Salzburq Universiteti - Wikipedia
Salzburq_Universiteti - Haqqında Məlumat
Salzburq Universiteti — Avstriyanın Salzburq şəhərində dövlət universiteti. Universitet Salzburq əyalətinin ən böyük təhsil müəssisəsidir.
Salzburq Universiteti | |
---|---|
Universität Salzburg | |
47°47′50″ şm. e. 13°02′53″ ş. u.HGYO | |
Əsası qoyulub | 1962, 1622 |
Tələbə sayı | 17.969[1] |
Ölkə | |
Sayt | plus.ac.at |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1622-ci ildə açılan universitet 1810-cu ildə bağlandı və 1962-ci ildə yenidən quruldu. İlk illərdə universitetdə İlahiyyat, Fəlsəfə, Hüquq və Tibb kimi kurslar tədris olunurdu. 1964-cü ildə Hüquq fakültəsi əlavə edildi.
1975-ci ildə yeni Federal qanun bütün Avstriya universitetlərinin təşkilini tənzimlədi. Salzburq Universitetində 4 Akademik bölmə yarandı: Katolik İlahiyyatı, Hüquq, Humanitar Elmlər və Təbiət Elmlər bölməsi.
Fakültələri
redaktə- Hüquq və İqtisadiyyat
- Mədəniyyət Elmləri
- Sosial Elmlər
- Təbiət Elmləri
- Analitik və Həyat Elmləri
- Katolik İlahiyyatı
Qallereyası
redaktə-
Unipark - cənub tərəfi
-
Əsas giriş
-
Daxili
-
Mühazirə otağı
Tanınmış məzunları
redaktə- Benita Ferrero-Valdner — Avstriyalı diplomat və siyasətçi.
- Aleksandra Föderl-Şmid — Avstriyalı jurnalist
- Karl-Markus Qaus — yazıçı
- Erih Hakl — yazıçı
- Hannes Leitgeb — Avstriyalı filosof və riyaziyyatçı
- Gerhart Holzinger — Avstriyalı Konstitusiya hüquqşünası
- Ervin Kräutler — Roma Katolik yepiskopu
- Peter Launsky-Tiffental — diplomat
- Andreas Maislinger — tarixçi
- Leopold Motsart — bəstəkar
- Mari-Luiza Noş — Danimarkalı arxeoloq
- Brigitta Pallauf — Avstriyalı siyasətçi
- Franz Şausberger — Avstriyalı siyasətçi və tarixçi
- Bettina Baumer — Avstriya əsilli hindli alim və hindoloq
- Stefan Veber — Avstriya media tədqiqatçısı
- Karl von Habsburq — Avstriyalı siyasətçi