Skaramanqinin Binasi Taqanroq - Wikipedia
Skaramanqinin binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Petrovsaya küçəsi ev 53 ünvanında yerləşir[1]. Bina XIX əsrin birinci yarısında inşa edilmişdir.
Skaramanqinin binası | |
---|---|
rus. Дом Скараманги | |
47°12′49″ şm. e. 38°56′08″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tarixi
redaktəŞəhər sənədlərində adı çəkilən ərazidə 1820-ci ildə Luk Petroviç Skaramaqaya məxsus tikili olması bildidirilir. Bu binanın ümumi dəyəri 8 min rubl olması olaraq qiymətləndirilir. XIX əsrin birinci yarısında tacir Taqanroq şəhəri Petrovskaya küçəsi, ev 53 ünvanında bir mərtəbəli, hündür zirzəmiyə sahib bina inşa etmişdir. Onun bir çox müəssisələrlə əlaqəsi olmuşdur. Belə ki, yunan kontoru «Skaramanqa, Manusi və K» şirkəti ilə onun əlaqəsi olmuşdur. Bu şirkət 1893-cü ildə bağlanmışdır. Bu şirkət əsasən Taqanroq şəhərinə istehlak mallarının tədarqkünü təşkil edirdi. Onlar bura çay, kofe, sitrus meyvələri və digər məhsul tədarük olunurdu. Bu şirkət Taqanroqdan isə taxıl, jmıx və yağ aparılırdı. 1834-cü ildə Luka Petroviçin adı havanın inşası və sahil zolağının salınması ilə əlaqədar olan komissiyada çəkilir. Ondan başqa burada İ. Borisov, İ. Korotilin, P. Travlonun adları çəkilir.
1873 - 1880-ci illərdə bina tacir İvan Amvrosieviç Skaramanqaya məxsus olmuşdur. 1890-cı ildə bina yunan İvan Skaramanqaya məxsus olmuşdur. Ancaq bu şəxsin eyni şəxs olub-olmaması dəqiq bilinmir. Ancaq o dəqiq bilinir ki, bu şəxsin kərpiç zavodu olmuşdur. Burada bişmiş kərpiçlər hazırlanırdı. Üstəlik klub üzvü olaraq hər gün 20:00 - 02:00-dək vaxtını orada keçirirdi.
1898-ci illdə binanın sahibi İvan Amvrosieviç Skaramanqanın dul qadını Virqinya Mixaylovna Skaramanqa məxsus olmuşdur. Virqinya və Skarmanqanın bir necə uşağı olmuşdur: qızları Yelizaveta, Mariya, Virqinya və oğulları Amvrosi, Mixail, Panteley. Skaramanqa ailəsinə Petrovskaya küçəsi, ev 53 ünvanında yerləşən evdən başqa şəhərin digər ərzilərində belə mülkləri olmuşdur. Obların yeeləşdiyi mülklər: Qreçeskaya 95 və 97, Petrovskaya küçəsindəki tikili və Kupes birjazı.
1923-ci ildə bu binada 11 saylı uşaq bağçası açılmışdır.
Təsviri
redaktəBina XXI yüzilliyə qədər öz mövcudluğunu qoruya bilmişdir. Bina hündür zirzəmiyə sahibdir[2].
İstinadlar
redaktə- ↑ "Энциклопедия Таганрога, Ростов-на-Дону, Росиздат, 2003". 2017-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-17.
- ↑ "Дом 53, Петровская улица". 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-17.