Sitalcay - Wikipedia
Sitalçay — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Sitalçay kəndi Giləzi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sitalçay kənd Soveti yaradılmışdır.[1]
Sitalçay | |
---|---|
40°47′02″ şm. e. 49°24′02″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəSovet dövründə burada hərbi təyyarələr üçün Sitalçay aerodromu tikilmişdi. Bazada Su-25 qırıcılarından ibarət HHQ alayı yerləşirdi. Bazada 60-cı və 80-ci Hücum Aviasiyası Alayına aid ilk qırıcılar 1981-ci ilin aprel ayından etibarən xidmət etməyə başlamışdı. Həmin ilin iyun ayında Sitalçay aerodromunda olan təyyarələr ayrıca olaraq 200-cü Aviasiya eskadrilyasının tərkibində birləşdirildi və eskadrilyaya Əfqanıstanda xidmət etmək tapşırığı verildi. Əfqanıstanda müharibənin bitməsindən sonra 80-ci illərin sonunda buradakı 200-cü eskadrilya ləğv olundu, buradakı qırıcılar isə SSRİ Hərbi Hava Qüvvələri 34-cü Aviasiya Ordusunun tərkibində alay kimi qruplaşdırıldı. Azərbaycana ilk SU-25-i müstəqillik dövründə 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib.[2] 1992-ci ilin avqust ayında Daşkənd müqaviləsinə əsasən rus ordusu Sitalçay aerodromunu Azərbaycan hökumətinə təhvil verdi. Lakin Rus ordusu razılaşmanı pozaraq buradan çıxmazdan qabaq bazadakı hərbi təyyarələrin çoxusu hərbçilər tərəfindən Rusiyaya qaçırıldı, avadanlıqlar isə dağıdılaraq yarasız hala gətirildi.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ 11 AY ƏVVƏL SAAT 17 RADƏLƏRİNDƏ...[ölü keçid]
Həmçinin bax
redaktə Xızı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |