Sergey Obolenskiy - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Sergey Obolenskiy (27 iyul (8 avqust) 1868 – 13 mart 1946, Potma[d], Mordoviya MSSR[d]) — Çar Rusiyası zabiti, Yelizavetpol və Pskov quberniyalarının vitse-qubernatoru, Stavropol quberniyasının qubernatoru.
Sergey Obolenskiy | |
---|---|
rus. Сергей Дмитриевич Оболенский | |
Yelizavetpol quberniyasının vitse-qubernatoru | |
1907 – 1914 | |
1915 – 1917 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tula quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Potma, Mordoviya MSSR |
Təhsili |
|
Atası | Dmitri Obolenskiy |
Anası | Elizaveta Vırubova |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Həyatı
redaktəSergey Dmitrievic 1888-ci ildə kursant korpusunu bitirib,1890-cı ildə isə Nikolaev Süvari Məktəbində təhsil alıb. 44-cü Nijni-Novqorod draqon alayında xidmət etmişdir. Kornet (1889), leytenant (1893), kapitan (1896) hərbi rütbələrinə yüksəlmişdir. 20 iyun 1896-da ehtiyata çıxmışdır.[1]
1904-cü il fevralın 4-ü yenidən hərbi xidmətə qayıtmışdır. Rus-yapon müharibəsində iştirak etmişdir. 8 may 1907-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının vitse-qubernatoru təyin edilmişdir. Bundan sonra podpolkovnik (1910) və polkovnik (1914) hərbi rütbələrinə yüksəlmişdir. 1914-cü ildə Pskov quberniyası vitse-qubernatoru təyin edilmişdir.
Sergey Oblenskiy 4 oktyabr 1915-ci ildə Stavropol quberniyasının qubernatoru təyin edilmişdir.[2] Onun dövründə quberniyada Armavir-Tuapsinskaya dəmir yolu çəkilmişdir. Ümumən isə quberniya iqtisadiyyatında geriləmə müşahidə edilmişdir. Bu isə böyük narazılıq və iğtişaşlara səbəb olmuşdur. Sergey Oblenskiy böyük izdihamların qarşısını almaq məqsədilə quberniyada yerləşən bütün əyləncə məkanlarının bağlatdırdı. 1917-ci ilin 6 martında qubernator vəzifəsindən uzaqlaşdırılmışdır.[3]
Rusiya vətandaş müharibəsi dövründə Cənubi Rusiya ordusunda, sonra isə Vranqel rus ordusunda xidmət etmişdir. 1921-ci ildən Budapeştdəki (sonradan Vyanadakı) mühacirətdə olan rus komitəsinin üzvü olmuşdur. Avstriya paytaxtının Sovet qoşunları tərəfindən ələ keçirilməsindən sonra, 8 may 1945-ci ildə SMERŞ zabitləri tərəfindən həbs edildi. Həmin il sentyabrın 15-də, SSRİ NKVD-nin xüsusi iclasında ona 10 il həbs cəzası verildi.[4]
13 mart 1946-cı ildə Mordoviyadakı "Potminski düşərgələrində" vəfat etmişdir.[4]
Mükafatlar
redaktə- Müqəddəs Anna ordeni, 4-cü dərəcə "Cəsarətə görə" (1904)
- Müqəddəs Stanislav ordeni (1904)
- Müqəddəs Anna ordeni, 3-cü dərəcə (1904)
- Müqəddəs Stanislav 2-ci dərəcə (1905)
- Müqəddəs Anna ordeni, 2-ci dərəcə (1905)
- Müqəddəs Vladimir ordeni,4-cü dərəcə (1905)
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Волков С. В. База данных "Участники Белого движения в России" на январь 2014. Буква О
- Трусова Е. М. Местное управление и самоуправление на Дону, Кубани и в Ставрополье в 1917 году. — Ростов-на-Дону: Издательство СКНЦ ВШ, 1999. — ISBN 5-87872-001-9
- Список подполковникам по старшинству. Составлен по 15-е мая 1913 г. Часть III. — СПб.: Военная типография императрицы Екатерины Великой, 1913
- Список полковникам по старшинству. Составлен по 1-е августа 1916 г. — СПб., 1916