Sefter Turabov - Wikipedia
Səftər_Turabov - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Səftər Turabov (15.03.1910 Bakı — 26.11.1989 Bakı) — Azərbaycan rejissoru, əməkdar incəsənət xadimi.
Səftər Turabov | |
---|---|
Səftər Turabov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Məsmə Turabova |
Uşaqları | Afaq, Saidə, Fəridə, Ceyhun |
Fəaliyyəti | Rejissor |
Həyatı
redaktə16 yaşında Milli Dram Teatrında səhnə fəhləsi kimi əmək fəaliyyətinə başlayıb.
1934-cü ildə Bakı Teatr Məktəbini bitirib. Səftər Turabov Milli Dram Teatrında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", Zeynal Xəlilin, "İntiqam", Mir Cəlalın "Mirzə Xəyal", Tur qardaşlarının "Bir evin sirri", Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman" və digər əsərlərə quruluş vermişdir.
Səftər Turabov 1954-cü ildə Azərbaycan Musiqili Komediya Teatrında, 1956-cı ildən Dövlət Radiosunda rejissor işləyib. Azərbaycan İncəsənət İnstitutunda rejissor və aktyorluq sənəti müəllimi vəzifəsində işləyib.