Silviya Park - Wikipedia
Silviya — Qatçina da (Leninqrad vilayəti ) yerləşən Qatçina muzey-qoruğu nun tərkibinə daxil olan park .
"Silviya" adı öz mənşəyini latıncadan meşə mənasını verən "silvia" sözündən götürmüşdür. Həmçinin bu parkın adını knyaz I Pavel in öz xanımı Mariya Fyodorovna ilə birgə səyahətə çıxaraq 1782 -ci ilin 10-12 iyun tarixlərində Fransanın məşhur aristokrat iqamətgahlarından biri olan Şantiyi də eyniadlı parkın adından götürməsi ilə əlaqələndirirlər.
Qatçinada yerləşən Silviya parkı 1792 -1800 -cü illərdə memar Vinçenso Brenn və bağban C. Hekket tərəfindən yaradılmışdır.
Parkın ərazisi 17,5 hektara yaxındır. O Saray parkının sol sahilində, Böyük Qatçina sarayının şimal-qərbində yerləşir. Şəhər tərəfdən parkın sərhədləri Qırmızı Ordu prospektinin içərisindən keçir. Bu sərhəddə XIX əsrin sonlarında qarovulxana üçün Qara darvazalarla birlikdə kərpicdən hasar çəkilmişdir. Analoji olaraq digər qarovulxanalar parkın digər iki girişində - Silviya və Kaskad darvazalarında qoyulmuşdur. Saray parkı tərəfdən Silviya parkını Silviya darvazaları ilə birlikdə boş daş divar ayırır. Hasarlar boyunca içəriyə doğru onların uzunluğu üzrə yollar keçir. 2012 -ci ildə park hər tərəfdən - şimal tərəfdən Kolpanka çayının sahili və yollardan biri boyunca metal hasar barmaqlıqlarla çərçivəyə alınmışdır.
Parkın ərazisi Kolpanka çayı sahilində tikilmiş keçmiş Süd fermasının yerini tutur. Bu çay Silviya parkı ilə Zverineç parkını bir-birindən ayırır. Kolpanka çayının digər sahilində isə 1983 -cü ildə baş vermiş yanğından xeyli ziyan dəyən "Ptiçnik " adlanan bina yerləşir. Ptiçnik binasının pavilyonunun yaxınlığında müvəqqəti piyada keçidini və Naumaxiya hovuzunu görmək olar.
Silviya darvazalarının yaxınlığında yerləşən divarda isə 1942 -ci il 30 iyun tarixində güllələnmiş Qatçina qəhrəman-komsomollar abidəsi yerləşir.
Keçidlər
redaktə- Qatçina parkında fransız Silviyası Arxivləşdirilib 2013-05-08 at the Wayback Machine