Rehim Bey Melikov - Wikipedia
Rəhim bəy Mehrəli bəy oğlu Məlikov (20 aprel 1886 – 23 fevral 1936) — Azərbaycanın ilk fizika alimi, tanınmış publisist və teatrşünas, milli ali təhsil qurucularından biri, Rəhim bəy Həsən bəy Zərdabinin qardaşı oğludur[1].
Rəhim bəy Məlikov | |
---|---|
Rəhim bəy Mehrəli bəy oğlu Məlikov | |
Doğum tarixi | |
Doğum yeri | Zərdab, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (49 yaşında) |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Atası | Mehrəli bəy |
Həyatı
redaktəRəhim bəy Mehrəli bəy oğlu Məlikov 1886-cı il 2 mayda Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. O, 7 yaşında olanda atası Mehrəli bəy ermənilər tərəfindən öldürmüşlər. O illərdə Zərdab kəndində yaşayan Həsən bəy qardaşı oğlunu öz uşaqları ilə birlikdə tərbiyələndirməyə başlamış, 1895-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələndə də ailəsi ilə gətirmişdi. Rəhim bəy əmisinin himayəsi ilə 1906-cı ildə Bakı real gimnaziyasını bitirmiş, onun tövsiyəsi ilə həmin il Rusiya imperiyasının məşhur ali məktəblərindən olan Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur.[2]
Həsən bəy və onun ətrafında cəmləşmiş milli ziyalılar hələ gimnaziya illərində Rəhim bəyin xalq işinə səfərbər olunmasında mütləq rol oynamışdılar. O, yeniyetmə yaşlarından milli ədəbiyyatı dərindən öyrənmiş, yeni yaranan teatr həyatı ilə bağlanmış, bu mövzularda dövri mətbuatda silsilə çıxışları olmuşdur. M.F.Axundovun və H.Zərdabinin maarifçilik ideyaları onu milli-mədəni hərəkatın fəallarından biri kimi formalaşdırmışdır. Rəhim bəy tələbəlik illərində publisistik fəaliyyətini genişləndirmiş, xalqın taleyinə biganə qalan mətbuatı pisləyərək, "Əkinçi" yolunu davam etdirən "Molla Nəsrəddin" cəbhəsinin məfkurə yönünü müdafiə etmişdir.
1912-ci ildə həmin universiteti bitirərək Şimali Qafqazın müxtəlif şəhərlərində məktəb və universitetdə fizikadan və riyaziyyatdan dərs demişdir. Terek Xalq Maarif Şöbəsi onun iş təcrübəsinin yaymışdır.
Elmi fəaliyyəti
redaktəSovet dövrünün ilk illərində doktor Nəriman Nərimanovun təşəbbüsü ilə Rəhim bəy Məlikov Bakıya dəvət olunmuş, milli ali təhsil quruculuğu işinə cəlb olunmuşdur. Bu illərdə o, ana dilində fizika və riyaziyyat proqramları, dərslikləri, tədris vəsaitləri yaradılması işinin önündə getmiş, ilk peşəkar fizika məktəbinin əsasını qoymuşdur. Rəhim bəy bir sıra ali və orta ixtisas məktəblərində fizika və riyaziyyatdan dərs demiş, tədris prosesini qaydaya salmışdır. Azərbaycanın ilk fizika professoru 1930–1936-cı illərdə Pedaqoji İnstitutun fizika kafedrasının müdiri olmuşdur.
Vəfatı
redaktəO, 1936-cı il 23 fevralda vəfat etmişdir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2009-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-02.
- ↑ M. Əmrahov, M. Salahov, N. Əsədov. Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri (1917–1941-ci illər). Bakı: Mütərcim, 2007. — səh. 55.
- ↑ "Rəhim Melikov". № 46 (4672). Qommunist. 24 fevral 1936. səh. 4.