Sade Ededlerin Tenhaligi - Wikipedia
"Sadə ədədlərin tənhalığı" (it. La solitudine dei numeri primi) — rejissor Saverio Kostandzonun filmi.
Sadə ədədlərin tənhalığı | |
---|---|
it. La solitudine dei numeri primi | |
Janr | Dram |
Rejissor | Saverio Kostandzo |
Baş rollarda |
İzabella Rossellini Alba Rauvoke |
Operator | Fabio Çinketti |
Bəstəkar | Mayk Patton |
İstehsalçı | Medusa Film |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2010, 11 avqust 2011[1] |
Filmin növü | bədii film |
Müddət | 118 dəqiqə |
Ölkə | İtaliya |
Dil | italyan dili |
İl | 2010 |
Rəng | rəngli |
IMDb | ID1441373 |
Məzmun
redaktəSadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya — hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?
"Sadə ədədlərin tənhalığı" filmi yalnızlıq, sevgi və keçmişin nəticələrindən bəhs edən təsiredici fikir ifadəsidir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifləri: Saverio Kostandzo, Paolo Cordano
- Rejissor: Saverio Kostandzo
- Operator: Fabio Çinketti
- Bəstəkar: Mayk Patton
- Prodüserlər: Filipp Kryuze, Mario Caynani, Enn-Dominik Tüsseint
Rollarda
redaktə- İzabella Rossellini
- Alba Rauvoke
- Filippo Timi
- Luka Marinelli
- Maurisio Donadoni