Skopos Nezeriyyesi - Wikipedia
Skopos nəzəriyyəsi — tərcümə fəaliyyətini mətnin funksional məqsədinə əsasən izah edən və istiqamətləndirən bir yanaşma. 1970-1980-ci illərdə Hans Vermer və Katarina Reib tərəfindən irəli sürülən bu nəzəriyyə, tərcümənin əsas vəzifəsinin mətnin məqsədinə uyğun bir şəkildə yenidən yaradılması olduğunu vurğulayır. Skopos nəzəriyyəsi ənənəvi tərcümə modellərindən fərqli olaraq, orijinal mətnə sözbəsöz sadiqlikdən çox, mətnin istifadəsinə və hədəf auditoriyasına uyğunluğunu əsas götürür.[1]
Skopos nəzəriyyəsinin tərcüməçilikdə tətbiqi
redaktəMəqsəd əsaslı yanaşmada tərcümə yalnız mətnin məzmununu deyil, onun istifadə olunacağı məqsədi də nəzərə almalıdır. Bundan başqa hüquqi sənəd dəqiq və formal üslubda tərcümə olunmalıdır, ədəbi əsər isə estetik dəyərləri qoruyaraq yaradıcı şəkildə çevrilməlidir. Hədəf auditoriyanın mərkəziliyi hədəf dilin danışanlarının mədəni və sosial kontekstini nəzərə almalıdır. Bu, tərcümənin istifadəyə yararlı və funksional olmasını təmin edir. Funksional uyğunluq tərcüməçinin vəzifəsi, mətnin tərcümə olunduğu mühitə uyğun olaraq onun funksiyasını qorumaq və ya yenidən müəyyən etməkdir.[2]
Skopos nəzəriyyəsinin əsas prinsipləri
redaktəSkopos prinsipində tərcümənin məqsədi onun necə həyata keçiriləcəyini müəyyən edir. Koherens prinsipində tərcümə olunan mətn hədəf auditoriya üçün aydın və başa düşülən olmalıdır. Fidelitas prinsipində tərcümə, məqsədə uyğun olduğu qədər, orijinal mətnə də uyğun olmalıdır, lakin bu, tərcümənin funksiyasından asılı olaraq dəyişə bilər.[3]
Tərcümə prosesində Skopos nəzəriyyəsi
redaktəLayihə planlaşdırmasında tərcümə layihəsinin məqsədi müəyyən edilir ki, mətn niyə və kimlər üçün tərcümə edilir? Məqsədin uyğunlaşdırılması dedikdə tərcüməçi mətnin hədəf auditoriyasının mədəni və dil baxımından ehtiyaclarına uyğunlaşdırılmasına diqqət edir. və uyğunlaşdırma dedikdə mətnin hədəf dil və mədəniyyət üçün praktik və funksional olub-olmadığı yoxlanılır.
Skopos nəzəriyyəsinin üstünlükləri
redaktəPraktik yanaşma tərcümə fəaliyyətinin daha məqsədyönlü və funksional həyata keçirilməsinə kömək edir. Mədəniyyətlərarası uyğunlaşma fərqli dillər və mədəniyyətlər arasında məzmunun daha effektiv çatdırılmasını təmin edir.[4] Tərcüməçi yalnız mətnə sadiq qalmaq əvəzinə, onun hədəf məqsədə uyğun olmasına daha çox diqqət yetirir. Skopos nəzəriyyəsi mətnə sözbəsöz sadiqliyə üstünlük verən yanaşmalarla ziddiyyət təşkil edir. Məqsədə uyğunluq bəzi hallarda orijinal mətnin məna və üslubunun itirilməsinə səbəb ola bilər.[5]
Skopos nəzəriyyəsinin tətbiq sahələri
redaktəHüquqi tərcümə dəqiq, formal və hüquqi kontekstə uyğun olmalıdır. Texniki tərcümə istifadəçilərin ehtiyaclarına uyğun olaraq sadə və başa düşülən olmalıdır. Ədəbi tərcümə mədəni və estetik dəyərləri qoruyaraq yaradıcı şəkildə tərcümə edilməlidir. Marketinq tərcüməsi reklam və marketinq mətnlərinin hədəf auditoriyanın mədəni xüsusiyyətlərinə uyğun şəkildə çevrilməsi tələb olunur. Skopos nəzəriyyəsi tərcümə fəaliyyətində daha funksional və məqsədəuyğun yanaşma təklif edir. Bu nəzəriyyə, xüsusilə, mədəniyyətlərarası kommunikasiya, qlobal biznes və multidillilik mühitlərində tərcümənin effektivliyini artırmaq üçün geniş şəkildə istifadə edilir.[6][7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Holmes, Ceyms S. "Tərcüməşünaslığın adı və mahiyyəti". www.tau.ac.il. 1975. 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-29.
- ↑ Reib, Katarina. Tərcümə tənqidi, potensiallar və məhdudiyyətlər: tərcümə keyfiyyətinin qiymətləndirilməsi üçün kateqoriyalar və meyarlar. (E. F. Rhodes, trans.). London, U.K.: Routled. 2014. ISBN 978-1-317-64206-0. OCLC 878405702.
- ↑ Holz-Mänttäri, Justa. Tərcüməçilər Handeln: Teori və Metnode. Helsinki: Suomalainen Tiedeakatemia. 1984. ISBN 978-9514104916. OCLC 12977182.
- ↑ Chesterman, Andrew. Tərcümə nəzəriyyəsi haqqında düşüncələr: Seçilmiş məqalələr 1993 - 2014. Amsterdam: John Benjamins Publishing Company. 2017-04-26. 58. ISBN 9789027258786.
- ↑ Nord, Christiane. "Funksiya + Sadiqlik: İlahiyyat Skoposla görüşür". Open Theology. 2 (1). 2016: 566–580. doi:10.1515/opth-2016-0045. ISSN 2300-6579.
- ↑ Kussmaul, P. (1997). Training the translator. Amsterdam: John Benjamins Publishing Co. ISBN 9781556196904
- ↑ Gambier, Yves; Shlesinger, Miriam; Stolze, Radegundis. Doubts and Directions in Translation Studies: Selected Contributions from the EST Congress, Lisbon 2004. Amsterdam: John Benjamins Publishing. 2007. 32. ISBN 9789027216809.