Sovet Rayonu Stavropol Diyari - Wikipedia
Sovet rayonu[4] (rus. Советский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Zelenokumsk kəndidir. Əhalisi 34.113 nəfərdir (2020).
Sovet rayonu | |
---|---|
44°25′ şm. e. 44°00′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Zelenokumsk[2] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 13 aprel 1924 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86552 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəRayon Stavropol diyarının cənub-şərq hissəsində yerləşir. Budyonnovski, Qeorqievski, Stepnovski, Kirov və Novoselisk rayonları ilə həmsərhəddir.
Relyefi Kuma və Zolka çaylarına doğru mailliləşir. möhkəmdir. Müəyyən yerləri quraqdır. Rayonda 14,7 min hektar suvarılan torpaq sahəsi var. Şabalıd torpaqları, tipik çöl bitki örtüyü ərazidə hakimdir. Meşələr Kuma çayının subasarlarında yerləşir və 10 min hektar ərazini tutur.
Tarixi
redaktə1921-ci ilə qədər Stavropol vilayətinin Svyatokrestovski qəzası, Vorontsovo-Aleksandrovskaya volostunun bir hissəsi idi.
21 avqust 1921-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Fərmanı ilə Stavropol vilayətinin Svyatokrestovski qəzası Terek vilayətinə verilir.
1 may 1924-cü ildə mərkəzi Vorontsovo-Aleksandrovskoye kəndi (2 iyun 1924-cü il tarixli Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə təsdiq edilmiş) olan Vorontsovo-Aleksandrovski rayonu qurulur[5].
7 avqust 1930-cu ildən rayon Şimali Qafqaz Diyarının bir hissəsi idi (1937-ci ildə Orjonikidze, 1943-cü ildə isə Stavropol diyarı adlandırıldı).
10 yanvar 1943-cü ildə Vorontsovo-Aleksandrovski rayonu nasist işğalçılarından azad edildi[6].
20 avqust 1953-cü ildə ləğv edilmiş Soldato-Aleksandrovski rayonu ərazisi ona birləşdirildi.
1958-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 30 sentyabr 1958-ci il tarixli fərmanı ilə ləğv edilmiş Stepnovski rayonunun ərazisi Vorontsovo-Aleksandrovski rayonuna verildi.
1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu əvəzinə: Aleksandrovsk, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Aleksandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeysk, Kursk, Levokumski, Mineralovodski, Petrovski, Şpakovski rayonları qurulur.
RSFSR Ali Soveti Rəyasət Heyətinin 5 iyun 1963-cü il tarixli fərmanı ilə Vorontsovo-Aleksandrovskoye kəndi Novoqriqorievskoye kəndi ilə Sovetskoye kəndinə birləşdirildi və rayon Sovet rayonu adlandırıldı.
12 yanvar 1965-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyəti qərarı ilə[7]:Aleksandrovski, Apanasenkovsk, Blaqodarnenski, Vorontsovo-Alexsandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovki, Prikumski və Şapovski rayonları formalaşdırılır. 1 may 2017-ci il tarixdən etibarən Stavropol diyarının 14 aprel 2017-ci il tarixli 37 saylı qanununa uyğun olaraq Sovet inzibati dairəsinin bütün bələdiyyələri Sovet şəhər dairəsinə birləşdirildi. Ərazi vahidi statusunu qoruyur[8][9].
Əhali
redaktə- Cins tərkibi
2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 28 410 kişi (45,25 %) və 34 380 qadın (54,75 %) yaşayırdı[10].
- Milli tərkib 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı
Milliyyət | sayları | faiz |
---|---|---|
ruslar | 54 403 | 86,64 |
ermənilər | 1372 | 2,19 |
qaraçılar | 1316 | 2,10 |
tabasaranlılar | 687 | 1,09 |
ukraynalılar | 629 | 1,00 |
digərləri | 4383 | 6,98 |
Ümumi | 62 790 | 100,00 |
- Urbanizasiya
Şəhər şəraitində rayon əhalisinin (Zelenokumsk şəhəri) 57,71 % yaşayır.
Yaşayış məntəqələri
redaktəRayonun və müvafiq şəhər dairəsinin ərazisi 26 yaşayış məntəqəsini əhatə edir.
İstinadlar
redaktə- ↑ 1 2 http://docs.cntd.ru/document/461506269.
- ↑ 1 2 3 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
- ↑ "Закон Ставропольского края от 31.01.2020 № 11-кз «О преобразовании муниципальных образований, входящих в состав Новоселицкого муниципального района Ставропольского края, и об организации местного самоуправления на территории Новоселицкого района Ставропольского края»". publication.pravo.gov.ru (rus). 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-16.
- ↑ "Памятные даты по Ставропольскому краю на 2019 год". 2019-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
- ↑ "Календарь государственных праздников Российской федерации, памятных дат и знаменательных событий Ставропольского края на 2011 год". 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- ↑ "Указ Президиума Верховного Совета РСФСР от 12 января 1965 года «Об изменениях в административно-территориальном делении Ставропольского края»". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
- ↑ "Закон Ставропольского края "Об административно-территориальном устройстве Ставропольского края"". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
- ↑ "Закон Ставропольского края "Об утверждении Реестра административно-территориальных единиц Ставропольского края"". 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
- ↑ "Всероссийская перепись населения 2010 года на территории Ставропольского края. Том 3 книга 1 «Национальный состав и владение языками, гражданство»". Сайт Северо-Кавказстата. 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-05.
Mənbə
redaktə- "Официальный сайт администрации Советского муниципального района Ставропольского края". 2021-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.
- "Неофициальный сайт Советского муниципального района Ставропольского края".
- "Советский муниципальный район". Портал органов государственной власти Ставропольского края.
- "Советский муниципальный район". Ставропольская правда. 2016-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-14.