Rori Pek - Wikipedia
Rori Pek (ing. Rory Peck; 1956-cı il 13 dekabr-1993-cü il 3 oktyabr) - Azad reportyor və anqlo-irland əsilli operator.
Bioqrafiya
redaktəO, Əfqanıstanda olan müharibəni işıqlandırmış, 1989-cu ildə Buxarestdə Nikolae Çauşeskunun devrilməsi ilə nəticələnən üsyanda üsyançıların tərəfində iştirak etmişdir. O, Fars körfəzi və Bosniya və Herseqovinada olan müharibəni çəkmiş və SSRİ-nin ən “qaynar” münaqişə ocaqlarında olmuşdur.
1993-cü il 3 oktyabr hadisələri zamanı Moskvada yerləşən “Ostankino” telemərkəzində Almaniyanın ARD telekompaniyası üçün çəkilişlər aparan zaman həlak olmuşdur. Rori Pek günün ikinci yarısı Rusiya xüsusi bölməsi olan “Vityaz” orqanının əsgərləri tərəfindən güllələnmişdir.
Prezident Boris Yeltsinin sərəncamı ilə Rori Pek 1993-cü ilin dekabrında “Şəxsi cəsarətinə görə ” ordenlə təltif edilmişdir.
Rori Pek adına Fond və Mükafat
redaktəR.Pekin xatirəsinə xeyriyyə fondu yaradılmışdır. Bu fond tele və kino operatorları öz vəzifələrini yerinə yetirərkən qarşılaşdığı çətinliklərə görə dəstək göstərir. Jüri qalibləri 4 nominasiyada: xəbərlər, sənədli filmlər, “Sony” firmasının xüsusi prizi və 2006-cı ildə Somalidə öldürülmüş məşhur jurnalist Martin Adlerin adını daşıyan prizlə mükafatlandırılır.