Santyaqo - Wikipedia
Santyaqo — Çilinin paytaxtı, ölkənin ən böyük şəhəri, əhalisi 5 milyondan çoxdur. Bu deməkdir ki, Çili əhalisinin 40% -i Santyaqoda və onun yaxınlığında yaşayır. "Santyaqo Sentro" şəhərin inzibati bölgələrindən biridir və şəhər mərkəzini əhatə edir. Burada təxminən 230 min insan yaşayır.
Santyaqo | |
---|---|
Santiago de Chile | |
33°26′15″ c. e. 70°39′00″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1541 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 575 m[3] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 56 2 |
Poçt indeksi | 3580000 |
Digər | |
gobiernosantiago.cl | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəSantyaqo , Mapoço çayının sahilllərindən And dağlarının ətəklərindəki bir sırada yerləşmişdir. Tıxac və sənayenin sıxlğı çox vaxt havanın çirklənməsində problem yaradır. Belə ki, qış aylarında, şəhərin şərq sərhədləri ətrafında dağ silsilələrini seçmək çox çətindir. Yeni şəhərin tikintisinə Hippodamus sistemi üçün küçələri hazırlayan Pedro de Gamboa əmanət edilib. İqlimi quru və tempuraturu yüksəkdir.
Tarixi
redaktəKeçmişdə müasir şəhər ərazisində İnklər yaşadı. 12 fevral 1541 — ci ildə Pedro de Valdivia tərəfindən Çilinin paytaxtı Santyaqo şəhərinin əsası qoyulmuşdur. Mayın 13-də 1647-ci ildə 12 min nəfərlik ağır zəlzələ şəhəri devirdi. 1778-ci ildə Rio Mapocho'da bir körpü quruldu. Puente Cal Canto adlı bu körpü, La Chimba bölgəsini şəhər mərkəzinə birləşdirir. Quruluş mərasimi bu gün şəhər mərkəzində bir park olan Santa Lucia təpəsində keçirilmişdir. Valvianın bu ərazini seçməsinin səbəəbi Maroço çayının burada böyük bir ada yaratması idi. Bu ərazi şəhəri Araukanların hücumlarından qorumaq üçün uyğundur. Lakin 1541-ci ildə ilk hücumlar başlamışdır. İlk binalar Picunçelər tərəfindən inşa edilmişdir. Mapocho çayının cənub hissəsində bir qolu qurutularaq buraya Alameda de las Delikias adı verilən bir şəhər salınır. Santyaqo xalqı qısaca "Almeda" dediyi küçənin bu gün adı " Avenida Libertador Genaral Bernardo O Higgins"dir. 1647-ci ildə 12 min insanın öldüyü bir zəlzələ baş veririr və şəhər ağır vəziyyətə düşür. 1778-ci ildə Rio Marpoço üzərində bir körpü inşa edilir. Puante Kal Kanto adlı bu körpü La Çimba bölgəsini şəhər mrkəzinə birləşdirilir.
5 aprel 1818-ci ildə Çili qüvvələri Maipu döyüşündə İspaniyanı məğlub edərək ölkənin müstəqilliyini qazanıb.
8 dekabr 1863-cü ildə İqlesi de la Kompani Kilsəsi yanğın nəticəsində tamamilə yandı. Burada yanğın nəticəsində 2000-dən çox qurbanı olan bir abidə tikilir.
Əhalisi
redaktə1885-ci ildə Santyaqoda 236.412 çox əhali yaşayırdı. Paytaxla yanaşı Çilinin özündə etnik tərkibə baxdıqda ağlar və ağ Amerika hinduları-95% , Ameridianlar-3%, digər xalqlar-2% təşkil edir. Santyaqonun ərazisində 2014-cü ildə 6.243 milyon əhali yaşamaqda idi.[5].
İqtisadiyyatı
redaktəBöyük Çilili şirkətlərin mərkəzi Santyaqo şəhərindədir. Eyni şəkildə bir çox xarici firmanın nümayəndələri də var. Media mərkəzi yenə burada olduğundan milli telekanallar burada yayımlanır. El Merkurio, Santyaqo, La Terkera və s. 2004–2008 və 2005-ci illərdə Amerika İqtisadiyyat jurnalı tərəfindən Latın Amerikada müzakirə ediləcək ən əhəmiyyətli şəhər seçildi. İqtisadiyyatının əsas hissəsini emaledici sənaye, dağ-mədən sənayesi (mis istehsalı üzrə dünya üzrə birinci yer), meşə emalı sənayesi, nəqliyyat təchizatı istehsalı balıqçılıq, kənd təsərrüfatı və xidmət sahələri təşkil edir.[6].
Nəqliyyatı
redaktəİctimai nəqliyyat sistemi "Transantiago" şirkəti tərəfindən idarə olunur və şəhəri metro və avtobuslarla təmin edir. Santyaqoda Metro 1975-ci ildən mövcuddur və 5 xətt və 108 stansiyadan ibarətdir, iki xəttin tikintisi davam edir (2014). Avtobuslar, Avropa markaları, xüsusi göndərmə şirkətləri tərəfindən xidmətə verilir. Təchizat kontaksız kartla istifadə olunur.
İqlimi
redaktə
Santyaqo üçün aylıq orta temperatur və yağıntı
Mənbə: fehlt
|
Şəkillər
redaktə-
Palacio de La Moneda
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ http://ine-chile.maps.arcgis.com/apps/Cascade/index.html?appid=cf0be9a196e24eaa9e6eafb970939f2a.
- ↑ https://it-ch.topographic-map.com/map-c32p3q/Santiago/?zoom=19¢er=-33.43716%2C-70.65024&popup=-33.43693%2C-70.65024.
- ↑ 2017 Chile census.
- ↑ См. стр. 20: "Demographia World Urban Areas" (PDF). 2016-10-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-17.
- ↑ "Waste to energy as a key component ofintegrated solid waste management for Santiago, Chile: a cost benefit analysis" (PDF). 2018-05-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.