Ricard Nelson Fray - Wikipedia
Riçard Nelson Fray (ing. Richard Nelson Frye; 10 yanvar 1920 — 27 mart 2014) — ABŞ iranşünası, Harvard Universitetinin fəxri professoru.
Riçard Nelson Fray | |
---|---|
ing. Richard Nelson Frye | |
Doğum tarixi | |
Doğum yeri | Birminqem, Alabama, ABŞ |
Vəfat tarixi | (94 yaşında) |
Vəfat yeri | Boston, Massaçusets, ABŞ |
Elm sahələri | İranşünaslıq, tarix[1] |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRiçard Nelson Fray 10 yanvar 1920-ci ildə ABŞ-nin Alabama ştatının Birminqem şəhərində anadan olmuşdu.1938-ci ildə Prinston Universitetinə qəbul olmuşdu.İllinoys universitetində bakalavr dərəcəsi almışdı. 1941-ci ildə London Universitetinin nəzdindəki Şərq və Afrikanı öyrənən məktəbdə (School of Oriental and African Studies) Türk, Fars və Ərəb dillərini öyrəndi.1946-cı ildə Harvard Universitetində elmlər doktoru alim dərəcəsini aldı.
Riçard Nelson Fray 1958-ci ildən 1959-cu ilədək Harvard və Frankfurt universitetlərində dərs demişdi.1968-ci ildən 1969-cu ilədək Hamburq universitetində çalışmışdı.
Riçard Freyin bir müddət elm və tədqiqatı tərk etməsinin əsas səbəbi:
Riçard Frey, ömrünün 70 ildən çoxunu İran mədəniyyəti, tarixi və etnoslarını öyrənməyə və araşdırmağa sərf edib. 1970-ci illərdə Şirazdakı Pəhləvi Universitetində dərs deyərkən, birdən-birə tədrisi tərk edərək, azad bir işə (bir supermarketin idarəçiliyinə) üz tutur və üç il sonra Harvard Universitetinin dəvəti və təkidi ilə yenidən tədrisə başlayır. Kərəc şəhərinin Azad İslam Universitetinin professoru Doktor Vilyam, ABŞ-də Freyin mühazirəsində iştirak etməsi və ondan soruşduğu sualı və Freyin cavabını belə nəql edir: Onun mühazirəsindən sonra, sual-cavab zamanı ona şəxsi sual vermək üçün icazə istədim. O, mənə icazə verdi və mən o illərdə niyə tədrisi və universiteti tərk etdiyini soruşdum. O belə cavab verdi: “Bir gün Şiraz küçələrinin birində gəzərkən, ət satan bir dükanın qarşısından keçirdim. Dükanın kənarında bərbərxana var idi. Gördüm ki, ət satan dükanının sahibi və bərbərxananın müştərisinin arasında qarşıdırma yaranıb. Qəssab hər an ət gətirən maşının gələ biləcəyini qeyd edərək, gəncdən motosikletini dükanının qarşısından çəkməsini istəyir. Gənc isə cavabında deyirdi: Bərbərlə işim bitsin, sonra zatən götürüb qayıdacağam. Dava-dalaş daha da kəskinləşdi və qəssab dükana girib qiyməkeşi götürdü və qiyməkeşi birdən cavanın beyninə çırpdı. Cavan yerə yıxılaraq, özündən getdi. Mən bütün bu hadisənin şahidi oldum. Çox təsirləndim və oradan ayrıldım. Bir işim var idi, həll etdim və bir neçə saatdan sonra qayıdarkən, camaatın izdihamının davam etməsini müşahidə etdim. Oradakı müşahidəçilərdən birindən nə olduğunu soruşdum? O şəxs cavab verdi: Bu gəncin qəssabın həyat yoldaşı və namusu haqqında pis fikirləri və təklifləri olub, nəticədə qəssab onu öldürüb.” Hadisəni əvvəldən axıra qədər görən mən, bunun belə olmadığını bilirdim. Anidən şoka düşdüm. Bir neçə saatdan çox davam etməyən bir hadisə bu qədər təhrif olunmuşdu. Öz-özümə belə bir sual verdim: Mən necə min və iki min il əvvəlin həqiqətlərini və hadisələrini tam və dəqiq öyrənə bilərəm?! Sanki bütün bildiklərimi unutmuşdum. Bax bu hadisə tarix, mədəniyyət və etnoqrafiya tədqiqatçılığımı və müəllimliyimi buraxıb, supermarket idarəçiliyinə üz tutmağıma səbəb olmuşdu.[3]
Biblioqrafiya
redaktə- The Near East and the Great Powers, Harvard University Press, 1951
- Iran, George Allen and Unwin, London, 1960
- The Heritage of Persia: The pre-Islamic History of One of the World's Great Civilizations, World Publishing Company, New York, 1963. Reprinted by Mazda Publishers, 2004. www.mazdapublishers.com
- Bukhara: The Medieval Achievement, University of Oklahoma Press, 1965. Reprinted by Mazda Publishers, 1997. www.mazdapublishers.com
- The Histories of Nishapur, Harvard University Press, (Harvard Oriental Series, 45) 1965
- Corpus Inscriptionum Iranicarum, vol. III, Dura-Europos, London, 1968
- Persia (3rd edition) Allen and Unwin, London, 1969
- The United States and Turkey and Iran, Archon Books, 1971
- Sasanian Remains from Qasr-i Abu Nasr. Seals, Sealings, and Coins, Harvard University Press, 1973
- Neue Methodologie in der Iranistik, Wiesbaden, 1974
- The Golden Age Of Persia: The Arabs in the East, Weidenfeld & Nicolson, London, 1988
- The heritage of Central Asia from antiquity to the Turkish expansion Markus Wiener, Princeton, 1996
- Notes on the Early Coinage of Transoxania; Numismatic Notes, 113, American Numismatic Association, New York
- Greater Iran, Mazda Publishers, 2005, ISBN 1-56859-177-2
- Ibn Fadlan's Journey To Russia, 2005, Markus Wiener Publisher, ISBN 1-55876-366-X
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Iranians pay tribute to Richard Nelson Frye, Mehr News Agency, July 5, 2004.
- Professor Frye, a great American Iranologist wills to be buried in Iran another Arxivləşdirilib 2006-02-23 at the Wayback Machine
- Dr. Frye's statements at UCLA in March 2005 Arxivləşdirilib 2005-04-13 at the Wayback Machine
- Photos of Dr. Frye's lecture at UCLA, March 13, 2005
- Dr. Frye criticized the architectural development of modern Tehran.
- Excerpts from The Greater Iran: A 20th-Century Odyssey, the memoirs of R. N. Frye
- Dr. Frye's page at the Iran Heritage website Arxivləşdirilib 2005-11-24 at the Wayback Machine
- Dr. Frye's page at the Vohuman.org
- Former President of Iran Mr. Khatami praised Dr. Frye
- Ahmadinejad says 'Yes' to Prof. Frye Arxivləşdirilib 2012-02-08 at the Wayback Machine
- Frye, R. N. Reforms of Khosrow Anoushirvan, the Sasanian Shahanshah of Iran, The History of Ancient Iran, 1983.
- Video — YouTube platformasında Syria and Assyria
- Cover story on Dr. Frye in OCPC magazine Arxivləşdirilib 2008-04-25 at the Wayback Machine
- R. N. Fray "Ethnic Identity in Iran." 2002.