Seid Ibn Zeyd - Wikipedia
Səid ibn Zeyd ibn Əmr (ərəb. بد الله بن انيس الجهني) — Məhəmməd peyğəmbərin səhabəsi ilk iman gətirənlərdən biridir. Məhəmməd peyğəmbərin cənnət müjdəsi ilə sevindirdiyi on nəfərdən ibarət səhabələr kateqoriyasına daxildir (əşara əl-mübəşşirə).
Səid ibn Zeyd | |
---|---|
ərəb. سعيد بن زيد | |
Doğum tarixi | 593 |
Doğum yeri | |
Vəfat tarixi | 671 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəOnun tam adı Səid ibn Zeyd ibn Əmr ibn Nufeyl ibn Əbdül-Uzza ibn Ziyah ibn Abdullah ibn Kurt ibn Riza ibn Ədi ibn Kəb ibn Luaydir[1]. Səidin atası hənifi olan Zeyd ibn Əmr idi. Səid ibn Zeydin özü 613-cü ildə hələ iyirmi yaşı belə olmayanda müsəlmanların Ərqam evindəki məclislərində iştirak edən ilk İslamı qəbul edənlərdən biri olmuşdur.
O, Ömər ibn Xəttabın bacısı Fatimə ilə evlənmişdi. Səid və Fatimə Quran oxuyarkən Ömər onları yaxalayır və o, özü də İslamı qəbul edir.
İslamın doğulmasının ilk illərində müsəlmanlar, o cümlədən Səid ibn Zeyd ciddi təqiblərə məruz qalır, nəticədə onlar Mədinəyə köçməli olurlar.
Hərbi fəaliyyət
redaktəSəid ibn Zeyd bütün mühüm tədbirlərdə iştirak etmişdir. O, Bədr döyüşü istisna olmaqla, demək olar ki, bütün döyüşlərin iştirakçısı olur. Məhəmməd peyğəmbərin vəfatından sonra Səid ibn Zeyd xilafətin İran və Bizansa qarşı müharibələrində iştirak edir.
Siyasi fəaliyyət
redaktəDəməşqin fəthindən sonra müsəlman ordusunun komandanı Əbu Übeydə ibn Cərrah Səidi bu şəhərə vali təyin edir. 671-ci ildə Mədinə şəhərində vəfat etmişdir. Cənazə işləri ilə Səd ibn Əbu Vəqqas məşğul olmuşdur.
İstinadlar
redaktə- ↑ محمد بن سعد البغدادي: الطبقات الكبرى، ترجمة سعيد بن زيد، على موقع صحابة رسولنا Arxivləşdirilib 2018-06-16 at the Wayback Machine، اطلع على هذا المسار في 15 أغسطس 2016