Slovakiya Cenneti - Wikipedia
Slovakiya cənnəti və ya Slovak cənnəti (slovak. Slovensko raj və ya slovak. Slovenský raj) — Şərqi Slovakiyada dağ silsiləsi. Spiş-Qemer Karstın bir hissəsidir. Spiş-Qemer Karst isə öz növbəsində Qərbi Karpatların böyük bir yarımşöbəsi olan Slovenske Rudohoriye dağları sisteminə daxildir.
Slovakiya Cənnəti | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | Rieka Hornad |
Sahəsi | 210 km² |
Yerləşməsi | |
48°55′ şm. e. 20°25′ ş. u.HGYO | |
Ölkə | Slovakiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şimaldakı Spişska Nova Ves qəsəbəsi ilə cənubdakı Dobşina qəsəbəsi arasında yerləşir. Xüsusilə dərələri və şəlalələri ilə tanınır.
Dərələr şəlalələr arasından keçən qeyri-adi yollara sahib olduna görə, turistlər üçün çox məşhur bir yerdir. Sabit nərdivanların dırmaşmaq üçün istifadə edildiyi çox sayda hissələr var.
Ərazi Slovakiya Cənnəti Milli Parkına (slovak. Národný park Slovenský raj) daxildir.
Coğrafiyası
redaktəSlovakiya cənnəti yüksək yaylaları olan bir düzənlikdir (dəniz səvviyəsindən 800–1000 m yüksəklikdə). Ən yüksək dağ 1,270 metrlik Ondreyiskodur. Ərazi əsas olaraq karst əhəng daşlarından (Qeravi, Qlase, Pels və Skala düzənlikləri) və dolomitdən (Tri kopse) meydana gəlir[1]. Karst yaylaları, dude və əhəng daşı səkiləri (Lapiyes) kimi hadisələri göstərir. İqlim orta dərəcədə soyuqdur.
Tipik xüsusiyyətlər kanyonlar, yarğanlar və dərələr (Sokol, Suça bela, Piyeki və Kysel) şəlalələrlə qayalıqlı mənzərəli və səhnələri yaradır və əsasan çaylar Hniles, Hornad və qolları tərəfindən yaradılırlar. Ərazinin 80%-i küknar meşələri və qaraçöhrə ağacları ilə əhatə olunur.
Slovakiya cənnətində 200-dən çox mağara və yeraltı uçurum mövcuddur. Mağaralar arasında, Dobşinska buz mağarası (slovak. Dobšinská ľadová jaskyňa) və Ayı mağarası (slovak. Medvedia jaskyňa) ən çox bilinənlərdəndir.
Slovakiya cənnətində, turistik mərkəzlərə çevrilmiş ağacqıranların, tırpanların və çuqunəridənlərin bir çox yaşayış yeri var idi, məsələn, Dobşinska Maşa, Dedinki, Mlinki, Stratena.
Flora və faunası
redaktəGeniş yayılmış və nadir olan heyvanlar arasında qonur ayı, berqut, adi muymul və qara leylək var. Tez-tez rast gəlinən heyvanlara nəcib maral, çöldonuzu, canavar, vaşaq və susamuru aiddir.
Ərazi, Avropa küknarı, meşə fıstığı, ağ şam, Avropa qara şamı və adi şam ilə örtülüdür.
Ərazidəki endemik bitkilər Karpat çöl sümbülü, Pulsatilla Slavica, Hesperis silvestris, Liguria sibirica və Saxifraga paniculate'dir. Bu bölgədə olan digər bitkilərə, dağ yamacı çiçəyi, türk zambağı, rəngarəng rahib başlığı aiddir.
İstinadlar
redaktə- ↑ Vladar, Y. kolektív, 1981; Encyklopédia Slovenska, Bratislava, səhifə 488