Sinan Pasa - Wikipedia
Sinan Paşa və ya Sinanüddin Yusuf Paşa (ö. 21 dekabr 1553), I Süleyman dönəmində, 1550–1553-cü illərdə Osmanlı Donanmasının Kaptan-ı dəryası olmuşdur.
Sinan Paşa | |
---|---|
Osmanlı Kaptan-ı Dəryası | |
1550 – 1553 | |
Əvvəlki | Sokullu Mehmed Paşa |
Sonrakı | Piyalə Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | II minillik |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperatorluğu |
Dəfn yeri | |
Dini | islam |
Rütbəsi | Admiral |
Həyatı
redaktəOsmanlı Xanədanı ilə qohumluq əlaqəsi olan Sinan Paşa I Süleymanın qızı Mehrimah Sultanın əri sədrəzəm Kürəkən Rüstəm Paşanın qardaşı idi. Xorvat əsilli xristian bir ailənin övladı olaraq Sarayevo yaxınlarında yerləşən Butomir kəndində dünyaya gəlmişdir. Böpyük qardaşı Kürəkən Rüstəm Paşa və Nəfisə adlı bacısının olduğu bilinir.
Saraya gəlişi
redaktəSinan Paşa Əndərunda yetişdirilmişdir. Sokullu Mehmed Paşanın kaptan-ı dəryalığından sonra 1550 tarixində kaptan-ı dərya olaraq təyin olunmuşdur. 1551-ci ildə Malta ilə gedən Trablus Mühasirəsi və Fransaya yardım üçün aparılan Aralıq dənizi səfərlərində Osmanlı Donanmasına rəhbərlik etmişdir. Ancaq bütün bu uğurlar onun yox, o dövrdə gənc bir dənizçi olan Turqut rəisin uğuru idi. Turqut rəis, əsasən də Sinan Paşa ilə birlikdə qatıldıqları Şimali Afrika səfərindən sonra, sultanın və bütün Osmanlı dənizçilərinin gözündə Sinan Paşadan daha yüksək tutulmuş, buna baxmayaraq 1553 tarixinə qədər Sinan Paşa öz vəzifəsində qalmışdır.
Vəfatı
redaktəVəfatından sonra geridə 2 qızı və 1 oğlu qalmasına baxmayaraq, gözlənilməz bir qərarla bütün sərvətini Mehrimah Sultana vəsiyyət etdi. Öldüyü vaxt Memar Sinan tərəfindən inşa olunan Sinan Paşa Məscidinin tamamlanmaması səbəbi ilə Üsküdarda yerləşən Mehrimah Sultan Məscidinə dəfn olundu. Ancaq bəzi tarixçilərə görə, Sinan Paşa indiki Albaniya ərazisində bir yəhudi qəbiristanlığına dəfn olunmuşdur.