Serb Respublikasinda Italyanlar - Wikipedia
Serb Respublikasında italyanlar (serb. Италијани у Републици Српској, it. Gli italiani della Repubblica Serba) — Serb Respublikası əraziaində yaşayan və işləyən italyan əsilli əhali. İtalyan diasporu Serb Respublikasının 12 milli azğlığı siyahısına daxil edilmişdir. Onların maraqlarını və hüquqlarını Serb Respublikasının Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il siyahısına alınmasına görə Serb Respublikasında 248 italyan yaşayır.
İcma
redaktəHazırkı Serb Respublika italyanlar 1882-ci ildə peyda olmuşlar. İlk yaşayış məntəqələri 1883-cü ilin sentyabrında Banya-Luka, Laktaşi və Ştivor ətrafında salınmışdır. Torpaq sahəsi, heyvan və toxum əldə etdikdən sonra italyanlar üzüm və ağac əkməyə başlamışlar. Bir müddət sonra isə onlar konyan və digər içkilər hazırlayırdılar. Üstəlik onlar buradabev və ferma salırdılar[1]. İtalyadan gələnlər burada heyvandarlıq və əkinçiliklə yanaşı meşəçilik və tikinti ilə məşğul olurdular. Onlar müəssisələr təsis edir və dəmir yolları inşa edirdilər. 1902-ci ildə Şibovka kəndində ilk italyan məktəbi açılmışdır[2].
Banya-Lukanın inkişafında qraf Cam Vito del Mestrinin rolu böyük olmuşdur. Qraf şəhərdə inşa edilən ilk kərpiç zavodunun sahibi olmuşdur. O, ömrünü bölgədə üzümçülüyün inkişafına həsr etmişdir. O, həm də şəhər sovetinin üzvü və İtalya konsulu olmuşdur. İkinci dünya müharibəsinə qədər Bany-Luka şəhər kü©ələrindən biri onun adını daşıyırdı[3].
İnanc
redaktəİtlyanların böyük qismi katolikdir. Bununla belə aralarında azda olsa provaslavlar vardır. Serb Respublikasında iki roma-katolik kilsəsi vardır: Maxovlyani və Ştivore[4].
Cəmiyyət
redaktə- 2004-ci ildə Banya-Lukada italyanların Banya-Luka cəmiyyəti təşkil edilmişdir. Bu cəmiyyətin hədəfi siyası düşüncəsindən asılı olmayaraq italyan əsilli əhali arasında italyan dilinin və mədəniyyəyinin inkişafını təmin etməkdir. Bu cəmiyyətin 156 nəfər üzvü vardır. Onların 122 nəfəri ya italyandır ya da italyan əsillidir. 34 nəfər isə İtalya mədəniyyəti və dilini öyrənir[5].
- Digər bir cəmiyyət isə «Trentini di Stivor» Şvitoredə[6] təşkil edilmişdir. Hər il onlar tərəfindən Pasxa bayramlarına təsadüf edən İtalyanların mədəniyyəti ilə əlaqəli bayraq şənlikləri keçirilir. Bu gün insanlar mahnı oxuyur, müxtəlif oyunlar oynayır., karnaval təşkil edirlər[7]. Bu şənliklər 120 ildir ki, qeyd edilir.
Tanınmış nümayəndələri
redaktə- Alessandra Delşaşo Lepir, Serb Respublikasının dördüncü çağırış Veçe deleqatının üzvü.
- Cam Vito del Mestri, qraf, Banya-Lukadakı ilk kərpiç zavodun sahibi.
- Frano Rover, Serb Respublikasında Milli Azlıqlar Sovetinin sədri.
Ədəbiyyat
redaktə- Вијеће националних мањина БиХ (2015). „Националне мањине у БиХ”. Извјештај.
- Савез националних мањина Републике Српске (2016). „Ријеч националних мањина”. 1: 68.
İstinadlar
redaktə- ↑ "Вријеме кад су Италијани досељавали у наше крајеве: Бања Лука и данас памти грофове из Медее". Кликс (serb). 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ "Италијани; О нама". Савез националних мањина Републике Српске (serb). 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ "Италијани; О нама". Савез националних мањина Републике Српске (serb). 2017-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ "Италијани; Вјерски објекти". Савез националних мањина Републике Српске (serb). 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ "Удружење Италијана града Бањалука". Независне новине (serb). 2017-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.
- ↑ "Италијани; Вјерски објекти". Мањине.ба (serb). 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ "Италијани; Удружења". Савез националних мањина Републике Српске (serb). 2017-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.