Sefer Elimemmedov - Wikipedia
Bu səhifədə iş davam etməkdədir. |
Səfər Hüseynzadə Əliməmmədov (Alməmmədov) (1901, İrəvan – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi və jurnalisti, Ermənistan, Qırğızıstan və Azərbaycanın xalq ədliyyə komissarı (ədliyyə naziri).
Səfər Əliməmmədov | |
---|---|
28 mart 1946 – 17 aprel 1954 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | İshaq Gülməmmədov |
27 avqust 1945 – 28 mart 1946 | |
Əvvəlki | Əmrulla Səmədzadə |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
22 avqust 1942 – 4 iyun 1945 | |
Əvvəlki | Sergey Klimov |
Sonrakı | İvan Lavrenkov |
14 iyul 1938 – 27 dekabr 1940 | |
Əvvəlki | Habet Abacyan |
Sonrakı | Kacik Hakopyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1901 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Həyatı
redaktəSəfər Hüseynzadə (Hüseyn oğlu) Əliməmmədov 1901-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan rus-tatar məktəbini bitirmişdir.[1]
Sovet hakimiyyəti dövründə Səfər Əliməmmədov partiya təşkilatlarında çalışmış, 1928–1929-cu illərdə Ağbaba Partiya Komitəsinin təlimatçısı olmuşdur. 12 noyabr 1936-cı ildən 17 mart 1937-ci ilədək "Qızıl şəfəq" qəzetinin redaktoru işləmiş, 1937–1938-ci illərdə Ermənistan K(b)P Mərkəzi Komitəsinin partiya orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır.[1]
Səfər Əliməmmədov 14 iyul 1938-ci ildə, Ermənistan SSR Ali Sovetinin 1-ci çağırışının ilk sessiyasında formalaşdırılmış hökumətin tərkibinə Ermənistan SSR xalq ədliyyə komissarı olaraq daxil edilmişdir. 27 dekabr 1940-cı ilədək bu vəzifədə çalışmışdır.[2] Daha sonra Qırğızıstana göndərilmiş və 22 avqust 1942-ci ildən 4 iyun 1945-ci ilədək Qırğızıstan SSR xalq ədliyyə komissarı vəzifəsində çalışmışdır.[3] 1945-ci ildə Azərbaycana gəlmiş və 27 avqust 1945-ci ildə Azərbaycan SSR xalq ədliyyə komissarı təyin olunmuşdur. O, ədliyyə naziri vəzifəsində 17 aprel 1954-cü ilədək işləmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Cəlal Allahverdiyev. Qərbi Azərbaycan mətbuatı tarixi. Səda. 2024. səh. 128–129.
- ↑ "История". Министерство юстиции Республики Армения (rus). 11 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2025.
- ↑ Н. А. Алымкулов. СНК Киргизской ССР В 1941–1945 гг.: количественный и качественный состав. (rus). Вестник КРСУ. С. 4.