Ramunas Karbauskis - Wikipedia
Ramunas Karbauskis (lit. Ramūnas Karbauskis; 5 dekabr 1969) — Litvalı biznesmen, siyasətçi və filantrop.
Ramunas Karbauskis | |
---|---|
Doğum tarixi | |
Vətəndaşlığı | Litva |
Fəaliyyəti | siyasətçi, fermer |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəTəhsili və işgüzar karyerası
redaktəRamunas 5 dekabr 1969-cu ildə Şyaulyay rayonunun Naysyay kəndində anadan olmuşdur. 1987-ci ildə Şyaulyayda Yanonisa Yulius adına orta məktəbi bitirmişdir. Həmin il o, Litva kənd təsərrüfatı akademiyasının aqronomluq fakültəsinə daxil olmuş, 1992-ci ildə isə təhsilini başa vurmuşdur.[1]
Beynəlxalq və rus daması üzrə idman ustasına namizəd olan Karbauskis gəncliyində damaya böyük maraq göstərirdi. 1987–1988-ci illərdə rus daması üzrə Litva gənclər yığmasının üzvü olmuşdur.
1993-cü ildə Karbauskis Agrokoncernas Qapalı Səhmdar Cəmiyyəti şirkətini yaratmışdır.[1] Növbəti iki onillik ərzində "Agrokoncernas" Litvada ən böyük aqrar qruplardan biri olmuşdur. Şirkətdə 800-dən çox insan işləyir.[2] Karbauskis şirkətin tam mülkiyyət hüququna malikdir. Karbauskis Litvanın ən zəngin insanlardan biri hesab olunur.[3]
Siyasi karyerası
redaktəSiyasətdə 1990-cı illərin ortalarından başlayaraq iştirak edən Karbauskis Seymə üç dəfə seçilmişdir.
1996-cı il seçkilərində o, müstəqil namizəd kimi iştirak edirdi və yeddinci Seym mandatlığına "Şyaulyay kəndi" № 45 seçki dairəsi üzrə seçilmişdir. 1998-ci ildə o "Litva Kəndliləri" partiyasına üzv seçilmiş və onun sədri olmuşdur. 1997-ci ildən 2000-ci ilə qədər Karbauskis həmçinin Şyaulyay rayonunun özünü idarə şurasının heyətinə daxil olmuşdur.[1]
2000-ci il seçkilərində Karbauskis "Litva Kəndliləri" partiyası tərəfindən təqdim edilərək, öz dairəsi üzrə yenidən seçilmişdir. Səkkizinci Seymdə o, 2000-ci ildən 2001-ci ilə qədər vitse-spiker postunu tutmuşdur.[1]
2009-cu ildən Karbauskis kəndli-xalqçılar Litva İttifaqının sədridir. 2012-ci ildə adı dəyişdirilərək "Kəndlilər İttifaqı və Yaşıl Litva" (SKZL) adlanmışdır.[4] 2012-ci il parlament seçkilərində partiya müvəffəqiyyətsizliyə uğradı. Seçicilərin səslərinin yalnız 3,88 %-ini toplaya bildilər, lakin 2016-cı il seçkilərində partiya rekord həddə — 56 mandat alaraq birinci yeri tutdular.[5] Karbauskis parlament mandatlığına Şilaynyay (Kaunasda) seçki dairəsi üzrə keçmişdir.
Xeyriyyəçilik və ictimai fəaliyyəti
redaktəKarbauskis Naisiai (açıq səma altında alkoqolsuz yay əyləncə festivalı) ailə festivalını təşkil etmişdir. O həmçinin ssenarist və Naysyay kəndinin tarixinə əsaslanan Naisių vasara serialının prodüseri kimi çıxış edir. Karbauskis bu kənddə anadan olmuşdur.[6]
2013-cü ildə Karbauskis Švieskime Vaikus (gəlin uşaqları öyrədək) xeyriyyəçilik fondunun həmtəsisçisi olmuşdur. Fondu Litva müğənnisi və prodüseri Andryus Mamontovas ilə birlikdə təsis etmişdir.[6]
Karbauskis 2006-cı ildən dama üzrə Litva federasiyasının prezidentidir. 2009-cu ildən Jemaytukas at cinsinin (Litvanın tarixi qoşqu cinsi) Litva assosiasiyasının vitse-prezidentidir.[6]
Ailəsi
redaktəKarbauskis Lina ilə evlidir və iki oğlu var: Yustinas və Mantas.[1] Onun qardaşı Mindauqas Karbauskis Vladimir Mayakovski adına Moskva Akademik Teatrının bədii rəhbəridir.[7]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "2000-2004 m. kadencijos Seimo narys Ramūnas Karbauskis" (litva). Сейм Литовской Республики. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2016.
- ↑ ""Agrokoncerno" apyvarta per metus smuko 29 proc. iki 159,2 mln. eurų". 15min.lt. December 1, 2015. 9 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2016.
- ↑ "Ramūnas Karbauskis - Lietuvos Turtingiausi". Ekonomika.lt. TV3. 11 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2016.
- ↑ "Lietuvos valstiečių ir žaliųjų sąjungos kandidatas LR Seimo rinkimuose 2012 m. Karbauskis Ramūnas" (litva). Союз крестьян и зелёных (Литва). 13 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 March 2016.
- ↑ "Lithuania election: Farmers' party in shock triumph". 2016-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
- ↑ 1 2 3 "Ramūnas Karbauskis". Charity "Švieskime vaikus". 9 November 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 March 2016.
- ↑ Jančys, Artūras. "Iškentęs pažeminimą, M.Karbauskis bus įleistas į Rusiją" (litva). Lietuvos Rytas. February 2, 2014. 14 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 March 2016.