Serdar I Ekrem - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sərdarı-əkrəm və ya sərdarı-əzəm - Osmanlı Dövlətində, səfərə qatılmayan və ya səfəri tərk edən padşahın yerinə, baş komandir vəkili olan sədrəzəmə verilən ünvandır.
Vəzifələri sərdarlıqdan daha genişdir. Zərbxana və limandakı əsgərlərdən başqa bütün üst strukturdakı əsgərlər onunla birlikdə səfərə qatılır, hökumət mərkəzində isə vəkillərini buraxırdılar. Divan-ı Hümayun qeydləri və təyinat-azad etmə sənədləri də orduyla birlikdə səfərə aparılır, səfər əsnasında sərdar-ı əkrəm padşahdan icazə almadan dövlət adamlarını vəzifələrə təyin edə, azad edə, sürgün edə və ya edam etdirə bilərdi. Səfər əsnasında bütün əyalət hakimləri sərdar-ı əkrəmin tabeliyində idi.[1]
II Mahmudun sədrəzəmi Rəşid Mehmed Paşanın 1832-ci ildə baş tutan Konya müharibəsində Misir ordusuna əsir düşməsinin ardından sərdar-ı əkrəm vəzifəsi əsgər paşalara verilməyə başlandı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ İhsan Satış, Sadaret’ten Başvekalet’a Sadrazamlık.