Sahib Memmedov Siyasetci - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008–2021-ci illərdə)[1], Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri[2]. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının[3] üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory[4]
Sahib Məmmədov | |
---|---|
Vəhdət Partiyası sədrinin birinci müavini | |
– 1996 | |
Sədr | Hacı Cəbrayıl Əlizadə |
Sonrakı | Yunus Oğuz |
1992 – 1993 | |
Əvvəlki | Arif Ağayev |
Sonrakı | Rasim Niftəliyev |
1992 – 1992 | |
Başçı | Arif Ağayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 1962 (61 yaş) |
Doğum yeri | |
Partiya |
|
Həyatı və əmək fəaliyyəti
redaktə15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992–1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.
İctimai və siyasi fəaliyyət
redaktə- 1989–1994-cü illər-Azərbaycan Xalq Cəbhəsinin üzvü. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin məclis sədri;
- 1995–1996-cı illər-Vəhdət partiyası sədrinin birinci müavini, Baş Məclisin sədri;
- 1996–2000-ci illər-Müsavat Partiyasının üzvü;
- 1997-ci ildən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri;
- 2008-ci ildən Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin üzvü;
- 2008–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü olub (2008, 2012 və 2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[5] ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv təyin edilmişdir), Şuranın Apelyasiya Komissiyasının sədri olmuşdur;
- 2005-ci ildən İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupun üzvü (2014-cü ildən İşçi Qrupun katibi);
- 2006-cı ildən Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü (2007–2009-cu illərdə İctimai Komitənin koordinatoru);
- 2011–2013-cü illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şura üzvü. 2021-ci il və 2023-cü ildə yenidən seçilmişdir və hal-hazırda ictimai şura üzvüdür.
- 2015–2019-cu illərdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü;
- 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında İctimai Şuranın üzvü;
- 2013-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məslələri üzrə Komissiya yanında (Hazırda Dövlət İmtahan Mərkəzi) İctimai Şuranın üzvü;
- 2016–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yanında İctimai Şuranın üzvü;
- 2016-cı ildən Azərbaycan Dövlət Pedoqoji Universiteti yanında İctimi Şuranın üzvü;
- 2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universiteti yanında İctimai Şuranın üzvü;
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Şuranın üzvləri: http://cssn.gov.az/news.php?id=1978&lang=az Arxivləşdirilib 2018-02-13 at the Wayback Machine
- ↑ Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası: http://labourrights-az.org/ Arxivləşdirilib 2018-01-25 at the Wayback Machine
- ↑ "Vəkillər Kollegiyası". https://barassociation.az/lawyersearch?fullname=Sahib+M%C9%99mm%C9%99dov&community=43&specialty_id=&language_id=. (#cite_web_url)
- ↑ "Sosial Tədqiqatlar Mərkəzi". https://stm.az/az. (#cite_web_url)
- ↑ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı: http://president.az/articles/19477