Serb Respublikasinda Neqliyyat - Wikipedia
Serb Respublikasında nəqliyyat Serb Respublikasında nəqliyyat və rabitə nazirliyinin balansında olan sahə. Bu sahəyə Serb Respublikasının telekamunikasiya və nəqliyyat infrastrukturu daxildir[1]. Nəqliyyat sisteminə avtomobil və dəmiryolları, dəmiyyol stansiyaları, hava limanları, dəniz yolları və limanları daxildir. Telekamunikasiya sisteminə isə telefon, teleqraf, optik xətlər və s daxildir. Ölkənin nəqliyyat infrastrukturu Serb Respublikası Dəmiryolları, Serb Respublikası Poçtu və Serb Respublikası Avtomovil yolları təşkilatlarında birləşir.
Dəmiryol nəqliyyatı
redaktəDəmiryollarının ümumi uzunluğu 425 km təşkil edir. Dəmiryollarının idarə edilməsi Serb Respublikası Dəmiryolları tərəfindən təşkil edilir. İl ərzində dəmir yolu ilə 1 mln sərnişin və 6 mln t yük daşınır. Serb Respublikası Dəmiryolları idarəsinin balansında 65 sərnişin və 8 yük qatarı vardı. Beynəlxalq kodu — 0044. Əsas dəmiy yolları:
- Doboy — Kostaynisa — Banya-Luka — Omarska — Priedor — Novi-Qrad
- Blatna — Novi-Qrad — Dobrlin.
- Doboy — Modrisa — Şamas
- Brçko — Brçko
- Doboy — Zvornik
- Bielina — Sremska-Raça
- Yablanisa — Ştrbski
Avtomobil yolları
redaktəSerb Respublikası hökuməti 2010-х — 2020-х illər ərzində 430 km yolun inşası planlaşdırılır. Bunun üçün 3 mld dollar ayrılacağı planlaşdırılır.
- İnşa edilən yollar
- Qradişka — Banya-Luka[2] Çatrnya — Berek — Krnete — Maxovlyani — Laktaşi — Klaşnise — Qlamoçani.
- İnşası davam edən yollar
- Banya-Luka — Doboy: Maxovlyani — Pryavor — Yoxovas.
- Planlaşdırılan
- Doboy — Yakeş
- Qlamoçani — Mlinişta
Hava nəqliyyatı
redaktəƏvvəllər respublikanın hava nəqliyyatı əlaqəsi Air Sprska vastəsi ilə təmin edilirdi. 2007-ci ildən isə bu işi Sky Srpska[3] şirkəti tərəfindən həyata keçirilir. Ən böyük hava limanı Banya-Luka hava limanıdır. Planlarda Trebine hava limanının inşası planlaşdırılır.[4].
Su nəqliyyatı
redaktəSerb Respublikasında 204 km çay su nəqliyyatı vardır. Ən iri çay limsnları: Brçkodakı Kapetaniya, Qradişko və Rafineriya-Brod. Naviqasiyaya yararlı çayları Sava (beynəlxalq nəqliyyat əhəmiyyətli), Una, Drina və Bosna çayı (bir hissəsi naviqasiyaya yararlı). Srbas — Bielina — Srnelovo bərə xətti fəaliyyət göstərir.
Poçt
redaktəSerb Respublikasının Poçtu idarəsi 9 vilayəti özünfə birləşdirir.
İstinadlar
redaktə- ↑ Министарство саобраћаја и веза Републике Српске: Саобраћајна инфраструктура у Републици Српској Arxivləşdirilib 2021-10-30 at the Wayback Machine (serb.)
- ↑ Аутопутеви Републике Српске: Пројекти у реализацији Arxivləşdirilib 2018-04-26 at the Wayback Machine (serb.)
- ↑ Етелборо: За субвенцију летова планирано 900.000, 15.07.2010. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (serb.)
- ↑ Влада Републике Српске: Влада одобрила 1.6 милиона КМ за „Аеродром“ Требиње 5.11.2009. Arxivləşdirilib 2021-04-05 at the Wayback Machine (serb.)
- ↑ Поште Српске: Поштанска мрежа Републике Српске Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine (serb.)
Mənbə
redaktə- Страница Министерства транспорта и связи Республики Сербской Arxivləşdirilib 2017-04-17 at the Wayback Machine (serb.)
- Официальный сайт Sky Srpska Arxivləşdirilib 2009-02-23 at the Wayback Machine (serb.)
- Официальный сайт аэропорта Баня-Луки (serb.)
- Почтовая служба Республики Сербской (serb.)
- Официальный сайт дорог Республики Сербской (serb.)
- Официальный сайт «Жељезнице Републике Српске» (serb.)