Sedreddin Sultan Ibrahim El Emini - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sədrəddin Sultan İbrahim əl- Əmini (?-?) — tarixçi.
Həyatı
redaktəFəaliyyəti
redaktəI Şah İsmayılın yürüşlərinin tarixi olan "Fütuhatişahi" ("Şahın qələbələri") adlanan əsərin müəllifidir. Bu əsərin tam nüsxəsi Tacikistan Respublikası Elmlər Akademiyasının Şərq Əlyazmaları fondunda saxlanılır3. Tacik şərqşünası A. M. Mirzoyev tərəfindən ("Şahənşahnamə"4 adlı tarixi əsərin müəllifini müəyyən etmək xidməti də ona məxsusdur) aşkar edilmiş və siyahıya alınmışdır. Sonuncu əsərin müəllifliyini B. A. Dorn səhvən Herat şairi Kamaləddin Binainin adına çıxırdı. A. M. Mirzoyev "Şahənşahnamə"nin və "Fütuhati-Şahi"nin mətnlərini tutuşduraraq sübut etdi ki, hər iki əsər bir müəllifin – Sədrəddin Sultan İbrahim əl- Əmininin qələminin məhsuludur, həm də "Şahənşahnamə" "Fütuhati-Şahi"nin ikinci cildidir5. A. M. Mirzoyevin nəticələrini təsdiq edən bir sıra cəhətləri göstərək. Səfəvi tarixşünasları öz əsərlərinin mətnlərində məlumatlarından faydalandıqları əsas mənbələrin adlarını çəkirlər. Dövrün bir sıra mənbələrində "FütuhatiŞahi" və yaxud "Fütuhati-Əmini"nin adları çəkilir. Xondəmir "Həbib əssiyər", Qazi Əhməd Qumi "Xülasət ət – təvarix", İsgəndər bəy Münşi "Tarix-i aləm aray-i Abbasi" əsərlərində bu əsəri özlərinin ilk mənbələrisırasında göstərirlər. Məsələn, Şeyx Heydərin Şirvanşah Fərrux Yasarla döyüşündən və onun ölümündən (1488) danışarkən Xondəmir göstərir ki, o bunları, müəllifinin adını çəkməsə də, "Fütuhati-Şahi" əsərindən əxz etmişdir6. İsgəndər bəy Münşinin bu salnaməsində İbrahim Əmininin "Fütuhati-Şahi" əsəri "Fütuhati- Əmini"7 formasında göstərilir. Qazi Əhməd Qumi isə özünün "Xülasət ət-təvarix"ində dövrün başlıca mənbələrini göstərərkən, başlıca olaraq Əmir Sultan İbrahim Əmini Hərəvənin8əsərinin adını çəkir. "Fütuhati-Şahi" və onun müəllifi İbrahim Əmini haqqında elmi ədəbiyyatda ilk məlumatı hind alimi Qulam Sərvər özünün I Şah İsmayıl haqqındakı kitabında vermişdir9. Onun İranda və digər ölkələrin kitabxanalarında əsərin əlyazmasını tapmaq üçün apardığı inadlı axtarışları nəticəsiz qalmışdır. Buna görə də o, əsərin itmiş olması qərarına gəlmişdi. Fəqət Qulam Sərvərin kitabında İbrahim Əmini barəsində Xondəmirin "Həbib əs-siyər" əsərindən götürdüyü tərcümeyi – hal səciyyəli məlumatları vardı. A. M. Mirzoyev "Fütuhati-Şahi"nin Düşənbə nüsxəsindən etdiyi çıxarışlarla bu məlumatları bir qədər də zənginləşdirmişdir. Mənşə etibarilə Sədrəddin Sultan əl – Əmini Xorasanın təhsilli və kübar torpaq sahibləri ailəsinə mənsub olmuşdur. O, gəncliyində Teymuri şahzadəsi Sultan Müzəffər Hüseyn Mirzənin yanında qulluq edərkən mənsəb qazanmağa başlamışdır. Hicri 910 (1504–1505)-cu ildə onun atası – Herat hakimi Sultan Hüseyn Mirzə onu özünün şəxsi sədri (sədarət – i xassə) vəzifəsinə irəli çəkmişdi. O öz hamisinin ölümündən (hicri 911 (1506) sonra da hicri 913 (1507)-cü ildə Herat və Xorasan Məhəmməd xan Şeybani tərəfindən tutulanadək bu vəzifəni yerinə yetirmişdi. Teymuri sarayının digər əyanları və xadimləri sırasında İbrahim Əmini də Şeybanilər tərəfindən təqiblərə məruz qalmışdı. O, həbs olunmuş, torpaqları və əmlakı isə müsadirə edilmişdi. Həbsdən buraxıldıqdan sonra hicri 916 (1510–1511)-cı ilədək İbrahim Əmini "yalqız və guşənişin qalmağı seçdi". Qızılbaş qoşunları Şeybaniləri Xorasandan sıxışdırıb çıxaranda və Heratı döyüşlə geri alanda Əmini ehtiramla qəbul olunmuş, gen-bol hədiyyələrə, I Şah İsmayılın mərhəmətinə layiq görülmüş, öz mülklərini və əmlakını geri almışdı."İbrahim Əmini hicri 927 (1521)-ci ilədək Heratda yaşadı. Xorasanda özbək basqınları təhlükəsi və şiə-sünni düşmənçiliyinin güclənməsi üzündən sakitlik pozulduğu zaman bir çox elm və mədəniyyət xadimləri, o cümlədən də İbrahim Əmini Heratı tərk etməyə və Səfəvilər dövlətinin paytaxtına köçməyə məcbur oldu. Burada o, saray tarixşünası təyin olundu və I Şah İsmayıl ona "Şahın qələbələri" tarixini yazmağı tapşırdı10. "Fütuhat-i şahi"nin Duşənbə əlyazması (A. M. Mirzoyevin yazdığına görə) iki cilddən (dəftərdən) ibarətdir və ümumi həcmi 265 vərəqdir. Əmini birinci cildi "Fəth" (qələbə) adını daşıyan beş fəslə bölmüşdür. Birinci fəsildə dünyanın və insanın yaranmasından, islam dininin banisi Məhəmməd Peyğəmbərin mənşəyindən bəhs edilir. İkinci fəsil Peyğəmbərin həyat və fəaliyyətinin müfəssəl şərhini verir. Üçüncü fəsil xəlifə Əliyə və şiələrin imamlarına həsr edilmişdir. Dördüncü fəsildə şəcərəsi iyirmi altıncı nəsildə imam Musa əl- Kazıma gedib çıxan "ədalətin pənahgahı" – Şah İsmayılın əcdadından söhbət açılır. Beşinci fəsildə İsmayılın uşaqlıq dövründən (onun həyatının birinci on iki ilində baş vermiş hadisələrdən) danışılır. "Fütuhati Şahi"nin birinci cildi Şah İsmayılın yürüşləri ilə bilavasitə bağlı deyildir və o başqa məqsədə - Səfəvilərin yeddinci şiə imamı, onun vasitəsilə isə Məhəmməd Peyğəmbərin özü ilə qohumluq iddialarını əsaslandırmağa xidmət edir. Buna görə də müəllif öz əsərinin bu cildini "Fütuhati Şahi"nin sonrakı cildlərinə münasibətdə "müqəddimə"adlandırır. Əsərin ikinci cildi (dəftəri) birincidə olduğu kimi böyük fəsillərə bölünmür. Ayrı-ayrı, qarşılıqlı əlaqəsi olan başlıqlar altında Şah İsmayılın Übeydulla xanın və Teymur Sultanın hicri 919 (1513–1514)-cu ildə Herata basqını ilə əlaqədar Xorasana təkrar yürüşünə qədər bütün hərbi əməliyyatlar haqqında danışılır. Beləliklə, ikinci cild də həmçinin, təxminən on iki ili əhatə edir11. Əmininin dili olduqca ibarəli, üslubu mübaliğəli və az məzmunludur. Hekayəyə Qurandan xeyli miqdarda iqtibaslar, hədislər, həmçinin şeir parçaları daxil edilmişdir. A. M. Mirzoyevin göstərdiyi kimi, əgər xüsusi variantlar nəzərə alınmazsa, ""Fütuhat-i Şahi"nin və"Şahənşahnamə"nin ikinci cildinin mətnləri oxşardır. Mətnlərin eyniliyi buna şəhadət verir ki, "Şahənşahnamə" müstəqil əsər deyildir və "FütuhatiŞahi" nin ikinci cildinin (ikinci dəftərinin) nüsxəsidir. A. M. Mirzoyev "Şahənşahnamə" ni "Fütuhati- Şahi"nin ikinci cildinin yeni redaksiyası hesab edir12. Biz "Şahənşahnamə" adı ilə məlum olan ikinci cildin Sankt-Peterburq nüsxəsindən istifadə etdik. Qeyd etmək lazımdır ki, bu nüsxədən tarixşünaslıqda əməli surətdə istifadə edilməmişdi13. Sankt-Peterburq əlyazması 235 vərəqdə, iri və aydın nəstəliq xətti ilə yazılmışdır. Bu nüsxədə döyüş, şahın ova çıxması, oyunlar və s. səhnələri təsvir edən səkkiz gözəl miniatür də vardır. İbrahim Əmininin əsəri müasirlərinə yaxşı məlum idi və feodal tarixşünasları tərəfindən I Şah İsmayılın hərbi yürüşlər tarixinə dair əsas mənbə hesab edilirdi. Xronoloji nöqsanlara baxmayaraq, hadisələr, o cümlədən İsmayılın Şirvanda Fərrux Yasara qarşı hərbi əməliyyatları, onun Ağqoyunlu Əlvəndlə, həmçinin də İranın feodal hakimləri ilə döyüşləri zəngin faktiki materiallar əsasında şərh edilmişdir. Müəllif bu hadisələrin şahidi olmasa da, onların təsvir üsulu bu yürüşlərin şahidi və iştirakçılarının, Şah İsmayılın yaxın silahdaşlarının – qızılbaş sərkərdələrinin söylədiklərinə əsaslandığı üçün böyük maraq doğurur. Bütün bu dövr ərzində Əmininin yaşadığı Xorasanla bağlı hadisələr isə ətraflı, canlı, təfsilatı ilə işıqlandırılmışdır. Təbiidir ki, Əminidən obyektivlik, bitərəflilik gözləmək olmazdı. Çünki müəllif İsmayılın yürüşlərinin, istilalarının rəsmi tarixini sinfi mövqedən yazmışdır. Onun vəzifəsi bundan ibarət idi ki, öz hökmdarının əməllərini şöhrətləndirsin. Buna görə də Əmini bu yürüşlərin mədhiyyəçisi, şiəliyin və Səfəvilərin tərəfdarı kimi çıxış edir. Xalqın vəziyyəti Əminini qətiyyən maraqlandırmırdı. O, siyasi əhəmiyyəti olan hadisələr haqqında danışır, onların tarixinə, qarşılıqlı səbəb və əlaqəsinə isə məhəl qoymurdu. Əsərdə Cənubi Qafqazın və İranın siyasi tarixinə dair çoxlu maraqlı məlumat vardır (sosial-iqtisadi səciyyəli məlumatlar isə yox dərəcəsindədir).
Əsərləri
redaktə- "Fütuhati-Şahi"
- "Şahənşahnamə"