Riyazi Kimya - Wikipedia
Riyazi kimya — riyaziyyatın kimyaya yenilikci tətbiqləri ilə məşğul olan tədqiqat sahəsi;[1] əsasən kimyəvi hadisələrin riyazi modelləşdirilməsiylə məşğul olur.[2] Riyazi kimya bəzən kompüter kimyası adlanır, lakin bu hesablamalı kimya ilə qarışdırılmamalıdır.
Riyazi kimyanın başlıca tədqiqat sahələrinə kimyəvi qraf nəzəriyyəsi, izomerliyin riyazi tədqiqi və kəmiyyət struktur-xassəli münasibətlərdə tətbiq tapan topoloji deskriptorların və ya indekslərin təkmilləşdirilməsi və stereokimya və kvant kimyasında tətbiqlər tapan qrup nəzəriyyəsinin kimyəvi aspektləri daxildir. Digər mühüm sahə zülallar və nuklein turşuları kimi qatlanmış xətti molekulların topologiyasını təsvir edən molekulyar düyün nəzəriyyəsi və dövrə topologiyasıdır.
Bu yanaşmanın tarixi 19-cu əsrə qədər uzanır. Georq Helm 1894-cü ildə "Riyazi Kimyanın Əsasları: Kimyəvi hadisələrin energetikası" adlı traktatını nəşr etdirdi.[3] Bu sahədə ixtisaslaşan daha müasir dövri nəşrlərdən bəziləri ilk dəfə 1975-ci ildə nəşr olunan MATCH Communications in Mathematical and Computer Chemistry və ilk dəfə 1987-ci ildə nəşr olunan Journal of Mathematical Chemistry jurnalıdır. 1986-cı ildə Dubrovnikdə reallaşan bir sıra illik MATH/CHEM/COMP konfransları mərhum Ante Qrovak tərəfindən başladıldı.
Riyazi kimya üçün əsas modellər molekulyar qraf və topoloji indeksdir.
2005-ci ildə Dubrovnikdə (Xorvatiya) Milan Randiç tərəfindən Beynəlxalq Riyazi Kimya Akademiyası (IAMC) yaradılmışdır. Akademiyanın dünya üzrə 82 üzvü (2009), o cümlədən Nobel mükafatına layiq görülmüş altı alimi var.
Ədəbiyyatlar
redaktə- Molecular Descriptors for Chemoinformatics, by R. Todeschini and V. Consonni, Wiley-VCH, Weinheim, 2009.
- Mathematical Chemistry Series, by D. Bonchev, D. H. Rouvray (Eds.), Gordon and Breach Science Publisher, Amsterdam, 2000.
- Chemical Graph Theory, by N. Trinajstic, CRC Press, Boca Raton, 1992.
- Mathematical Concepts in Organic Chemistry, by I. Gutman, O. E. Polansky, Springer-Verlag, Berlin, 1986.
- Chemical Applications of Topology and Graph Theory, ed. by R. B. King, Elsevier, 1983.
- Topological approach to the chemistry of conjugated molecules, by A. Graovac, I. Gutman, and N. Trinajstic, Lecture Notes in Chemistry, no.4, Springer-Verlag, Berlin, 1977.
İstinadlar
redaktə- ↑ Restrepo, G. Mathematical chemistry, a new discipline. In Essays in the philosophy of chemistry Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine, Scerri, E.; Fisher, G., Eds.; Oxford University Press: New York, UK, 2016; Chapter 15, 332–351.
- ↑ A review Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine of the book by Ivan Gutman, Oskar E. Polansky, "Mathematical Concepts in Organic Chemistry" in SIAM Review Vol. 30, No. 2 (1988), pp. 348–350
- ↑ Helm, Georg. The Principles of Mathematical Chemistry: The Energetics of Chemical Phenomena Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine. translated by J. Livingston R. Morgan. New York: John Wiley & Sons, 1897.
Qeydlər
redaktə- N. Trinajstić, I. Gutman, Mathematical Chemistry, Croatica Chemica Acta, 75(2002), pp. 329–356.
- A. T. Balaban, Reflections about Mathematical Chemistry, Foundations of Chemistry, 7(2005), pp. 289–306.
- G. Restrepo, J. L. Villaveces, Mathematical Thinking in Chemistry, HYLE, 18(2012), pp. 3–22.
- Advances in Mathematical Chemistry and Applications. Volume 2. Basak S. C., Restrepo G., Villaveces J. L. (Bentham Science eBooks, 2015).