Ramil Arxangel - Wikipedia
Ramil (arami. רעמאנל, ivr. רעמיאל, yun. ‘Ραμιήλ) və ya Remil — apokrifik Enox kitabında düşmüş keşikçi və arxangel. Ramil ivrit dilindəki ra'am (Şimşək) və El (Tanrı) elementlərindən əmələ gəlib, "Şimşək tanrısı" deməkdir.
Ramil | |
---|---|
arami. רעמאנל ivr. רעמיאל yun. ‘Ραμιήλ | |
Rütbə | arxangel |
Qeyd edilir | Efiopiya Pravoslav Kilsəsi[1] |
Düşmüş keşikçi
redaktəEnox kitabında 20 rəhbər, yəni 1 enox var. Onların adını qeyd edən hissədə yazılmışdır:
7. Bu da onların rəhbərlərinin adıdır: onların lideri Səmyaza, Arakel, Ramil, Kokabil, Tamil, Ramel, Daniel, Çazakil, Barakil, Asael, Armaros, Bataril, Ananil, Zakil, Şamsil, Sataril, Turil, Yomyael, Saril. 8. Bunların onların başçılarıdır. – Keşikçilər kitabı, VI fəsil. |
1 enoxda izah edildiyi kimi, bunlar arvad alıb, insan qadınlar ilə cütləşib və onlara qadağan olunmuş biliyi öyrətdiklərinə görə düşmüş mələyə çevrilmiş 200 mələyin rəhbəridir. 20 rəhbərdir biri olan Ramilin adı altıncı yerdə qeyd olunmuşdur.
Mələk
redaktəOnun İkinci Barux kitabında da qeyd olunmuşdur. Burada yazılmışdır ki, o, "gerçək uzaqgörənliyə sədrlik edir" (55:3).
Ramil ümid mələyidir və o, iki tapşırığına görə bilinir. O, ilahi uzaqgörənliyin səbəbkarıdır və əqidə sahiblərinin ruhlarını Cənnətə daşıyır. O, Ceremiel və ya Uriel də adlanır. O həmçinin, Assuriya hökmdarı Sennaxeribin ordularının məhvinin də səbəbkarı və yeddi mələk təlimatlarının daşıyıcısıdır.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Devotions: The Invocation of Angels". ethiopianorthodox.org (ingilis). Ethiopian Orthodox Tewahedo Church. October 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2019.
Devoutly are kept the feasts of all Angels including St. Michael, St. Gabriel and St. Raphael. […] Uriel, Regel, Remiel and Phanuel are other revered angels.
Ədəbiyyat
redaktə- Çarlz, Robert Henri. The Book Of Enoch (ingilis). Oksford: Clarendon Press. 1917. ISBN 1-57863-259-5.
- Knibb, Maykl. The Ethiopic Book Of Enoch (ingilis). Oksford: Clarendon Press. 1978. ISBN 978-1436777643.