liqa İndoneziya Premyer Çempionatı mövsümünün, həm də 2008 İndoneziya Kubokunun qalibi olmaqla İndoneziya futbolu tarixində bunu edən ilk futbol klubu olmuşdur.[5][6] Bu iki titul klubun yarandığı gündən əldə etdikləri ilk titullar olmuşdur. Klub 2009 və 2010-cu ildə İndoneziya Kubokunun qalibi olmaqla ardıcıl 3 mövsüm kubokun qalibi olan ilk klub olmuşdur. Onlar 2011-12 İndoneziya Super Liqasını, eləcə də 2010 və 2012 İndoneziya İnter Adası Kubokunu qazana bilmişdilər.[7]
Stadion
redaktəKlub öz ev oyunlarını tamaşaçı tutumu 36000 nəfər olan Gelora Sriviyaya Stadionunda keçirir.[8]
Loqosu
redaktəKomandanın loqosunun üstündən çəkilən xətt xaçın bir neçə hissəsi mənasını verir. Birinci halqa birlik və dünya klublarının gücünü təsvir edir. Üzərində yazılan Sumatera Selatan sözləri klubun Cənubi Sumatra hökumətini təmsil etdiyini bildirir. Klubun sahibi də məhz bu hökumətdir. Bersatu Teguh ifadəsi isə klubun tərəfdarlarını və klubun ərazisini xarakterizə edir. Qarudanın şəkli gücü və birliyi ifadə edir. Əsas embleminin arxasında Dempo dağını və Ampera körpüsünü görmək olar. Hər ikisi Cənubi Sumatranın qürur və qətiyyəti kimi qiymətləndirilə bilər.[9]
-
2005–2008 -
2009–indiyə kimi
Tərəfdarları
redaktəOnların tərəfdar qrupları S-Maniya, Sinqa Maniya və Sumselmaniya adlanır.[10]
Sponsorlar
redaktə- Sumsel Babel Bankı
- PT Bukit Asam
- PT TEL
- PGN
- PDPE Sumsel
Dəst təchizatçıları
redaktəOyunçular
redaktəHal-hazırkı heyəti
redaktə18 sentyabr 2016-cı il məlumatlarına əsasən.[14]
|
|
Bütün zamanların bombardirləri
redaktəİl | Oyunçu | Oyun | Qol |
---|---|---|---|
2007–12 | Keyt Qumbs | 145 | 74 |
2008–09 | Klaude Parfait Nqon A Cam | 34 | 22 |
2007–10 | Zah Rahan Kranqar | 100 | 22 |
2011–13 | Hilton Moreyra | 45 | 27 |
2007–10 | Anoure Obiora Riçard | 91 | 21 |
2009, 2010–11 | Budi Sudarsono | 37 | 14 |
Baş məşqçilər
redaktəYear | Manager |
---|---|
2005 | Erik Villiam |
2005 | Cenni Vardin |
2005–2006 | Suimin Diharya |
2007–2010 | Rahmad Darmavan |
2010–2011 | İvan Kolev |
2011–2013 | Kas Hartadi[15] |
2013–2014 | Subanqkit[15] |
2014–2016 | Benni Dollo[16] |
2016–İndiyə kimi | Vidodo Çahyono Putro[17] |
Mənbə:[7]
Uğurları
redaktəMilli Liqalar
redaktə- İndoneziya Super Liqası
- Çempion: 2011–12
- Liqa İndoneziya Premyer Diviziyası
- Çempion: 2007–08
Milli Kuboklar
redaktə- İndoneziya Kuboku
- Çempion (3): 2008, 2009, 2010
- İndoneziya Superkuboku
- Çempion: 2010
- İkinci: 2009
- İndoneziya İnter adaları Kuboku
- Çempion (2): 2010, 2012
- Prezident Kuboku
- İkinci (1): 2015
- Torabika Bayanqkara Kuboku
- Üçüncü yer (1): 2016
İstinadlar
redaktə- ↑ "Official Club Profile at Liga Indonesia Website". 2017-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.
- ↑ "Sejarah Lengkap SRIWIJAYA FC" (Indonesian). 5 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "Arxivlənmiş surət". 2016-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.
- ↑ "Sejarah Berdirinya Sriwijaya Football Club ( SFC )" (Indonesian). 5 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "Sikat Persela, Sriwijaya FC Juarai ISL" (Indonesian). 4 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "Cetak Sejarah, SRIWIJAYA FC Jadi Tim Indonesia Pertama Peraih Double Winner" (Indonesian). 5 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ 1 2 "Sejarah Jawara Sumatera Sriwijaya FC dari Masa Ke Masa" (Indonesian). 5 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "Sriwijaya FC Vs Persib Bandung, Djanur: Laskar Wong Kito Punya Motivasi Berlipat" (Indonesian). 8 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 November 2014.
- ↑ "Sriwijaya FC Ganti Logo, Target 4 Besar" (Indonesian). 5 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "Sejarah Sriwijaya FC" (Indonesian). 11 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "Reebok Resmi Gandeng Sriwijaya FC" (Indonesian). 5 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "SFC Jajaki Kerjasama Dengan Apparel Makedonia & Australia" (Indonesian). 24 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "Sriwijaya FC Lanjutkan Kerja Sama Dengan Joma" (Indonesian). 8 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "Enam Ditendang, Tiga Datang, Ini Skuat Sriwijaya FC di ISC 2016". 10 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2016.
- ↑ 1 2 "Sriwijaya FC Nonaktifkan Pelatih Kas Hartadi" (Indonesian). 4 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "Benny Dollo Berlabuh ke Sriwijaya FC" (Indonesian). 4 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "http://www.goal.com/id-ID/news/1391/indonesia-soccer-championship/2016/05/22/23818112/widodo-cahyono-putro-semakin-optimistis-sriwijaya-fc-bisa" (Indonesian). (#cite_web_url); (#accessdate_missing_url)
Xarici keçidlər
redaktə- sriwijaya-fc.com — Rəsmi saytı