Spiridon Putin - Wikipedia
Spiridon İvanoviç Putin (rus. Спиридон Иванович Путин; 19 dekabr 1879 – 19 dekabr 1965) — Rusiya aşpazı, Vladimir Lenin və İosif Stalinin şəxsi aşpazı. O, Vladimir Putinin ata tərəfdən babası idi.[1][2]
Spiridon Putin | |
---|---|
rus. Спиридон Иванович Путин | |
Doğum tarixi | 19 dekabr 1879 |
Vəfat tarixi | 19 dekabr 1965 (86 yaşında) |
Uşaqları | 6 |
Fəaliyyəti | baş aşpaz, aşpaz |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
redaktəSpiridon Putin Rusiya imperiyasının Tver quberniyasında rusmənşəli İvan Petroviç Putin (1845–1918) və Paraskeva Matveyevna Putinanın (qızlıq soyadı Qolubyeva; 1844–1906) ailəsində anadan olmuşdur. 12 yaşında kuzeni ilə Tverdə mehmanxanada işləmiş və 15 yaşında aşpazlıq təhsili almaq üçün Sankt-Peterburqa köçmüşdür.[2]
Karyerası
redaktəPutin bir vaxtlar Qriqori Rasputinə qulluq etdiyi məşhur "Astoriya" otelində işləmişdir. Aşpazlığına heyran olan və adlarındakı oxşarlığı görən Rasputin Putinə qızıl rubl vermişdir. 1917-ci il Rusiya inqilabından sonra Putin Tver quberniyasına getmişdir. Daha sonra Petroqrada qayıtmış, ardınca Moskvaya köçmüşdür.[2]
Moskvada Vladimir Leninin aşpazı olmuşdur. 1924-cü ildə Leninin ölümündən sonra Putin onun dul arvadı Nadejda Krupskaya və bacısı üçün illər sonra ölənə qədər yemək bişirmişdir. Bu müddət ərzində Putin bəzi hallarda İosif Stalin üçün yemək bişirmişdir. Putinin DTK-nin gizli polis sələfi olan NKVD-də çalışdığı güman edilir. 1939-cu ildə Krupskayanın ölümündən sonra Putin Moskva vilayətinin İlyinski qəsəbəsində Moskva Kommunist Partiyasının pansionatında aşpaz işləmişdir.[2] Putin Moskvada vəfat edənə qədər aşpaz kimi işləməyə davam etmişdir.[1][3]
Şəxsi həyatı
redaktəSpiridon Putin 1965-ci ildə vəfat etmişdir. Onun dörd oğlundan ikisi İkinci Dünya müharibəsində həlak olmuşdur. Vladimir Putinin atası Vladimir də döyüşdə fiziki məhdudiyyət qazanmışdır. Yalnız bir oğlu – Aleksandr müharibədən sağ-salamat qayıtmışdır.[2]
İstinadlar
redaktə- ↑ 1 2 Nguyen, Harvey. "The Story of Vladimir Putin's Grandfather, Spiridon Putin, Stalin and Lenin's Personal Cook During the War of the Soviet Union". Newsdelivers. 24 March 2022. 24 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2022.
- ↑ 1 2 3 4 5 Lynch, Allen. Vladimir Putin and Russian Statecraft. Potomac Books. 2011. 10–11.
- ↑ "Putin says grandfather cooked for Stalin and Lenin". Reuters. 11 March 2018. 7 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2022.
Interviewer Andrey Kondrashov, who became the president’s election campaign spokesman in January, said Spiridon Putin continued to cook for the Soviet establishment until shortly before he died in 1965, aged 86.