Ricard Mayls - Wikipedia
Riçard Mayls (1937, Arkanzas) — ABŞ-nin Azərbaycanda ilk səfiri (1992–1993).
Riçard Mayls | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1937 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRiçard Mayls 1937-ci ildə ABŞ-nin Arkanzas ştatında doğulub. 1954–1957-ci illərdə piyada korpusunda hərbi xidmət keçdikdən sonra Kaliforniya Unimversitetinin Beykersfild kollecini, daha sonra İndiana Universitetini bitirib. R.Mayls həmçinin ABŞ-nin Rusiya Hərbi İnstitutunu bitirib. 1983–1984-cü illərdə Amerika Siyasi Elmlər Akademiyasında, 1987–1988-ci illərdə Harvard Universitetinin Beynəlxalq Münasibətlər Mərkəzində təhsil alıb. 1964–1967-ci illərdə Cənubi Karolina ştatında seçicilərin maarifləndirilməsi layihəsində işləyib. 1967-ci ildən xarici siyasət sahəsidə fəaliyyətə başlayıb. ABŞ-nin Oslo, Moskva və Belqraddakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. Sovet dövründə ABŞ-nin Leninqradda baş konsulu olub. Daha sonra Berlinldəki səfirlikdə xüsusi nümayəndə işləyib. 1992–1993-cü illərdə ABŞ-nin Azərbaycanda səfiri olub. Azərbaycandan getdikdən sonra, 1993–1996-cı illərdə Dövlət Departamentində Sovet və Şərqi Avropa və Yuqoslaviya məsələləri üzrə hərbi-siyasi büroda çalşııb. 1996–1999-cu illərdə ABŞ-nin Serbiyada, 1999–2002-ci illərdə Bolqarıstanda, 2002–2005-ci illərdə isə Gürcüstanda səfiri işləyib.
2005-ci ildən təqaüddədir.