Salyan Mahali - Wikipedia
Salyan mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Mahal | |
Salyan mahalı | |
---|---|
Daxildir |
Təbriz bəylərbəyliyi, Rus idarəçiliyi, Quba xanlığı Şirvan xanlığı |
İnzibati mərkəz |
Salyan, Arbatan |
Naib |
|
Əhalisi | |
Əhalisi | 1400 ailə nəfər |
|
Tarixi
redaktəŞamaxı xanlığının qonşu xanlıqlarla Salyan uğrunda mübarizəsi daha çox diqqəti cəlb edir. Ona görə ki, Salyan mahalında Mustafa xanın 1400 ailə yaşayan 25 mülkü var idi (2, 176). 1789-cu ildə Qubalı Fətəli xanın ölümündən sonra Mustafa xan Salyana sahib olur. 1799-cu ildə xanlığın ərazisini, xüsusilə Ağsu şəhərini dəhşətli taun xəstəliyi bürüyür. Yaranmış vəziyyətdən qubalı Şeyxəli xan istifadə edərək Salyanı ələ keçirir.[1] Çar I Pavel Şeyxəli xanın "könlünü almaq üçün" 1799-cu il sentyabrın 1-də verdiyi fərman ilə onu bəzi ərazilərlə birlikdə Salyanın da hakimi elan etmişdir. Lakin Şeyxəli xan Dərbəndə qayıdan kimi Salyan hakimləri və yerli əhalinin təklifi ilə Mustafa xan yenidən Salyana sahib olur.[1]
Bu mahalda 1821-ci ildə Salyan, Seyidan Şahsevən, Əhmədbəyli, Novruzəlibəyli, Məmmədəlibəyli, Qaramanlı, Bayat, Surra, Xocaçobanlı, Arbatan, Qızılağac, Ərəbqardaşbəyli, Gəzəmənarxı, Marışlı, Şilli, Sarvan, Şorsulu-Xilli, Ballıca, Beşdəli, Ərdəbilli kəndləri vardı.
Salyan mahalının sakinləri əkinçilik, üzümçülük, balıqçılıq, çaparlıq, arabaçılıq, duz istehsalı. tüccarlıq, dəmirçilik, dülgərliklə məşğul olurdular.
24 kəndin daxil olduğu Salyan mahalı Şamaxı xanı Mustafa xanın xüsusi mülkiyyətində olmuşdur. Hacı Zeynalabidin Şirvani "Büstan-üs-siyahə" əsərində göstərirdi ki, "Salyanın şərq və cənub tərəfi Gilan dənizinə bitişikdir. Onun bir tərəfi Kür çayına və Muğan səhrasına yapışıqdır, uzunluğu fərsəxə, eni isə təqribən 10 fərsəxə bərabərdir. İki minə qədər ev vardır".[2]
1824-cü il məlumatına əsasən, Salyanın əsas kəndləri Arbatan, Marışlı, Salyan, Bayat, Sarvan, Qızılağac olmuşdur. Həmin kəndlərin hamısı Qızıl balıq tutmaqla məşğul olmuşlar.[3] Qızılağac lənkəranlı Mir Həsən xanın qardaşı Məmməd bəyə məxsus olmuşdur. Qızılağacda yaşayan 30 ailə 1805-ci ildə Talış xanlığının ərazisindən buraya gəlmişdir. Arbatan Salyan mahalının əsas mərkəzi idi. Qaramanlı kəndi Mustafa xanla İrana keçən Mirzə Abdulla bəyə və Əhmədbəyli Məmmədəli oğluna məxsus olmuşdur. Mənbələrdə Salyan mahalında 1400-dən çox ailənin olması qeydə alınmışdır.[4]
Salyanın balıq ticarətindən gələn gəlirdən Rusiya-Həştərxan tacirləri Şamaxı xanlığına 40-50-min rubl məbləğində pul ödəyirdilər. Onların balıq vətəgələri Kür çayının cənubunda yerləşirdi. Bundan əlavə, Salyan əhalisi də balıq ticarətindən Şamaxı xanına ödənc verirdi.[5] Salyanın yol kənarında olan üç kəndindən əhali duz toplayırdı. Yığılan duzun gəlirləri Mustafa xanın həyat yoldaşı Qazıqumuqlu Surxay xanın qızı Paxay Bikəyə məxsus olmuşdur.[6]
Hakimlər
redaktə- Qarde Əli bəy (Qardaşəli, Qəribəli) (?-?)
- Məhəmmədhüseyn bəy (?-?)
- Gərdəli bəy (?-1727)
- Güləhməd bəy (1727-1732)
- Əliqulu xan Şahsevən (1732-1734)
- Haşim xan Ağası xan oğlu Sərkər (19-cu əsrin birinci yarısı)
İstinadlar
redaktə- ↑ 1 2 Bayramova Nailə. Şamaxı xanlığı (PDF). Bakı: "Təhsil". 2009. səh.44. Archived from the original on 2016-12-28. İstifadə tarixi: 2018-02-21.
- ↑ Şirvani H.Z. Büstan-üs-siyahə (fars dilindən tərcümə M.R.Əsgərlinindir). Bakı. 1962 – AMEA TİEA, inv.4740, fond 1, siy.ll. vərəq 1270
- ↑ Əsədov F. Talış xanlığı. Bakı, Çənlibel nəşriyyatı, 1998, s. 58
- ↑ ARDTA,f. 91.6,siy.1,1-9
- ↑ Броневский СБ. Новейшие географические и исторические известия о Кавказе, ч.II, М. 1823,, 157
- ↑ ARDTA,f. 24.siy.1,1-9
Xarici keçidlər
redaktə- Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.[ölü keçid]
- Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Salyanlı xanım Pyotrun zabitlərini necə qətlə yetirdi" (az.). axar.az. İstifadə tarixi: 2017-04-10.