Serb Respublikasinda Monteneqrolular - Wikipedia
Serb Respublikasında monteneqrolular (serb. Црногорци у Републици Српској) — Serb Respublikasında yaşayan və işləyən monteneqro əsilli əhali. Monteneqrolular Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. Serb Respublikasında 2013-cü il məlumatına görə 1116 montenoqralı yaşayır.
İcma
redaktəMonteneqrolular Serb Respublikasına İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Onlar əsasən Trebine, Bileça, Qaçko, Nevesine, Lyobine, Foça və Çayniçe şəhərlərində yaşayırdılar. Onlara həm də Banya-Luka şəhərində rast gəlinir. Hazırda isə onların böyük qismi Herseqovinada cəmləşmişlər. Serb Respublikasının ən böyük saylı milli azlıqlarından biridir[1].
İnanc
redaktəSerblər kimi monteneqrolularda provaslavdırlar. Onlar Serb provaslav kilsəsinə tabedirlər.
Cəmiyyət
redaktəSerb Respublikasında monteneqrolulara aid icmalar[2]:
- Serb Respublikası monteneqroluların «Neqoş» cəmiyyəti (Banya-Luka)
- Serb Respublikası monteneqroluların «Neqoş» cəmiyyəti (Dovoy)
- Herseqovinada monteneqroluların «Vuk Miçunoviç» cəmiyyəti (Trebine)
- «Luça» dostları və monteneqroluların cəmiyyəti (Qradişka)
- Herseqovinada monteneqroluların «Petar Petroviç Neqoş» diyarşunaslıq cəmiyyəti (Trebine)
- «Lovçen» dostları və monteneqroluların cəmiyyəti (Banya-Luka)
- Monteneqroluların «Lovçen» cəmiyyəti (Bielina)
Hər il Serb Respublikası monteneqroluların mədəniyyəti günü qeyd edilir. Bununla bağlı müəyyən görüşlər və toplantılar keçirilir[3][4].
Tanınmış şəxsləri
redaktə- İqor Radoyçiç, Banya-Lukanın icra başçısı.
- Miloe Deletiç, Serb Respublikasının üçüncü çağırış Veçe deleqatı.
- Radenko Rikiç, Serb Respublikasının dördüncü çağırış Veçe deleqatı.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Ko su nacionalne manjine u Republici Srpskoj? Arxivləşdirilib 2017-02-06 at the Wayback Machine (serb.)
- ↑ Savez nacionalnih manjina Republike Srspske Arxivləşdirilib 2018-06-07 at the Wayback Machine (serb.)
- ↑ Univerzitet u Istočnom Sarajevu. Saradnja u oblasti kulture prioritet Arxivləşdirilib 2016-04-04 at Archive.today (serb.)
- ↑ Savez nacionalnih manjina Republike Srspske Arxivləşdirilib 2016-08-16 at the Wayback Machine (serb.)