Riqa Avtobus Fabriki - Wikipedia
Riqa Avtobus fabriki, RAF (latış. Rīgas Autobusu Fabrika, RAF) — Latviyada fəaliyyət göstərmiş mikroavtobus istehsal edən müəssisə.
Rīgas Autobusu Fabrika | |
---|---|
Rīgas Autobusu Fabrika | |
Ümumi məlumatlar | |
Sənaye | maşınqayırma |
Məhsulları | avtobus və mikroavtobus |
Təsis tarixi | 1949 |
Bağlanma tarixi | 1998 |
Baş qərargahın yeri | |
www.rvr.lv | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəZavodun inşası
redaktə1949-cu ildə "№ 2 Riqa Avtotəmir zavodu" yerində «Riqa avtobus yedəyi zavoduna» çevrilir. Deismanis və Potreki emalatxanaları Terbatas küçəsində yerləşirdi.
1951-ci ildə «Riqa avtomobil təcrübə zavodu» ilə birləşdirilmişdir.
İlk Riqa Avtobusu
redaktə1953-cü ildə 25 ədəd RAF-651 markalı avtobus istehsal edilmişdir. Kapotlu RAF-651 avtobusları ГЗА-651 markalı avtobusların birəbir oxşarı idi. 16 oturacaq yerinə sahib avtobusun ümumi tutumu 25 sərnişin idi. 10 iyun 1954-cü ildə avtonəqliyyat nazirliyi tərəfindən zavod «Riqa peşəkar avtobus zavodu» adlandırılsada artıq 30 sentyabr 1954-ci ildə adı tamamən dəyişdirilərək son adı müəyyənləşdirilir: «Riqa Avtobus Zavodu» (latış. Rīgas Autobusu Fabrika).
1955-ci ildə zavod öz ilkin yerli istehsalını gerçəkləşdirilmişdir. Yeni RAF-251 modelinin bəzi hissələri QAZ-51 modelinə aid idi.
Şəhər avtobusu RAF-251 iki qapıya malik idi. 28 yelik sərnişin tutan avtobusda 21 oturacaq vardı. Baza varianıtı ilə yanaşı xidməti RAF-251С avtobusları buraxılır. Bu avtobuslar 1 qapıya sahibdir. Üstəlik 27 oturacağa sahib idi. Yük-sərnişin təyinatlı RAF-251Т yük yernə sahib idi. RAF-251 modeli 1958-ci ilə qədər istehsal edilmişdir. Bu müddət ərzində ümumi olaraq 1463 ədəd ekzemplar bursxılmışdır. Sonradan onları modernləşdirilmiş RAF-976 əvəz etmişdir.
Mikroavtobuslar
redaktə1957-ci ildə RAF əməkdaşları Volkswagen Transporter ilə tanış olaraq Riqada mikroabtobus istehsal etməyi qərara alırlar. Nəticədə baş mühəndis Laymonis Kleqe (latış. Laimonis Klege), mühəndis-konstruktorlar J. Ositis (latış. J. Ositis), Q. Sils (latış. G. Sils) və 4 entuziaist tərəfindən mikroavtobus olan РАФ-10 işlənib hazırlanır.
VI Ümumdünya gənclər və tələbələr festivalı şərəfinə RAF-10 «Festival» (latış. «Festivāls») ləqəbi alır. RAF-10 yüngül QAZ-М20 «Pobedanın» platforması üzərində yığılmışdır.
1958-ci ildə həm də RAF-10 QAZ-21 «Volqa» mühərriki ilə təmin edilir. 20 noyabr 1958-cu ildə zavod RAF-10 serialı mikroavttobuslar istehsala buraxılır və ilin sonuna cəmi 11 ədəd yığılır.
1958-ci ildı RAF-08 «Spiridis» (latış. Sprīdītis) «Moskviç-407» markalı modelin müəyyən hissələri ilə yığılmışdır. İstehsalı 1960-cı ildə inteksləşmiş RAF-978 istehsalı elədə böyük olmamışdır.
RAF-977 «Latviya»
redaktəRAF-10 və RAF-08 markalarının istehsalı zamanı əldə edilən təcrüfə sayəsində RAF-977 «Latviya» (latış. «Latvija») modeli istehsal olunur. Onun müəyyən ehtiyatları QAZ-21 «Volqaya» aid idi. 1958-ci ildə cəmi 10 maşın buraxılsada növbəti ildə genişmiqyaslı istehsal gerçəkləşdirilmişdir.
1960-ci ildə ilkin avtomobillər modernləşdirilmiş RAF-977В ilə əvəzlənmişdir.
1961-ci ildə mikroavtobus istehsalı avadanlıqları Duntes küçəsinə köçürülür. Terbatas küçəsində yerləşən zavoda yenədə «№ 2 Riqa Avtotəmir zavodu» statusu qaytarılır.
Yeni meydançada RAF-977D modeli istehsal edilirdi.
RAF-977D modelinin əsasında furqon RAF-977K modeli yığılır. O 850 kq yük götürmə qabiliyyətinə malik olur. Sınaq istehsalı 1962-ci ildə gerçəkləşdirilmişdir. Bu model əsasənda 1966-cı ildə İrəvanda avtobus zavodu inşa edilir.
1962-ci ildə RAF-977D modeli əsasında Luqamsk şəhərində Luqamsk avtotəmir zavodunda LARZ-977 «Luqansk» modeli yığılır.
RAF-2203 «Latviya»
redaktə1976-ci ildə Elqava şəhərində yeni zavod inşa edilmişdir. Burada ildə 17 min mikroavtobus istehsal edilirdi. Burada 11 yerli RAF-2203 «Latviya» istehsal edilirdi. Maşının aqreqatları QAZ-24 «Volqa» maşınlarına aid idi.
Onun bazasında Təcili Tibbi Yardım maşını istehsal edilmişdir.
Modernləşmə cəhdləri
redaktə1980-ci illərin sonlarında istehsalın modernləşdirilməsinə başlanılmışdır. İki peşəkar nümunə RAF-22038-30 zavod sınaqlarından uğurla keçmişdir. Yeni RAF-М1 «Roksana» və RAF-М2 «Stils» modelləri təşkil edilsədə onlar zavod konveyrinə qoyulmamışdır.
Yenidənqurma
redaktə1986-cı ildə RAF-da keyfiyyət əskikliyi yaşanmışdır. Bu bütün SSRİ əraxisində rezonans yaratmışdır. Nəticədə əvvəlki rəhbərlik istefa verməli olmuşdur.
Yenidənqurma ruhunda 1987-ci ildə seçkilərdə Viktor Bossert qalib gəlir. O, zavodun direktoru olaraq 1990-cı ilə qədər işləyir.
Postsovet dövrü
redaktə6 sentyabr 1991-ci ildə RAF səhmdar cəmiyyətə çevrilir. Elə həmin ildəcə Latviya müstəqil olur və planlı iqtisadiyyata son qoyulur.
Riqa Avtobus Zavodunda komersiya təyinatlı RAF-33111 modeli istehsala buraxılır. Bu model 1 ton yük götürmə qabiliyyətinə malik olur. RAF-3311 1996-cı ilin sonlarına qədər istehsal edilmişdir. RAF-22038-02 maşrut taksisi olaraq böyük məşhurluq qazanmışdır. 1995-ci ildə istifadəçilərə 12 yerlik RAF-22039 modeli təklif edilir.
1992-ci ildə təcrübəli ekzemplar «RAF-1» Moskvada «Avtotexnika» sərgisində nümayiş etdirilir. Model investor olmaması səbəbindən geniş istehsala buraxılmamışdır.
20 dekabr 1993-cü ildə Riqa Avtobus Zavodu RAF-М2 «Stils» (latış. Stils) modelini nümayiş etdirir. Effektiv dizayna malik olsa da, QAZel-3221 modeli RAF-ın hissələri əsasında yığılmışdır.
Həyatın qəribəliklərindən biri olaraq Riqa Avtobus Fabriki rusların sifarişi ilə son istehsalı cənazə daşıyan RAF-2926 modeli olmuşdur. Bu tip 21 maşın Moskvada təcili tibbi yardım xidmətində istifadə edilmişdir.
1996-ci ildə RAF QAZ ilə alyans qurmağa cəhd göstərir. Burada QAZelin xüsusi sersiyaları buraxılmalı idi. Ancaq Latviya hökuməti bu anlaşmanı qadağa etmişdir.
1997-ci ildə Riqa Avtobus Fabrikinda istehsal dayandırılır. 1998-ci ildə şirkət müflis olmasını elan edir. İstehsal sahələrinin bir qismi 2010-cu ildə dağıdılır və bir qismi isə ticarət obyektlərinə çevrilmişdir. 2012-ci ildə RAF modelləri əsasında latviyalı atvo yürüş iştirakçısı Andris Dambison tərəfindən təşkil edilmişdir.
Mənbə
redaktə- "История РАФа в картинках моделей". Gazeta 2.0. 27.05.11. 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-27.
- д/Ф «РАФ: утраченное достояние Латвии» — телефильм АТН из цикла «Судьба гигантов»