Sari Asiq Turbesi - Wikipedia
Sarı Aşığın[1] abidəsi (XVII əsr) – Laçın rayonu Güləbird kəndi[2] ərazisində bayatı ustadı Sarı Aşığın qəbri[3].
Sarı Aşığın abidəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Laçın |
Yerləşir | Güləbird |
Tikilmə tarixi | XVII əsr |
Vəziyyəti | ermənilər tərəfindən dağıdılıb |
|
Həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyatda mahir bayatı ustası kimi tanınan Sarı Aşığın həyat yolu hələ saglığında ikən əfsanə və rəvayətlərə çevrilmiş, onun adı və sənəti əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmışdır.
XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında Həkəri çayının sağ sahilində XVII -XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olub, burada yaşayıb və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunub.
Aşığın qəbrinin baş daşına onun xəyali şəkli də həkk olunub. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir[4]. Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapıb. Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük verib[5].
Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə edib. Şeirlərində atalar sözlərini və məsəlləri tez-tez işlədən Sarı Aşıq çoxlu sayda sevgi şeirlərinin də müəllifidir. 1993-cü ildə erməni vandalları Sarı Aşığın qəbrini tamamilə dağıdıblar.
İstinadlar
redaktə- ↑ Sarı Aşıq
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-16.
- ↑ Laçın abidələri
- ↑ "Arxivlənmiş surət". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-16.
- ↑ http://modern.az/articles/42129/1/
Xarici keçidlər
redaktə- "Qarabağın görkəmli şəxsiyyətləri: Sarı Aşıq (XVII əsr)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-16.