Sibil Pisik - Wikipedia
Sibil (ing. Sybil; 2006, London – 27 iyul 2009[1], Edinburq) — 2007–2009-cu illərdə Böyük Britaniyanın Baş nazirinin Dauninq-strit 10 ünvanında baş siçantutan[ing.] vəzifəsində çalışmış pişik.
Sibil | |
---|---|
Böyük Britaniya Baş nazirinin iqamətgahında baş siçantutan[d] | |
2007 – 2009 | |
Əvvəlki | Hamfri[d] |
Sonrakı | Larry |
Məlumatlar | |
Növü | ev pişiyi |
Cinsiyyəti | dişi |
Doğum tarixi | 2006 |
Doğum yeri | London |
Ölüm tarixi | 27 iyul 2009 |
Ölüm yeri | Edinburq |
Peşə | siçantutan[d] |
2007-ci ilin sentyabrında xidmətə götürülən Sibil, 1997-ci ilin noyabrında təqaüdə çıxan Hamfridən sonra Dauninq stritdə baş siçantutan kimi işləyən ilk pişik idi.
Həyatı
redaktəSibil 1999-cu ildə[2] anadan olub və BBC-nin Falti Qüllələri[ing.] sitkomunda personaj olan Sibil Falti[ing.] şərəfinə adlandırılıb.[3][4] O, 2007-ci ilin yayında Alistair Darlinqin[ing.] ailə iqamətgahından Dauninq-strit 11-ə köçdü[5] və həmin ilin sentyabrında Nazirlər Kabinetində baş siçantutan kimi işə götürüldü.[6] Təqaüdə çıxdıqdan sonra ildə 100 funt sterlinq alan sələfi Hamfridən fərqli olaraq[7], Sibil Nazirlər Kabinetindən yemək və baytarlıq xərcləri üçün heç bir pul almadı və bu xərcləri Darlinqlər ailəsi qarşıladı.[8] Sibil Hamfri 1997-ci ilin noyabrında təqaüdə çıxdıqdan sonra Dauninq-stritdə ilk pişik idi.[9] Buna səbəbin Cerri Bleyrin[ing.] aylurofobiyası olaraq görünürdü.[10]
13 sentyabr 2007-ci ildə, onun təqdimatından iki gün sonra[11], keçmiş baş nazir Marqaret Tetçer Dauninq-strit 10-a səfəri zamanı Sibil ilə görüşdü.[12]
Təqaüdə çıxması və ölümü
redaktəDauninq-stritə köçdükdən altı ay sonra Londonun mərkəzində həyata yaxşı uyğunlaşa bilməyən Sibil Darlinq ailəsinin dostlarından birinin Londondakı evinə köçürüldü.[13][14] 27 iyul 2009-cu ildə qısa bir xəstəlikdən sonra vəfat etdi; kanslerin sözçüsü Sibilin Londondakı Darlinqlərin dostunun evində öldüyünü elan etdi. The Independent isə Marqaretin Sibili Şotlandiyaya qaytardığını və onun orada öldüyünü bildirdi.[8]
İstinadlar
redaktə- ↑ Sybil the Downing St mouser is dead. 2009.
- ↑ "The Daily Telegraph from London, Greater London, England". Newspapers.com (ingilis). 2007-09-13. İstifadə tarixi: 2024-12-13.
- ↑ Assinder, Nick. "No 10 gets new feline first lady". BBC News. 11 September 2007. 14 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2007.
- ↑ Prince, Rosa. "Downing Street gets new cat". The Daily Mirror. 12 September 2007. 4 December 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 June 2023.
- ↑ Pierce, Andrew. "Downing Street cat Sybil dies". The Daily Telegraph. 28 July 2009. 4 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2023.
- ↑ Ashton, Emily. "Sybil the Downing St mouser is dead". The Independent (ingilis). 2009-07-28. 7 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2023.
- ↑ Morris, Nigel. "Introducing Sybil, Downing Street's first cat for a decade". Belfast Telegraph (ingilis). 2007-09-12. İstifadə tarixi: 2023-06-23.
- ↑ 1 2 McSmith, Andy. "Farewell to the original New Labour cat". The Independent. 29 July 2009. 26 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2011.
- ↑ Helm, Toby. "Sybil the cat sets up home in Number 10". The Daily Telegraph. 12 September 2007. 14 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
- ↑ Hardman, Robert. "Trappings of family life threaten Humphrey's patch". The Daily Telegraph. 6 may 1997. 27 may 2002 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2011.
- ↑ Tran, Mark. "Thatcher visits Brown for tea at No 10". The Guardian. 2007-09-13. İstifadə tarixi: 2023-06-24.
- ↑ "Maggie's Marvin moment". The Independent. 17 September 2007. səh. 41. İstifadə tarixi: 24 June 2023.
- ↑ White, Julia. "Downing Street cat Sybil dies". Daily Express (ingilis). 2009-07-29. 25 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
- ↑ "Ex-Downing Street cat Sybil dies". BBC News (ingilis). 2009-07-28. 20 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2023.