Serap Ozcelik - Wikipedia
Serap Özçelik (18 fevral 1988, İstanbul) — Türk karateçi.
Serap Özçelik | |
---|---|
türk. Serap Özçelik | |
Şəxsi məlumatlar | |
Doğum adı | Serap Özçelik |
Vətəndaşlığı | |
Doğum tarixi | 18 fevral 1988 (36 yaş) |
Doğum yeri | |
Boyu | 160 sm |
Çəkisi | 50 kq |
İdman növü | Karate |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəFransanın paytaxtı Parisdə keçirilən 2012 Karate Dünya Çempionatında Serap Özçelik ilk turda belaruslu Koulinkoviçlə qarşılaşıb, normal vaxt 1–1 bitən döyüşü hakimin qərarı ilə udub, daha sonra ikinci turda Xorvatiya idmançısı Ratkoviçi 1–0 məğlub edib. O, 3-cü turda çilili Bruna ilə qarşılaşıb, bundan sonra 1/4 finala yüksəlib. O, 1/4 finalda fransalı Aleksandra Reçiya ilə qarşılaşıb və rəqibinə 7:2 hesabı ilə uduzub. Reçia finala yüksəldikdən sonra təkrar görüşdə rusiyalı Ponomareva ilə qarşılaşan Özçelik 4–3 hesabı ilə qalib gələrək üçüncülük matçına vəsiqə qazanıb[1].
2014-cü ildə Almaniyanın Bremen şəhərində keçirilən karate üzrə Dünya Çempionatında Serap Özçelik qadınlar arasında kumite yarışlarında 50 kq çəki dərəcəsində finalda Almaniya üçün mübarizə aparan türk əsilli Duyğu Buğurla üz-üzə gəlib. O, Duyu Buğuru 6–1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb[2].
Serap Özçelik 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən Avropa Oyunlarında qızıl medal qazanıb. Kumitedə 50 kq-da qızıl medal qazanan Serap Özçelik "Avropa Oyunlarında Türkiyəyə qızıl medal qazandıran ilk türk idmançı" olur. O, Bakı Kristal Zalında 50 kq çəki dərəcəsində fərdi kumite üzrə təsnifat mərhələsində A qrupunda yer alıb. O, ilk görüşündə xorvatiyalı Monika Beruleçi 3:0, ikinci görüşündə isə azərbaycanlı Nuranə Əliyevannı 6:0 hesabı ilə məğlub edib. Özçelik üçüncü matçında avstriyalı Bettina Plank ilə qarşılaşıb və matçı 3–0 qazanıb. O, hakimin qərarı ilə 0:0 bitən görüşdə ukraynalı Katerina Krıvanı keçərək qrupda birinci yeri tutaraq yarımfinala yüksəlib və finala adını yazıdırıb. Finalda Bettina Plank ilə qarşılaşan Serap Özçelik rəqibinə zərbə şansı verməyəyək ona 1:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının çempionu olur.[3] Atlet Serap Özçelik 2017-ci il Avropa Karate Çempionatında qadınlar arasında kumite 50 kq-da bürünc medal qazanıb. İzmitdəki Şəhid Polis Rəcəb Topaloğlu İdman Salonunda keçirilən bürünc medal üçün tatamiyə çıxan Serap Sara Radiçevska ilə üz-üzə gəlib. Makedoniyalı rəqibini 6:0 hesabı ilə məğlub edən Serap qadınlar arasında kumite yarışlarında dördüncü dəfə Avropa üçüncüsü olub. Çempionatın ilk günündə ilk dövrəni görüşsüz keçərək ikinci mərhələdə Karmen Mateyi mübarizədən kənarlaşdıran rumıniyalı İona 1/4 finala vəsiqə qazanıb. 1/4 finalda ukraynalı Katerina Kryvaya 4–1 hesabı ilə məğlub olan Serap Özçelik qızıl medal şansını itirib.
2018 Dünya Karate Çempionatında Serap Özçelik 50 kq kumite kateqoriyasında dünya ikincisi olub. İspaniyanın paytaxtı Madriddə keçirilən 24-cü Dünya Karate Çempionatında Serap Özçelik kumite 50 kiloda finalda yaponiyalı Miho Miyahara ilə qarşılaşıb. O, tatamidən 3–1 hesabı ilə uduzaraq gümüş medal qazanıb.
Serbiyanın Novi Sad şəhərində keçirilən 2018 Avropa Karate Çempionatında qadınlar arasında kumite 50 kiloda Serap Özçelik, normal vaxtı 1–1 bitən final matçında avstriyalı Bettina Plankı 5–0 məğlub edərək 4-cü dəfə Avropa çempionu olub.
İspaniyanın Qvadalaxara şəhərində keçirilən 2019-cu il Avropa Karate Çempionatında kumite üzrə 50 kq çəki dərəcəsində mübarizə aparan Serap Özçelik alman rəqibi Şara Hubriçə 5:0 hesabı ilə qalib gələrək karyerasında beşinci dəfə Avropa çempionatının bürünc medalını qazanıb.
Xorvatiyanın Poreç şəhərində keçirilən 2021-ci il Avropa Karate Çempionatında Serap Özçelik qadınlar arasında kumitedə 50 kq çəki dərəcəsində alman rəqibi Şara Hubriçə qalib gələrək qızıl medal qazanıb.
Serap Özçelik 2020 Tokio Olimpiya Oyunlarında karate üzrə qadınlar arasında kumite 55 kq çəki dərəcəsində qrup matçlarında mübarizədən kənarlaşdırılıb.
Qaziantepin Karataş Şahinbey İdman Salonunda keçirilən 2022-ci il Avropa Karate Çempionatında qadınlar arasında kumite üzrə 50 kq finalda Serap Özçelik İtaliyalı Erminia Perfettoya 9–5 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Beləliklə, o, altıncı fərdi Avropa çempionluğunu qazanıb. İkinci turda bosniyalı Lejla Ahmetoviç 3–0; 1/4 finalda azərbaycanlı İnci Əzizova 10–2; O, yarımfinalda xorvatiyalı Yelena Pehari 5–1 hesabı ilə məğlub edərək finala yüksəlib. Konyadakı Karatay Konqres və İdman Mərkəzində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında kumite üzrə 50 kq çəki dərəcəsində üçüncü yer uğrunda mübarizədə malayziyalı Şahmalarani Çandranı məğlub edərək bürünc medal qazanıb[4].
İstinadlar
redaktə- ↑ "Arşivlenmiş kopya". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2023.
- ↑ "Arşivlenmiş kopya". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2023.
- ↑ "Türk sporculardan 2 altın 1 gümüş ve 1 bronz madalya". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2023.
- ↑ "Arşivlenmiş kopya". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2023.